KÖHNƏ VERSİYA            

Beynəlxalq təşkilatlarla “23 erməni əsir” manipulyasiyası hələ davam edir...

Image

Akif Nağı: “Ermənistan bu “əsir” oyununa beynəlxalq təşkilatları, müəyyən dövlətləri də cəlb edib nəyəsə nail olmaq istəyir”

Ermənistan beynəlxalq təşkilatları aldatmaqda davam edir və “əsir” manipulyasiyası ilə məşğul olur, bu qurumların diqqətini saxta məlumatlara cəlb etmək istəyir. Bildiyiniz kimi, Ermənistan hələ də beynəlxalq təşkilatlarla separatçı hərəkatın cinayətkar rəhbərlərini, “liderlərini” “hərbi əsir” kimi qələmə vermək oyununu davam etdirir. 

O cümlədən də Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) ilə. BQXK ilə  iş prosesində hələ də Ermənistan Bakıda saxlanılan 23 nəfər cinayətkarı  “hərbi əsir” kimi qələmə verir. Halbuki, Azərbaycanda hərbi əsir yoxdur. Separatçı “liderlər” cinayətkardır, onlar qətiyyən hərbi əsir sayılmırlar, onlar cinayət başında yaxalanmış və zərərsizləşdirilmiş canilərdir. Bu faktdır. 

Ermənistan isə gerçəyi qəbul etmək istəmir və BQXK-nın əməkdaşlarının Azərbaycanda saxlanılan cinayətkarlara baş çəkməsi xəbərində işlədilən  ifadələri özlərinə uyğun şəkildə təhrif edirlər. 

Yazırlar ki, bu ilin oktyabr ayında Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları Azərbaycanda saxlanılan erməni məhbuslara baş çəkib. BQXK-nın Azərbaycan nümayəndəliyi məlumat yayıb ki, saxlanılan şəxslərlə təkbətək görüşlər keçirilib və onların ailələri ilə ünsiyyət qurmaları üçün şərait yaradılıb.

Erməni mediası yazır ki, bundan əvvəl BQXK-nın əməkdaşları sentyabr ayında erməni məhbuslara baş çəkiblər. Qırmızı Xaç əməkdaşlarının konkret kiminlə görüşdüyü bildirilməyib. Məlumdur ki, Komitənin məlumatında erməni canilər “əsir” kimi təqdim edilmir. Amma bunlar yazırlar ki, “əsirlikdə olan” “Vigen Euljekchyanın ailəsi onunla bir neçə aydır danışmadıqlarını bildirib və onun sağ olmasına dair sübut tələb ediblər”. 

Guya Azərbaycanda 23 “erməni əsir” var. Onların da 17-si 2023-cü ildə “əsir götürülüb”. 

Saxlanılan cinayətkar nə vaxtdan “əsir” olur? Yenə də qeyd edirik ki, onlar “əsir” yox, əli Azərbaycan xalqının qanına batmış, dövlətimizə, ərazi bütövlüyümüzə qarşı silahlı cinayət törətmiş qatı cinayətkarlardır. Arkadi Qukasyanın da, Bako Saakyanın da, Arayik Arutyunyanın da, Ruben Vardanyanın da, David Manukyanın da, Levon Mnatsakanyanın da, David Babayanın da əli xalqımızın qanına batıb, onlar cinayətlərinin cəzasını alacaqlar. 

“Azərbaycana bu qondarma məsələ ilə təzyiq göstərməyə cəhd etməklə heç nəyə nail ola bilməyəcəklər”

