"Dekabrdan əvvəl Ermənistan tərəfi ilə görüş mümkün deyil" - XİN başçısı
Azərbaycan və Ermənistan arasınsa danışıqlar prosesinin iki komponenti var. Biri fiziki görüşlərdir. Trend xəbər verir ki, bunu COP29 kuluarlarında jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov deyib.
“Təbii ki, onun özünün əhəmiyyəti var. Hazırda Azərbaycan heyətinin əsas fokusu COP-la bağlıdır. Bu səbəbdən dekabrdan öncə fiziki görüşlərin olması mümkün deyil.
Dekabr ya yanvar ayında olması sonrakı məsələdir. Hələlik bununla bağlı hər hansı konkret razılaşma yoxdur. Fiziki görüşlərdən başqa, sənəd üzərində iş davam edir və bu iş hazırda da dayanmayıb”.
Nazir deyib ki, Ermənistanın baş naziri Nikol Paşinyanın dünən Azərbaycan konstitusiyası ilə bağlı bəlli bir açıqlama verdi. Biz hesab edirik ki, həmin açıqlamalar beynəlxalq ictimaiyyəti çaşdırmaqdan başqa bir işə xidmət etmir.
Nazir qeyd edib ki, dünən XİN mətbuat katibi Ayxan Hacızadə həmin açıqlamaya çox detallı bir cavab hazırlayıb təqdim etdi.
“Həmin açıqlamada addım-addım Ermənistan tərəfinin açıqlamasının əsassız olması göstərilib”.
Qeyd edək ki, Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin rəhbəri Ayxan Hacızadə ötən gün "X" sosial şəbəkəsində Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycan Konstitusiyası ilə bağlı əsassız iddialarına cavab verib.