KÖHNƏ VERSİYA            

Azərbaycan sülh dövrünü gətirdi, sülh sazişi isə Ermənistandan asılıdır...

Image

Azərbaycan İkinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqazda yeni reallıqlar yaradıb və bu fonda regionda sülhün və sabitliyin təmin olunması üçün genişmiqyaslı fəaliyyət göstərir. 

O da bəlli həqiqətdir ki, sərhədlərin delimitasiyası və demarkasiyası, kommunikasiyaların açılması, yekun sülh sazişinin imzalanması bu gün Azərbaycanın müəyyən etdiyi gündəliyin əsas müddəalarıdır. Ermənilər yeni reallıqdan bəhrələnmək istəyirlərsə, o zaman təbii ki, Azərbaycanın müəyyən etdiyi gündəliyi qəbul etməlidirlər.

Əslində, proseslər göstərir ki, erməni tərəfinin başqa çıxış yolu da yoxdur. Azərbaycanın yaratdığı reallıqlar erməni tərəfinə başqa seçim yeri də qoymur. Bunu Azərbaycanın Təhlükəsizlik Şurasının katibi Ramil Usubovun fikirlərindən də görmək olar. O vurğulayr ki, Ermənistanla sülh müqaviləsi bağlanmasa da, bölgədə sülh dövrü faktiki bərqərar olunub. R.Usubov “Azərbaycan” qəzetində dərc edilmiş məqaləsində bildirib ki, milli təhlükəsizliyə təhdid yaradan amillər zərərsizləşdirilib: “Azərbaycan xalqı belə bir münbit təhlükəsizlik şəraitində Qarabağ mövzusunu indi möhtəşəm tikinti və quruculuq məkanı kimi müzakirə edir, bu sahədə qlobal miqyaslı işlər görülür. Regionun tərəqqi, əməkdaşlıq və təhlükəsizlik mühitində Azərbaycan fenomeni əsas tənzimləyici faktordur. Zəfərin yaratdığı reallıqlar isə Qafqaz bölgəsi ilə yanaşı, ümumiyyətlə, Avrasiya məkanının müxtəlif sahələrində yeni yanaşmaları, müasir çağırışları aktuallaşdırıb. “Ölkəmizdə və Qafqazda sülh, inkişaf və təhlükəsizlik sistemi dünyaya mühüm töhfədir. Qlobal səviyyədə nüfuzlu dövlət və lider kimi tanınan Azərbaycanla bağlı hər hansı bir proses təbii olaraq, beynəlxalq miqyasda da diqqətlə qarşılanır və onun ciddi təsirləri olur. Eyni zamanda Azərbaycanın və onun Liderinin müstəqil siyasəti müəyyən xarici dairələrdə, qruplarda, hətta bəzi dövlətlərdə narahatlıq və narazılıq yaradır. Prezident cənab İlham Əliyevin təbirincə desək, Azərbaycan dünya miqyasında çox böyük layları yerindən tərpədib. Ancaq respublikamızın son onillikdə qlobal problemlərin həllinə verdiyi töhfələrlə qazandığı böyük nüfuz, etimad bu müstəqil siyasətin davamlılığını arzulayan dövlətlərin və xalqların əksəriyyət təşkil etdiyini də göstərir. Yeri gəlmişkən, qlobal miqyasda təhlükəsizlik sahəsində yaşanan problemlər təəssüf ki, son illərdə daha geniş miqyas almışdır. Sosial böhranlar, iqtisadi tənəzzül, vətəndaş qarşıdurması, siyasi qovğalar, hətta ekoloji fəlakətlər mahiyyətcə qanlı savaşlarla eyni nəticələr verir və dövlətlərin, millətlərin təhlükəsizliyinə ciddi təhdidlər formalaşdırır. Müasir təhlükəsizlik sistemində bütün bu amillər eyni səviyyəli təhlükə faktoru kimi qəbul olunur və onların zəncirvari halqa kimi bir-birinə zərərli təkan vermələri aydın müşahidə edilir”. Beləliklə, bu gün Cənubi Qafqazda yeni reallıqlar mövcuddur. İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan uğurlu xarici siyasəti ilə böyük sülh sazişinin imzalanmasını, regionda yeni reallıqlara əsaslanan quruculuq dövrünün başlanmasının vaxtı olduğunu ikitərəfli və çoxtərəfli beynəlxalq görüşlərdə dəfələrlə mövqe kimi nümayiş etdirib. Eyni zamanda, müharibədən sonrakı dövrün çağırışlarını nəzərə alaraq Azərbaycanın çoxvektorlu xarici siyasəti bir daha sülh və ədalət prinsiplərinin dönməzliyi ilə səciyyələnir.

