KÖHNƏ VERSİYA            

Azərbaycanı "neft dövləti" adlandıranların qərəzi COP-da ifşa olundu...

Image

Rauf Zeyni: “Prezident bütün məsələlərə aydınlıq gətirməklə bizə qarşı düşmən mövqeyi sərgiləyənlərin, əsassız ittiham irəli sürənlərin niyyətini ifşa etdi”

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Bakıda keçirilməsi mühüm tarixi hadisədir. Dünyanı cənginə alan qlobal iqlim dəyişikliyi probleminin həlli yolları Azərbaycanın paytaxtında axtarılır, bəşəriyyətin, insanlığın gələcəyi ilə bağlı ən mühüm qərarlar Bakıda verilir. 

Azərbaycan qlobal iqlim dəyişmələri ilə mübarizədə öndə gedən ölkələrdəndir və bunu sözdə deyil, əməldə isbatlayır. Azərbaycanda “yaşıl enerjiyə” keçid prosesi gedir, artıq bu istiqamətdə nailiyyətlərimiz də var. Azərbaycanın “yaşıl enerjini” təşviq etdiyi və bu istiqamətdə davamlı siyasət həyata keçirdiyi məlum olsa da, təəssüf ki, bəzi Qərb ölkələri, onların mediası, bəzi güc mərkəzləri Azərbaycanı qaralamaqdan əl çəkmək istəmirlər. Onlar Azərbaycanı neft ölkəsi adlandırırlar və iddia edirlər ki, belə bir ölkə COP29 kimi tədbir keçirməli deyil. Amma faktiki olaraq Azərbaycan neft ölkəsi deyil və  bu iddiada olanlar ətraflarına göz gəzdirsələr hər şeyi aydın görə bilərlər. Təəssüf ki, görmək istəmirlər. COP29 çərçivəsində keçirilən sammitdə, ayrı-ayrı tədbirlərdə, toplantılarda Azərbaycana əsassız ittiham irəli sürənlərin layiqli cavabları verildi, onların niyyətləri ifşa olundu. 

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimində Prezident İlham Əliyev açıq şəkildə bəyan etdi ki, bu gün Azərbaycan qlobal neft hasilatında 0,7 faiz, qlobal qaz hasilatında isə 0,9 faiz paya malikdir. Ölkə başçısı vurğuladı ki, amma dünyada bir nömrəli neft və qaz hasilatçısı olan, Azərbaycandan 30 qat artıq neft hasil edən ölkənin yalan xəbər mediası bizi neft dövləti adlandırır.

“Yaxşı olardı ki, ən azı onlar özlərinə və Azərbaycandan 10 dəfə artıq neft hasil edən özlərinin qonşuluğundakı ölkəyə baxsınlar. Azərbaycanın qlobal qaz atılmalarındakı payı cəmi 0,1 faizdir"-deyə Azərbaycan Prezideni bəyan etdi. Təkcə bu bəyanat kifayət edər ki, antiazərbaycan qüvvələri ifşa olunsunlar. Onlar geniş miqyasda ifşa olundular və əsl niyyətləri dünyaya bəlli oldu. 

“COP29 tribunasından Azərbaycana qarşı düşmən münasibətində olanlara layiqli cavab verildi...”

Müstəqil ekspert Rauf Zeyni “Bakı-Xəbər”ə şərhində bildirdi ki, COP29 beynəlxalq tədbiri Azərbaycanın müasir tarixində əhəmiyyətli hadisə olması ilə yanaşı, həm də beynəlxalq tribuna olaraq çox əhəmiyyətlidir və bu tədbirdə 196 dövlətdən 72 min qonaq iştirak edir. “Ölkə başçısı, Müzəffər Ali Baş Komandan  İlham Əliyev öz çıxışında COP29-un mahiyyətini, əhəmiyyətini qeyd etməklə yanaşı, həm də bir çox həqiqətləri dünya ictimaiyyətinə çatdırdı. Prezident Azərbaycanın neft ölkəsi olması iddiası ilə bəzi Qərb dövlətlərinin, bəzi Qərb mediasının çıxışlarına tutarlı cavab verdi. O, Azərbaycana qarşı təxribatla məşğul olan qüvvələrin ittihamlarını iqtisadi təhlilərlə, faizlərlə, konkret rəqəmlərlə, faktlarla ifşa etdi. Bildirdi ki, Azərbaycanın dünya neft istehsalında cəmi 0,7 faiz payı var. Prezident bütün məsələlərə aydınlıq gətirməklə bizə qarşı düşmən mövqeyi sərgiləyənlərin, əsassız ittiham irəli sürənlərin niyyətini ifşa etdi”. 

