BMT-nin Ofis direktoru COP29-da transmilli cinayətkarlıqla mübarizə üçün çağırış etdi
Biz gün həm də Transmilli Cinayətkarlıqla Mübarizə günüdür, hamını mütəşəkkil cinayətkarlıqla mübarizəyə çağırırıq.
Trend xəbər verir ki, bunu bu gün Bakıda COP29 çərçivəsində Azərbaycan Respublikasının Baş Prokurorluğunun təşkilatçılığı ilə keçirilən “Gücləndirilmiş İqlim Fəaliyyəti üçün Hüquq-mühafizə orqanlarının səfərbər edilməsi” mövzusunda konfransda BMT-nin Narkotik Vasitələrin Dövriyyəsi və Cinayətkarlıqla Mübarizə Ofisinin direktoru Qada Val deyib.
“Transmilli Cinayətkarlıqla Mübarizə günündə hamını mütəşəkkil cinayətkarlıqla mübarizəyə çağırırıq. Kriminal ədaləti gündəliyə gətirmişik. İlk dəfə COP28-də Əbu-Dabi Çağırış Təşəbbüsü irəli sürmüşdük. Transmilli cinayətkarlıqla mübarizədə dövlətlər tərəfindən ciddi tədbirlər görülüb. Biz hüquq-mühafizə orqanlarına lazımi alət və imkanlar yaratdıqda bu sahədə mübarizə effektiv olacaq. Biz 2000-dən çox hüquq-mühafizə orqanı əməkdaşına təlim keçmişik”, - deyə Qada Val vurğulayıb.