Azad Vətən Partiyasının sədri Akif Nağı “Bakı-Xəbər”ə bildirdi ki, ermənilər Azərbaycana qarşı ən müxtəlif vasitələrdən istifadə edirlər: “Bununla Azərbaycanın mövqeyinə hansısa zərər vurmaq, Azərbaycanı sıxıntıya salmaq, ittihamlarla üz-üzə qoymaq niyyəti güdürlər. Əsas məqsədləri də odur ki, Azərbaycanın beynəlxalq aləmdə və bölgədə mövqeyi zəifləsin. Ermənilər bizim torpaqlarımıza köçürüləndən, biz onlara öz torpaqlarımızda yer verəndən sonra onlar ancaq “yersiz gəldi yerli qaç” fəlsəfəsi ilə hərəkət etməyə çalışıblar. Özlərinin burada qonaq olduqlarını unutmaq üçün burada qonaq olmadıqlarını, gəlmə olmadıqlarını  sübut etməyə çalışıblar. Azərbaycanlılar da, başqa xalqlar da, respublikalar da ermənilərə “siz bura gəlməsiniz, yer xalq deyilsiniz” deyirdilər, onlar da bundan həmişə rahatsız olublar. Bu səbəbdən də bu torpaqların “sahibinə” çevrilmək istəyirdilər. Necə ki, I Pyotrun vaxtından bunları köçürülməsinin əsası qoyuldu və bugünə qədər də həmin xətt davam edir. Azərbaycanın gücü qarşısında bu xətt zəifləyib. Erməni “əsirləri” məsələsini ortaya atıblar və bundan istifadə etməyə çalışırlar. Hər kəs  bilir ki, burda “əsirdən” söhbət getmir. Döyüş olmayıb ki, onlar hansısa döyüşə rəhbərlik etsinlər, faktiki olaraq o şəxslər Azərbaycana qarşı terror aktlarına rəhbərlik edirdilər. Əsir o deməkdir ki, konkret döyüş zamanı bu və digər tərəfdən əsir götürülsün. Ermənilər tərəfindən işlədilən “əsir” ifadəsi yerində deyil.  Ermənistan çalışır ki, bəzi beynəlxalq təşilatlar, bəzi dövlətlər “əsir” məsələsini gündəmdə saxlasın, bundan Azərbaycana qarşı təzyiq vasitəsi kimi  istifadə etsin. Fransa kimi bəzi dövlətlər, BQXK və ona oxşar regional və  beynəlxalq qurumlar Azərbaycanın regiondakı liderlik mövqeyi ilə hesablaşmaq istəmirlər, dövlətimizi zəiflətməyə çalışırlar. Çünki əgər Azərbaycan zəifləyərsə həmin bu Qərb mərkəzləri, Qərb dövlətləri regiona çox asanlıqla girə biləcəklər. Gürcüstana girməyə cəhd göstərdilər, gürcülər onlara xeyli güzəştə getdilər, xeyli aldandılar, sonra başa düşdülər ki, hər bir dövlətin özünün marağı var.   Bu marağın da mərkəzində ərazi bütövlüyü məsələsi dayanır. Sənin ərazi bütövlüyün pozulursa başqa heç nədən, hansısa uğurdan, nəticədən danışmaq olmaz. Bütün böyük və kiçik dövlətlər ərazi bütövlüyü məsələsində heç vaxt güzəştə getmirlər...”  

Qərbin bölgəyə daxil olmaq üçün Ermənistandan alət kimi istifadə etdiyini deyən A.Nağının sözlərinə görə, o ölkələr Ermənistana humanizm göstərmir, ondan öz maraqlarına uyğun şəkildə yararlanır. “Bakıda saxlanılan cinayətkarlara “əsir” adı qoyub onları ortaya atıblar və müəyyən dövlətlər Azərbaycana təzyiq göstərməyə cəhd edirlər. Ermənistan da alət rolunda olsa da, özü üçün nəsə əldə etməyə, qazanmağa çalışır. Ermənistan bu “əsir” oyununa beynəlxalq təşkilatları, müəyyən dövlətləri də cəlb edib nəyəsə nail olmaq istəyir. Azərbaycanın mövqeyi aydındır. Dünyanın qarşısına fakt qoyur. Qanunlara tam riayət etməklə  Azərbaycana qarşı cinayət əməlləri törətmiş hərbi caniləri zərərsizləşdirib, həbs edib Bakıya gətirib. Hər bir normal dövlət bu mövqedən çıxış edərdi. İspaniyada Barselonaya bağlı separatçı liderlərin bir hissəsini tutdular, bir hissəsi qaçıb Avropa getdi. İspaniya hökuməti onlara qarşı heç bir güzəştə getmirdi. Başqa bir ölkə də eyni dərəcədə hərəkət edərdi. Heç bir ölkə razılaşmaz ki, onun ərazisində kimlərsə separatçı hərəkətlə məşğul olsun, sonra da heç nə olmamış kimi həyatını, fəaliyyətini davam etdirsin. Buna Azərbaycan da razı olmazdı. Dünya da bunu başa düşür, ən azından başa düşməlidir. Azərbaycan haqlı mövqeyini ortaya qoyur. Onların nə deməyindən aslı olmayaraq separatçılar cəzalarını çəkəcəklər. Kimi istəyirlər göndərsinlər, gəlib faktlarla, sənədlərlə tanış olsun. Onların yüzlərlə, minlərlə insanı qətlə yetirməsi ilə bağlı saysız faktlar var. Bunlarla tanış olsunlar, sonra söz desinlər. Azərbaycana bu qondarma məsələ ilə təzyiq göstərməyə cəhd etməklə heç nəyə nail ola bilməyəcəklər. Azərbaycan COP29-u keçirəcək, digər böyük tədbirlərə də ev sahibliyi edəcək, heç kəs Azərbaycanı öz yolundan döndərmək gücündə deyil. Azərbaycan həm özü güclüdür, eyni zamanda da türk dünyası ailəsinin, Turan ailəsinin bir hissəsidir, bir üzvüdür. Azərbaycan Prezidenti bu məsələni aydın şəkildə vurğulayır. Azərbaycan tək deyil, burda Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan var. Bu böyük bir güc mərkəzi, strateji mövqedir. Türkiyə ilə Azərbaycan arasında Şuşa bəyannaməsi imzalanıb”-deyə A.Nağı bildirdi. 