R.Zeyninin sözlərinə görə, biz COP-a yüksək səviyyədə ev sahibiliyi etməklə Cənubi Qafqaz ölkəsi olaraq  perspektivli “yaşıl” ölkə olduğumuzu, dünyaya yeni açılan ölkə olmağımızı sübut etdik. 33 illik müstəqillik dövrümüzün ən möhtəşəm tədbirlərdən birini keçirdiyimizi deyən R.Zeyni qeyd etdi ki, Azərbaycan dünyaya COP örnəyi təqdim etdi, COP standartları müəyyən etdi, ona görə də COP29 Azərbaycan dövlətinin təşkilatçılığı ilə tarixə düşdü. “Bundan əvvəl keçirilən COP-lara baxanda, bundan sonra keçiriləcək COP-ları təəsvvür edəndə bizim təqdim etdiyimiz örənəyin mütləq şəkildə qeyd ediləcəyinə inanıram. COP28-ə Birləşmiş Ərəb Əmirlikləri ev sahibliyi etdi, COP29-a Azərbaycan ev sahibliyi edir, COP30-a Brazilya ev sahibliyi etmək niyyətindədir.  COP31-ə isə Türkiyə Cumhuriyyəti namizədlərdən biridir. Düşünürəm, ona nail ola biləcək”. 

R.Zeyni deyir ki, Azərbaycanın 33 ildə nə qədər inkişaf etdiyi, bunun beynəlxalq nüfuzumuzun artmasına xidmət etdiyi göz önündəndir. O qeyd etdi ki, 2020-ci ildə baş verən əks-hücum əməliyyatları, 2023-cü ildə keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində işğal altında olan torpaqlarımız azad edildi. Ərazi bütövlüyünü, suverenliyini bərpa edən qalib bir dövlət kimi Azərbaycanın dünyada böyük nüfuz qazandığını qeyd edən R.Zeyni vurğuladı ki, xüsusilə də biz Azərbaycan Prezidentinin Cənubi Qafqazın sınırlarına sığmayan bir lider olduğunu görməkdəyik. “Dövlətlərin başçılarının, rəsmi şəxslərin Azərbaycan Prezidentindən ayaqüstü də olsa xahişlər etdiyini canlı yayımlarda görürdük. Onlar xahiş edirdilər ki, BMT-nin baş katibinin bizim ölkəmizə gəlməsinə də kömək edin. Yəni COP29 dünya üçün bir sübut oldu ki, Azərbaycan Prezidenti statistik rəqəmləri açmaqla Azərbaycanın dünyada yerini müəyyən etdi və o cümlədən Azərbaycana qarşı ədalətsiz mövqe sərgiləyən dünya siyasətçilərinə də COP29 tribunsından öz açıq mesajlarını göndərdi. 

COP29 tribunasından Azərbaycana qarşı düşmən münasibətində olanlara layiqli cavab verildi və onlar təkzibolunmaz faktlarla ifşa edildilər”. 

R.Zeyni qeyd etdi ki, həm Cozef Borrellə, həm də digərləri ilə bağlı Prezident öz fikirlərini bildirdi. “Prezident onlara layiqli cavab verdi və bildirdi ki, biz cəngəllik ölkəsiyiksə bizdən kənar durun, bizim daxili işlərimizə qarşımayın. Bir məsələni bilmək lazımdır ki, belə beynəlxalq tədbirlərin çox böyük əhəmiyyəti, bunun görünən və görünməyən tərəfləri var. Ona görə də düşünürəm ki, COP tədbiri Azərbaycan tarixində çox uğurlu bir səhifədir. Biz belə beynəlxalq tədbirlərə çox böyük iddialarımızı ortaya qoymalıyıq, nə qədər imkan var o qədər belə böyük tədbirlər keçirməliyik.     

Yeri gəlmişkən, QHT-lər də COP-da çox fəaldırlar. İstər Milli QHT Fondu, istər Beynəlxalq Avrasiya Mətbuat Fondu, istər ekoloji təşkilatlarımız COP çərçivəsində müxtəlif panellər keçirtdilər. onlar da Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında öz mühüm töhfələrini verdilər.

