İtaliya və İngiltərədən qələbə, Ermənistan Farer Adalarına uduzdu
Futbol üzrə Millətlər Liqasında 5-ci tura start verilib. İlk oyun günündə 8 matç keçirilib. A Liqasının 2-ci qrupunda İtaliya millisi Belçikaya qalib gəlib. Fransa isə İsraillə heç-heçə edib. B Liqasının 2-ci qrupunda İngiltərə səfərdə Yunanıstanı böyük hesabla üstələyib. Ermənistan millisi isə Farer Adaları yığmasına 0:1 hesabı ilə uduzub.
Qeyd edək ki, 5-ci turun digər görüşləri 15 və 16 noyabr tarixlərində keçiriləcək. Azərbaycan millisi bu turda Estoniyanı qəbul edəcək (16 noyabr).
Millətlər Liqası, 5-ci tur
14 noyabr
A Liqası
2-ci qrup
23:45. Belçika - İtaliya - 0:1
Qol: Tonali, 11
23:45. Fransa - İsrail - 0:0
Xallar: İtaliya - 13, Fransa - 10, Belçika - 4, İsrail - 1.
B Liqası
2-ci qrup
23:45. Yunanıstan - İngiltərə - 0:3
Qollar: Uatkins, 7, Vlaxodimos, 78-avtoqol, Cons, 83
23:45. İrlandiya - Finlandiya - 1:0
Qol: Ferqusson, 45
Xallar: İngiltər - 12, Yunanıstan - 12, İrlandiya - 6, Finlandiya - 0.
3-cü qrup
19:00. Qazaxıstan - Avstriya - 0:2
Qollar: Baumqartner, 15, Qreqoriç, 25
23:45. Sloveniya - Norveç - 1:4
Qollar: Sesko, 21-pen. - Nusa, 4, 59, Haaland, 45, Hauqe, 83
Xallar: Avstriya - 10, Norveç - 10, Sloveniya - 7, Qazaxıstan - 1.
C Liqası
4-cü qrup
21:00. Ermənistan - Farer Adaları - 0:1
Qol: Davidsen, 33-pen.
23:45. Şimali Makedoniya - Latviya - 1:0
Qol: Serafimov, 57
Xallar: Şimali Makedoniya - 13, Farer adaları - 6, Ermənistan - 4, Latviya - 4.