O da birmənalı həqiqətdir ki, İkinci Qarabağ müharibəsində əldə olunan möhtəşəm qələbə yaxın perspektivdə hərbi münaqişə ehtimalını məhdudlaşdıracaq. Bu, regionda təkcə Azərbaycan və Ermənistanın deyil, eyni zamanda, sülh və ədalətin tərəfdarı olan müttəfiqlərin də strateji maraqlarını təmin edəcək. Beləliklə, regionda inteqrasiyanı artırmaq, həmçinin davamlı iqtisadi inkişafı təmin etmək üçün yeni çoxtərəfli əlaqələr yaradılmalıdır. Bunu Ermənistanda da başa düşənlərin sayı az deyil. Məsələn, Ermənistan parlamentinin sədri Alen Simonyan qeyd edir ki, Azərbaycan və Ermənistan Tavuş istiqamətində delimitasiya prosesinin başa çatmasından sonra bu prosesin hansı ərazidə davam etdiriləcəyini müzakirə edir. Hələlik qəti qərar verilməyib. Ermənistan və Azərbaycan arasında sərhədin delimitasiyası üzrə komissiyaların nizamnaməsinə toxunan Simonyan deyib ki, bu sənədin mövcudluğu çox əhəmiyyətlidir: “Düşünürəm ki, bu sənədin mövcudluğu həm Ermənistan, həm də Azərbaycan üçün böyük qələbədir. Bu ikitərəfli qələbədir və Ermənistanla Azərbaycan arasında ilk dövlətlərarası sənəddir. Onun həyata keçirilməsi həm Ermənistanın, həm də Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü üçün ən mühüm təməl daşıdır. Biz irəliləməyə davam edəcəyik”. Simonyan prosesin müsbət axarda olacağına ümid etdiyini vurğulayıb. Onun sözlərinə görə, delimitasiyanın harada davam etdiriləcəyi ilə bağlı hələ qərar yoxdur: “Hazırda prosesin harada davam etdirilməsi ilə bağlı müzakirələr gedir”. Simonyan sərhədlərin bərpasının vacib məsələ olduğunu qeyd edib. Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov isə bu fonda bildirir ki, sülh üçün Azərbaycan haqlı olaraq Ermənistan Konstitusiyasında əksini tapmış əsassız ərazi iddialarını məhz referendum yolu ilə aradan qaldırılması tələbini irəli sürüb: “Bakı davamlı sülh istəyir. Ona görə də əsaslı bir sülh müqaviləsinin imzalanmasına ehtiyac var. Vaxtilə keçmiş sovet ittifaqının mövcud konstitusiyasını və beynəlxalq qanunları kobud şəkildə tapdalayıb Azərbaycan ərazilərini işğal edən Ermənistan olub. Daha sonra İrəvan BMT Təhlükəsizlik Şurasının qətnamələrinə belə əhəmiyyət verməyib. Bütün bu faktlar göstərir ki, Azərbaycana sənəd deyil, nəticə lazımdır. Sülh lazım deyil yanaşması kökündən yanlışdır. Azərbaycan dövlətinə və xalqına sülh hamıdan çox lazımdır. Çünki bu münaqişənin əsas qurbanı Azərbaycan xalqı olub. Ona görə də xalq sülh istəyir. Amma burada sülhün hansı formada imzalanması amili önəmlidir. Azərbaycan dövlətinin mövqeyini əks etdirən sülhün olması əsas şərtdir”.

