Qırğızıstan Azərbaycanın "yaşıl" enerji dəhlizlərinin yaradılması təşəbbüsünü dəstəkləməyə hazırdır
Qırğızıstan Azərbaycanın "yaşıl" enerji dəhlizlərinin yaradılması təşəbbüsünü dəstəkləməyə hazırdır. Trend xəbər verir ki, bu barədə Qırğızıstanın energetika naziri Taalaybek İbrayev COP29 çərçivəsində Mərkəzi Asiya üzrə enerji keçidi məsələlərinə dair İnvestisiya Forumunda bildirib.
"Biz Azərbaycan tərəfinin yaşıl enerji dəhlizlərinin yaradılması, təmiz enerjinin saxlanılması texnologiyalarının inkişafı, vahid fəaliyyət planının hazırlanması və iqlim maliyyələşdirilməsinin gücləndirilməsi təşəbbüsünü dəstəkləməyə hazırıq", - deyə nazir bildirib.
T.İbrayev vurğulayıb ki, Azərbaycan və Qırğızıstan uzun illərə söykənən möhkəm münasibətlər, strateji əməkdaşlıq və tərəfdaşlıq, o cümlədən enerji sahəsində əməkdaşlıqla bağlıdır.
"Azərbaycan iqlim dəyişiklikləri ilə mübarizə və texnologiyalar sahəsində qabaqcıl təcrübəyə və təşəbbüslərə malikdir. Əminəm ki, iqlim sammitində müzakirə olunan məsələlər tezliklə nəticələr verəcək və yaşıl enerjiyə keçidi sürətləndirəcək", - deyə nazir qeyd edib.