Əmək pensiyaları nə qədər artacaq...
Əmək pensiyalarının orta aylıq məbləğini növbəti ildə 531 manat və ya cari illə müqayisədə 8 faiz çox proqnozlaşdırırıq.
Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Milli Məclis komitələrinin noyabrın 19-da keçirilən birgə iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
O bildirib ki, yaşa görə əmək pensiyalarının orta aylıq məbləği isə 569 manat və ya 2024-cü ilin sonuna gözlənilən göstəricidən 8 faiz çox proqnozlaşdırılır. “Cari ilin sonuna gözləntimiz odur ki, əmək pensiyalarının orta aylıq məbləği 494 manat, yaşa görə əmək pensiyasının orta aylıq məbləği isə 527 manat olacaqdır. Növbəti ildə 8 faizlik artımla artıq pensiyaçılarımıza daha əhatəli dəstək təqdim oluna biləcək”, - deyə nazir əlavə edib.
ZÜMRÜD