İradə SARIYEVA







VİDEO

Suriya azı 4 yerə bölünür... Əsəd "keçi qiymətinə" satılır - David koridoru gerçəkləşə bilər... - VİDEO

Paşinyan Azərbaycanla kiçik müharibə ssenarisi üzərində işləyir... - VİDEO

Konqresmen Pallone Bakıdan qaçdı və ABŞ da “tünd sirkə kimi partladı”... - VİDEO

Ermənistanın örtülü taktikası - Azərbaycanı beynəlxalq məhkəmə iddialarından geri çəkmək istəyir...

Bayden administrasiyası azərbaycanlı “jurnalistləri” belə “rasxoda” verir...

Ehtiyatda xüsusi təyinatlı idi, 4 uşaq atası idi, könüllü getdi və şəhid oldu - Daşdəmir Paşayev...

SON XƏBƏRLƏR

12.12.2024 | 00:11
Mehriban Əliyeva Ulu Öndər Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib - FOTO

12.12.2024 | 00:05
Bu gün Ümummilli Lider Heydər Əliyevin anım günüdür

11.12.2024 | 23:15
Blinken Azərbaycanla bağlı qərəzli bəyanat verdi, XİN-dən də tutarlı cavab aldı...

11.12.2024 | 22:38
Azərbaycanda Qiymətləndiricilər Palatası yaradıldı, sədr də seçildi

11.12.2024 | 21:50
Daxili Qoşunların Hərbi İnstitutunda Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib - FOTO

11.12.2024 | 21:22
Əsəd çökən kimi Suriyanın tranzit mərkəz rolu qabardı - Qətərdən Avropaya qaz xətti...

11.12.2024 | 21:07
Ermənistanın örtülü taktikası - Azərbaycanı beynəlxalq məhkəmə iddialarından geri çəkmək istəyir...

11.12.2024 | 21:03
Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib - FOTO

11.12.2024 | 20:52
Bayden administrasiyası azərbaycanlı “jurnalistləri” belə “rasxoda” verir...

11.12.2024 | 20:37
Paşinyandan yeni pozuculuq - Azərbaycanla Sazişdə konstitusiya dəyişikliyi öhdəliyi olmasın...

11.12.2024 | 20:24
Gürcüstanda yeni prezident seçkisi ərəfəsində təlatüm yenidən qızışır...

11.12.2024 | 20:10
Türk lirəsi Suriyanı tutdu, ermənilər təlaşda - Azərbaycan-Türkiyə işbirliyinə yeni meydan...

11.12.2024 | 20:02
Tarixi kəşf: Müqəddəs Nikolay kilsəsində Sarkofaq tapıldı

11.12.2024 | 19:53
Azərbaycanda ilk: “Paxlava və Şirniyyat Festivalı”

11.12.2024 | 19:44
Ehtiyatda xüsusi təyinatlı idi, 4 uşaq atası idi, könüllü getdi və şəhid oldu - Daşdəmir Paşayev...

11.12.2024 | 19:31
Əsəd bir qaz kəmərinin qurbanı oldu - işi İran və Rusiya pozdu...

11.12.2024 | 19:17
Ermənistanın Hələbə göndərdiyi minatəmizləmə batalyonu əslində Əsədi müdafiə edirdi...

