"Bakıdakı danışıqlarda maliyyə və iqlim böhranının təsrinin azaldılması əsas məsələdir" - Kristina Vegeleyn
Bakıda baş tutan danışıqlarda maliyyə və iqlim böhranının təsrinin azaldılması əsas məsələdir. Trend xəbər verir ki, bu barədə Almaniya Federal Xarici İşlər İdarəsinin iqlim təhlükəsizliyi şöbəsinin rəhbəri Kristina Vegeleyn “Sülh, Yardım və Bərpa üçün İqlim Fəaliyyətinə Bakı Çağırışı”nın mətbuat konfransı zamanı deyib.
O qeyd edib ki, iqlimin daha müsbət olması üçün humanitar aksiyanı dəstəkləmək lazımdır.
“Üzləşdiyimiz böhranlar bir-birinə təsir edir və daha da şiddətləndirir. Bunun nəticələrini isə insanlar hiss edir. Buna görə də biz həll yollarını da düşünməliyik. İqlim böhranını və ya qeyri-sabitliyi təkbaşına həll edə bilmərik.
Tapdığımız bütün təşəbbüslərlə bizdə belə bir hiss var idi ki, qüvvələrimizi birləşdirsək və bu məsələni birlikdə həll etsək, yaxşı olar. Bu, Bakı çağırışının atdığı addımdır.
Bu COP-da iqlimin maliyyələşdirilməsinin vacib olduğunu dedikdə, əlbəttə ki, hamımız bunun rəqəmlərlə bağlı olduğunu bilirik. İqlim böhranındam təsirlənən ölkələr üçün daha çox vəsait olmalıdır. Bu, həmişə təmin olunmur. Xərclənən vəsaitlərin ən həssas təbəqələrə, münaqişədən təsirlənənlərə və onların iqlim fəaliyyət planına uzun müddət ərzində çatmasını istəyirik”, - deyə o bildirib.