Dövlətimizə və xalqımıza uğurlar azrulayıram. Təbii ki, belə beynəlxalq tribunalardan gerçəkləri, reallıqları dünya ictimaiyyətinə çatdırmalıyıq” - deyə R.Zeyni vurğuladı. 

İradə SARIYEVA







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

SON XƏBƏRLƏR

24.12.2024 | 00:05
Mehriban Əliyeva Prezident İlham Əliyevin doğum günü münasibətilə paylaşım edib - FOTO

23.12.2024 | 22:17
QAİ ABŞ administrasiyasına çağırış etdi - heç olmasa, son günlərinizdə bundan çəkinin...

23.12.2024 | 21:30
Ceyhun Bayramov Serbiyada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etdi - FOTO

23.12.2024 | 21:27
ATF-in vitse-prezidenti çempionat qabağı müəllim və məşqçilərlə görüşüb

23.12.2024 | 21:24
Veysəloğlu 30 illik yubileyini və Yeni il tədbirini keçirdi

23.12.2024 | 21:14
Azərbaycanın Orta Şərqdə mühüm gücə çevrilmək şansı açılır...

23.12.2024 | 20:59
Ermənistan “qədim sivilizasiyaların” adı ilə “Arsax oyunu” oynayır... UNESCO-ya müraciət...

23.12.2024 | 20:44
Çoxvektorluluq, məntiqilik, sistemlilik, balans - xarici siyasətin hamıya görünən tərəfləri...

23.12.2024 | 20:29
"Şamdan sonra Türkiyə İrəvana girəcək" - erməni-rus mediası yeni hədəf tapıb...

23.12.2024 | 20:15
XİN-dən ABŞ səfirliyinə cavab - "...media azadlığına dözümsüzlüyü heyrət doğurur"

23.12.2024 | 20:11
İordaniya Kralı Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 20:04
Azərbaycanın Şimal-Cənub nəqliyyat dəhlizi üzrə yeni tarixi saziş imzalandı...

23.12.2024 | 20:03
Prezident İlham Əliyevə doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir

23.12.2024 | 19:51
İsxak Hersoq Prezident İlham Əliyevə təbrik məktubu göndərib

23.12.2024 | 19:48
Qlobal iqtisadi böhranın ardınca Azərbaycanda möhkəm maliyyə sabitliyi - möcüzənin sirri...

23.12.2024 | 19:35
Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

23.12.2024 | 19:21
İlham Əliyevin bəyanatından sonra Simonyan Dehliyə getdi - təsadüf?

23.12.2024 | 19:17
Uşaq bağçalarına saxta vakansiya elanları verib pul yığırdı- tutuldu...

23.12.2024 | 19:14
Orban Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 19:10
Azərbaycanda yeni beşillik plan qəbul olunacaq - regionlar inkişaf etdikcə rifah yüksəlir...

23.12.2024 | 18:57
Bölgələrimizdə həkim çatışmazlığı problemi dərinləşir....

23.12.2024 | 18:55
TDT Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:43
Azərbaycanın ixracı azalıb, idxal artıb - nə qədər itirmişik?..

23.12.2024 | 18:33
Emoməli Rəhmon Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 18:30
Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

23.12.2024 | 18:20
Nursultan Nazarbayev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:17
Ermənistanda “neqodnıları” da orduya çağırmağa qərar verdilər...

23.12.2024 | 18:04
Zelenski Avropa liderləri qarşısında Azərbaycana pislik etdi - “qaz yanlışı” ilə...

23.12.2024 | 17:51
Qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmə təkmilləşdirilir

23.12.2024 | 17:48
2 gün sonra Ukrayna bu dövlətlərin qazını kəsəcək - gözlər Bakıda...

23.12.2024 | 17:45
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:35
Bakı-İrəvan anlaşmasında Bayden hökumətinin səyləri iflasa uğradı - Patel çətinliyə düşdü...

23.12.2024 | 17:31
Sadır Japarov Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 17:27
“Yada düşdü” jurnalının növbəti sayı işıq üzü görüb

23.12.2024 | 17:23
TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransı keçirilib

23.12.2024 | 17:22
Qafqazın inkişafı yunan güzgüsündə - Rusiyanın adı yox, Zəngəzur dəhlizi yox...