11.12.2024 | 19:03
Əsədin iflası qaçılmaz idi - orduya maaş da verə bilmirdi...

11.12.2024 | 18:48
Qərbin düşməni Əsəd, Ermənistanın qardaşı Əsəd - rejimin cinayətlərində Ermənistan hakimiyyətlərinin də əli var...

11.12.2024 | 18:33
Əsəd bacarsaydı, Dağlıq Qarabağı Ermənistan kimi tanıyardı...

11.12.2024 | 18:19
Əsəd Şərqdə bütün antiqərbçi qüvvələrin dostu idi - Ermənistanın da...

11.12.2024 | 18:05
Beynəlxalq tədbirlərə ev sahibliyi - siyasi və sosial fəallığın mənbəyi...

11.12.2024 | 17:51
Ermənistan İran üzərindən Əsədə hərbi yardım karvanları göndərdi...

11.12.2024 | 17:38
Əsəd Kəşmir məsələsində Hindistanı niyə dəstəkləyirdi?..

11.12.2024 | 17:25
Erməni terror təşkilatları Əsəd rejiminin əsas yardımçılarından idi...

11.12.2024 | 17:18
Messi və komanda yoldaşları Heydər Əliyev Mərkəzində... - FOTO

11.12.2024 | 17:12
"Elmin qocalmasının" bir səbəbi var - gənclər elmdən niyə qaçır?..

11.12.2024 | 16:58
Əsədin Suriyadan Rusiyaya 135 milyardla qaçdığı ortaya çıxdı - Moskvada iki göydələndə 18 lüks mənzil...

11.12.2024 | 16:46
BMT-dəki Rusiya nümayəndəsindən Colaninin başına pul qoyan ABŞ-a ironik təklif - 10 milyonu bizə verin, adresi sizə deyək...

11.12.2024 | 16:41
Bakıda Messi və ulduz komanda yoldaşlarının azarkeşlərlə görüşü keçirildi

11.12.2024 | 16:05
Ceyhun Bayramovla Hakan Fidan Suriyadakı son vəziyyəti müzakirə etdi

11.12.2024 | 15:45
Lionel Messi Azərbaycana təşəkkür etdi

11.12.2024 | 15:22
Abşeronda silsilə oğurluq edən keçmiş məhkum yaxalandı

11.12.2024 | 15:07
Bir çox travmatoloji xidmətin icbari tibbi sığortaya əlavə edilməsi planlaşdırılır

11.12.2024 | 15:02
Suriya “TORTU”...

11.12.2024 | 14:53
İsrail dayanmır… Suriyanın hərbi bazaları, donanması bombalanır - Netanyahu Əsədi devirən müxalifləri hədələdi…

11.12.2024 | 14:40
Prezident İlham Əliyev Azəri, Çıraq və Günəşli yataqları ilə bağlı qanunu imzaladı

11.12.2024 | 14:30
Kürdəmirdə inək oğrusu tutuldu...

11.12.2024 | 14:11
Görkəmli Qırğız yazıçısı, TÜRKSOY-un Baş katibi Sultan Rayevin “Daşqın” kitabının təqdimatı keçirilib

11.12.2024 | 14:08
Güney Azərbaycan siyasi təşkilatlarının 21 Azər-in 79-cu ildönümü münasibətilə bəyanatı

11.12.2024 | 14:00
Elçibəyin Rəsulzadə qəsəbəsindəki evi qarət olundu...

11.12.2024 | 13:51
DİN rəsmisindən diplomsuz plastik cərrahlarla bağlı açıqlama - cəzalanmalar olacaq...

11.12.2024 | 13:30
"Azərbaycanın ali təhsil sistemində tətbiq edilən bəzi yanaşmalar müasir dövrün tələblərinə cavab vermir" - Nazir

11.12.2024 | 13:22
Gələn ilin bayram günləri açıqlandı...

11.12.2024 | 13:04
Армянский ТГ канал называет узбеков, таджиков и чеченцев террористами. Абсурд! - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

11.12.2024 | 12:48
Bakı Təşəbbüs Qrupu Roma Papasına müraciət ünvanladı

11.12.2024 | 12:34
Lənkəranda yetkinlik yaşına çatmayanlara siqaret satanlar cərimələndi

11.12.2024 | 12:11
"Azərkosmos"un peyk həlləri ilə Qırğızıstanda təbii fəlakətin qarşısı alındı

11.12.2024 | 11:30
Prezident İlham Əliyev Amerika İsrail İctimai Əlaqələr Komitəsinin prezidentini və yeni seçilmiş prezidentini qəbul edib - FOTO

11.12.2024 | 11:20
Ya sanksiyanı seç, ya da Rusiya qazını - Bolqarıstan dilemma qarşısında...