Samirə SƏFƏROVA







VİDEO

Suriya azı 4 yerə bölünür... Əsəd "keçi qiymətinə" satılır - David koridoru gerçəkləşə bilər... - VİDEO

Paşinyan Azərbaycanla kiçik müharibə ssenarisi üzərində işləyir... - VİDEO

Konqresmen Pallone Bakıdan qaçdı və ABŞ da “tünd sirkə kimi partladı”... - VİDEO

Ermənistanın örtülü taktikası - Azərbaycanı beynəlxalq məhkəmə iddialarından geri çəkmək istəyir...

Bayden administrasiyası azərbaycanlı “jurnalistləri” belə “rasxoda” verir...

Ehtiyatda xüsusi təyinatlı idi, 4 uşaq atası idi, könüllü getdi və şəhid oldu - Daşdəmir Paşayev...

SON XƏBƏRLƏR

12.12.2024 | 00:11
Mehriban Əliyeva Ulu Öndər Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib - FOTO

12.12.2024 | 00:05
Bu gün Ümummilli Lider Heydər Əliyevin anım günüdür

11.12.2024 | 23:15
Blinken Azərbaycanla bağlı qərəzli bəyanat verdi, XİN-dən də tutarlı cavab aldı...

11.12.2024 | 22:38
Azərbaycanda Qiymətləndiricilər Palatası yaradıldı, sədr də seçildi

11.12.2024 | 21:50
Daxili Qoşunların Hərbi İnstitutunda Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib - FOTO

11.12.2024 | 21:22
Əsəd çökən kimi Suriyanın tranzit mərkəz rolu qabardı - Qətərdən Avropaya qaz xətti...

11.12.2024 | 21:07
Ermənistanın örtülü taktikası - Azərbaycanı beynəlxalq məhkəmə iddialarından geri çəkmək istəyir...

11.12.2024 | 21:03
Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib - FOTO

11.12.2024 | 20:52
Bayden administrasiyası azərbaycanlı “jurnalistləri” belə “rasxoda” verir...

11.12.2024 | 20:37
Paşinyandan yeni pozuculuq - Azərbaycanla Sazişdə konstitusiya dəyişikliyi öhdəliyi olmasın...

11.12.2024 | 20:24
Gürcüstanda yeni prezident seçkisi ərəfəsində təlatüm yenidən qızışır...

11.12.2024 | 20:10
Türk lirəsi Suriyanı tutdu, ermənilər təlaşda - Azərbaycan-Türkiyə işbirliyinə yeni meydan...

11.12.2024 | 20:02
Tarixi kəşf: Müqəddəs Nikolay kilsəsində Sarkofaq tapıldı

11.12.2024 | 19:53
Azərbaycanda ilk: “Paxlava və Şirniyyat Festivalı”

11.12.2024 | 19:44
Ehtiyatda xüsusi təyinatlı idi, 4 uşaq atası idi, könüllü getdi və şəhid oldu - Daşdəmir Paşayev...

11.12.2024 | 19:31
Əsəd bir qaz kəmərinin qurbanı oldu - işi İran və Rusiya pozdu...

11.12.2024 | 19:17
Ermənistanın Hələbə göndərdiyi minatəmizləmə batalyonu əslində Əsədi müdafiə edirdi...

11.12.2024 | 19:03
Əsədin iflası qaçılmaz idi - orduya maaş da verə bilmirdi...

11.12.2024 | 18:48
Qərbin düşməni Əsəd, Ermənistanın qardaşı Əsəd - rejimin cinayətlərində Ermənistan hakimiyyətlərinin də əli var...

11.12.2024 | 18:33
Əsəd bacarsaydı, Dağlıq Qarabağı Ermənistan kimi tanıyardı...

11.12.2024 | 18:19
Əsəd Şərqdə bütün antiqərbçi qüvvələrin dostu idi - Ermənistanın da...

11.12.2024 | 18:05
Beynəlxalq tədbirlərə ev sahibliyi - siyasi və sosial fəallığın mənbəyi...