23.12.2024 | 17:19
Xorvatiya Prezidenti Prezident İlham Əliyevə təbrik məktubu ünvanladı

23.12.2024 | 17:15
“Prezident İlham Əliyevin Liderliyi ilə ölkəmiz dünyada söz sahibi olan dövlətə çevrilib” - Vüqar Rəhimzadə

23.12.2024 | 17:15
Putin Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:15
“Mirzə İbrahimovun irsinin qorunması və təbliği”

23.12.2024 | 17:05
Kiyev Rusiya qazının Ukrayna üzərindən Avropaya nəqlini dayandırır - tarix də açıqlandı...

23.12.2024 | 17:02
Şavkat Mirziyoyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 16:52
Azərbaycanda minimum aylıq əməkhaqqı artdı - 400 manat...

23.12.2024 | 16:48
Biznesin İnkişafı Fondunun Nizamnaməsi və vəsaitindən istifadə Qaydası təsdiqləndi

23.12.2024 | 16:47
Moldova separatçı Dnestryanıda hərbi əməliyyata hazırlaşır - Rusiya kəşfiyyatından iddia...

23.12.2024 | 16:45
Prezident İlham Əliyev Biznesin İnkişafı Fondunun Nizamnaməsini təsdiq edib

23.12.2024 | 16:44
İrakli Kobaxidze Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 16:43
TÜRKSOY-un Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

23.12.2024 | 16:35
Rusiya ordusu Ukraynada daha bir bölgəni ələ keçirdi

23.12.2024 | 16:30
“Misli”nin dəstəyi ilə keçirilən Peşəkar İntellekt Liqasının 2024-cü il mövsümü yekunlaşıb - FOTO

23.12.2024 | 16:23
Hikmət Hacıyev Pakistan səfirini qəbul etdi

23.12.2024 | 16:22
Lənkəranın illərlə bərbad qalan yolları...

23.12.2024 | 16:17
Miqrasiya Xidməti Rusiyaya gedən azərbaycanlılara müraciət etdi

23.12.2024 | 16:17
Ceyhun Bayramov Serbiya Prezidenti Vuçiçlə görüşdü

23.12.2024 | 15:53
Zakir Həsənov Türkiyənin Quru Qoşunları komandanı ilə görüşdü - FOTO/VİDEO

23.12.2024 | 15:48
Rövşən Rzayev Saatlıda vətəndaşları qəbul edib

23.12.2024 | 15:38
“Nar”ın rouminq paketləri ilə Yeni il səyahətində sərfəli ünsiyyət!

23.12.2024 | 15:30
Aliment borcu hansı hallarda silinə bilər...

23.12.2024 | 15:08
TƏBİB tabeli tibb müəssisələrində 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub

23.12.2024 | 15:07
Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib

23.12.2024 | 15:04
Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

23.12.2024 | 15:00
TƏBİB sədri saxta plastic cərrah məsələsinə toxundu

23.12.2024 | 14:28
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - DİN vətəndaşlara çağırış etdi...

23.12.2024 | 14:16
Yakup Erikel Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 14:10
Valentina Matviyenko Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 13:45
Prezident İlham Əliyev Naxçıvanda yeni İES-in tikintisi ilə bağlı sərəncam imzaladı

23.12.2024 | 13:40
“Keşlə bazarı”nın sökülməsi təxirə salındı - gələn il fevralın 1-dək...

23.12.2024 | 13:28
Məktəblərdə bayram tətilinin vaxtı açıqlandı

23.12.2024 | 13:16
Yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxıldı

23.12.2024 | 12:55
Kolumbiya Panama kanalı ilə bağlı Trampa xəbərdarlıq etdi - miqrasiyanı artırıcaq...

23.12.2024 | 12:42
Ambulanslar da avtobus zolaqlarına daxil olacaq...

23.12.2024 | 12:26
Prezident idmançıları və idman mütəxəssislərini təltif etdi

23.12.2024 | 12:23
"Azərbaycan cəmiyyəti bütün dünyaya dini tolerantlığı və multukulturalizmi ilə örnək göstərilir" - Əli Əhmədov

23.12.2024 | 12:08
Şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin vahid geyimindən danışdı

23.12.2024 | 11:12
Prezident: "Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır"

23.12.2024 | 11:06
"Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir" - Prezident

23.12.2024 | 11:04
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:50
"Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib" - Prezident İlham Əliyev

23.12.2024 | 10:35
Prezident İlham Əliyev Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031