11.12.2024 | 11:10
"Kuruluş Osman" serialında yeni aktyor

11.12.2024 | 11:05
Bu ölkədə həbs dalğası böyüyür - Milli Polis Agentliyinin baş komissarı da həbs edildi

11.12.2024 | 11:03
Bəşər Əsəd çökdü, Ermənistanı niyə titrətmə tutub? - CANLI

11.12.2024 | 11:00
Bu il Azərbaycandan Avropaya 12 milyard kubmetrə yaxın qaz ixrac olunub - nazirdən PAYLAŞIM

11.12.2024 | 10:30
Samuxda ev yanıb

11.12.2024 | 10:20
ABŞ generalı Suriyaya gedib

11.12.2024 | 10:10
Müxalifət Suriyada konstitusiya komitəsi yaradır

11.12.2024 | 10:05
Neftçalada motosiklet su kanalına düşüb, sürücü ölüb

11.12.2024 | 10:00
Tramp investor dostunu Türkiyəyə səfir göndərir

11.12.2024 | 09:30
"Dünya köklü dəyişikliklərlə üz-üzədir" - Orbandan ŞOK BƏYANAT

11.12.2024 | 09:25
Toy məclisində uşaqlara oyuncaq əvəzi silah paylayan valideynlər var…

11.12.2024 | 09:20
Çempionlar Liqası: "İnter" uduzdu, "Bavariya", "Liverpul" və "Real" qalib gəldi

11.12.2024 | 09:15
Şolts və Ərdoğan Suriyanı müzakirə ediblər

11.12.2024 | 09:10
"Biz Keniya ilə əlaqələrimizin inkişafına böyük əhəmiyyət veririk" - İlham Əliyev

11.12.2024 | 09:06
Messi və dostları Bakıdadır

11.12.2024 | 09:00
Bu gün Cəlilabadda 5 minə qədər abonent qazsız qalacaq

11.12.2024 | 08:37
Sosial şəbəkələrdə tələbələrin qızğın "kurs işi alveri" gedir...

10.12.2024 | 22:30
"Ölüm düşərgələrindən" yayılan fotolardan sonra Putinin Əsədə sığınacaq verilməsi qərarına yenidən baxıla bilər?...

10.12.2024 | 21:12
Rusiya bazası Suriyada təhlükəsizlik təminatı aldı, həmişəlik qalmaq təminatı isə...

10.12.2024 | 20:57
“Şirvan erməniləri?” - öz cəmiyyətlərinə təzə zəhər atırlar...

10.12.2024 | 20:42
Əsədin iflası Türkiyə-Rusiya münasibətlərinin gələcəyini gündəmə gətirdi...

10.12.2024 | 20:29
Mirzoyan əsl səbəbi etiraf edə bilmədi - COP29-dək saziş niyə imzalanmadı...

10.12.2024 | 20:29
Əsəd Suriya xalqının öz mühakiməsinə verilməlidur...Putinin onu himayə etməsinin heç bir haqqı yoxdur...

10.12.2024 | 20:23
Əsəd Azərbaycana qarşı bacardığı hər şeyi etdi, etmədiyi tək bir düşmənçiliyi isə sadəcə bacarmadı...

10.12.2024 | 20:15
Suriya PYD terror təşkilatının lideri Trampın inauqurasiyasına dəvət aldı...

10.12.2024 | 20:08
BDU dünyanın ən yaxşı universitetlərinin fənn reytinqində yer alıb

10.12.2024 | 20:01
Əsəd çökdü, Zəngəzur dəhlizi və Qərbi Azərbaycan gündəm oldu

10.12.2024 | 19:47
AMEA-nın həqiqi və müxbir üzvlərinin yeni seçimində problem yaranıb...

10.12.2024 | 19:33
Qərb Suriyada Türkiyəni yeni hədəf seçdi, PKK kartı önə çıxdı, senator sanksiyalarla hədələdi...

10.12.2024 | 19:19
Qərb dünən Suriyada terrorçu saydığı qüvvələrlə əməkdaşlığa başladı...

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031