11.12.2024 | 17:51
Ermənistan İran üzərindən Əsədə hərbi yardım karvanları göndərdi...

11.12.2024 | 17:38
Əsəd Kəşmir məsələsində Hindistanı niyə dəstəkləyirdi?..

11.12.2024 | 17:25
Erməni terror təşkilatları Əsəd rejiminin əsas yardımçılarından idi...

11.12.2024 | 17:18
Messi və komanda yoldaşları Heydər Əliyev Mərkəzində... - FOTO

11.12.2024 | 17:12
"Elmin qocalmasının" bir səbəbi var - gənclər elmdən niyə qaçır?..

11.12.2024 | 16:58
Əsədin Suriyadan Rusiyaya 135 milyardla qaçdığı ortaya çıxdı - Moskvada iki göydələndə 18 lüks mənzil...

11.12.2024 | 16:46
BMT-dəki Rusiya nümayəndəsindən Colaninin başına pul qoyan ABŞ-a ironik təklif - 10 milyonu bizə verin, adresi sizə deyək...

11.12.2024 | 16:41
Bakıda Messi və ulduz komanda yoldaşlarının azarkeşlərlə görüşü keçirildi

11.12.2024 | 16:05
Ceyhun Bayramovla Hakan Fidan Suriyadakı son vəziyyəti müzakirə etdi

11.12.2024 | 15:45
Lionel Messi Azərbaycana təşəkkür etdi

11.12.2024 | 15:22
Abşeronda silsilə oğurluq edən keçmiş məhkum yaxalandı

11.12.2024 | 15:07
Bir çox travmatoloji xidmətin icbari tibbi sığortaya əlavə edilməsi planlaşdırılır

11.12.2024 | 15:02
Suriya “TORTU”...

11.12.2024 | 14:53
İsrail dayanmır… Suriyanın hərbi bazaları, donanması bombalanır - Netanyahu Əsədi devirən müxalifləri hədələdi…

11.12.2024 | 14:40
Prezident İlham Əliyev Azəri, Çıraq və Günəşli yataqları ilə bağlı qanunu imzaladı

11.12.2024 | 14:30
Kürdəmirdə inək oğrusu tutuldu...

11.12.2024 | 14:11
Görkəmli Qırğız yazıçısı, TÜRKSOY-un Baş katibi Sultan Rayevin “Daşqın” kitabının təqdimatı keçirilib

11.12.2024 | 14:08
Güney Azərbaycan siyasi təşkilatlarının 21 Azər-in 79-cu ildönümü münasibətilə bəyanatı

11.12.2024 | 14:00
Elçibəyin Rəsulzadə qəsəbəsindəki evi qarət olundu...

11.12.2024 | 13:51
DİN rəsmisindən diplomsuz plastik cərrahlarla bağlı açıqlama - cəzalanmalar olacaq...

11.12.2024 | 13:30
"Azərbaycanın ali təhsil sistemində tətbiq edilən bəzi yanaşmalar müasir dövrün tələblərinə cavab vermir" - Nazir

11.12.2024 | 13:22
Gələn ilin bayram günləri açıqlandı...

11.12.2024 | 13:04
Армянский ТГ канал называет узбеков, таджиков и чеченцев террористами. Абсурд! - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

11.12.2024 | 12:48
Bakı Təşəbbüs Qrupu Roma Papasına müraciət ünvanladı

11.12.2024 | 12:34
Lənkəranda yetkinlik yaşına çatmayanlara siqaret satanlar cərimələndi

11.12.2024 | 12:11
"Azərkosmos"un peyk həlləri ilə Qırğızıstanda təbii fəlakətin qarşısı alındı

11.12.2024 | 11:30
Prezident İlham Əliyev Amerika İsrail İctimai Əlaqələr Komitəsinin prezidentini və yeni seçilmiş prezidentini qəbul edib - FOTO

11.12.2024 | 11:20
Ya sanksiyanı seç, ya da Rusiya qazını - Bolqarıstan dilemma qarşısında...

11.12.2024 | 11:10
"Kuruluş Osman" serialında yeni aktyor

11.12.2024 | 11:05
Bu ölkədə həbs dalğası böyüyür - Milli Polis Agentliyinin baş komissarı da həbs edildi

11.12.2024 | 11:03
Bəşər Əsəd çökdü, Ermənistanı niyə titrətmə tutub? - CANLI

11.12.2024 | 11:00
Bu il Azərbaycandan Avropaya 12 milyard kubmetrə yaxın qaz ixrac olunub - nazirdən PAYLAŞIM

11.12.2024 | 10:30
Samuxda ev yanıb

11.12.2024 | 10:20
ABŞ generalı Suriyaya gedib

11.12.2024 | 10:10
Müxalifət Suriyada konstitusiya komitəsi yaradır

11.12.2024 | 10:05
Neftçalada motosiklet su kanalına düşüb, sürücü ölüb

11.12.2024 | 10:00
Tramp investor dostunu Türkiyəyə səfir göndərir

11.12.2024 | 09:30
"Dünya köklü dəyişikliklərlə üz-üzədir" - Orbandan ŞOK BƏYANAT

11.12.2024 | 09:25
Toy məclisində uşaqlara oyuncaq əvəzi silah paylayan valideynlər var…

11.12.2024 | 09:20
Çempionlar Liqası: "İnter" uduzdu, "Bavariya", "Liverpul" və "Real" qalib gəldi

11.12.2024 | 09:15
Şolts və Ərdoğan Suriyanı müzakirə ediblər

11.12.2024 | 09:10
"Biz Keniya ilə əlaqələrimizin inkişafına böyük əhəmiyyət veririk" - İlham Əliyev

11.12.2024 | 09:06
Messi və dostları Bakıdadır

11.12.2024 | 09:00
Bu gün Cəlilabadda 5 minə qədər abonent qazsız qalacaq

11.12.2024 | 08:37
Sosial şəbəkələrdə tələbələrin qızğın "kurs işi alveri" gedir...

10.12.2024 | 22:30
"Ölüm düşərgələrindən" yayılan fotolardan sonra Putinin Əsədə sığınacaq verilməsi qərarına yenidən baxıla bilər?...

10.12.2024 | 21:12
Rusiya bazası Suriyada təhlükəsizlik təminatı aldı, həmişəlik qalmaq təminatı isə...

10.12.2024 | 20:57
“Şirvan erməniləri?” - öz cəmiyyətlərinə təzə zəhər atırlar...

10.12.2024 | 20:42
Əsədin iflası Türkiyə-Rusiya münasibətlərinin gələcəyini gündəmə gətirdi...

10.12.2024 | 20:29
Mirzoyan əsl səbəbi etiraf edə bilmədi - COP29-dək saziş niyə imzalanmadı...

10.12.2024 | 20:29
Əsəd Suriya xalqının öz mühakiməsinə verilməlidur...Putinin onu himayə etməsinin heç bir haqqı yoxdur...

10.12.2024 | 20:23
Əsəd Azərbaycana qarşı bacardığı hər şeyi etdi, etmədiyi tək bir düşmənçiliyi isə sadəcə bacarmadı...

10.12.2024 | 20:15
Suriya PYD terror təşkilatının lideri Trampın inauqurasiyasına dəvət aldı...

10.12.2024 | 20:08
BDU dünyanın ən yaxşı universitetlərinin fənn reytinqində yer alıb

10.12.2024 | 20:01
Əsəd çökdü, Zəngəzur dəhlizi və Qərbi Azərbaycan gündəm oldu

10.12.2024 | 19:47
AMEA-nın həqiqi və müxbir üzvlərinin yeni seçimində problem yaranıb...

10.12.2024 | 19:33
Qərb Suriyada Türkiyəni yeni hədəf seçdi, PKK kartı önə çıxdı, senator sanksiyalarla hədələdi...

10.12.2024 | 19:19
Qərb dünən Suriyada terrorçu saydığı qüvvələrlə əməkdaşlığa başladı...

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031