"COP29-un ilk günlərində xarici qonaqlar və yerli vətəndaşlar aeroportdakı avtobuslardan istifadə etməli olacaqlar" - AYNA sədri
COP29 tədbirinin keçiriləcəyi ilk 3 gündə xaricdən gələn qonaqlar, xüsusilə də yerli vətəndaşlar aeroportda fəaliyyət göstərəcək avtobuslardan istifadə etməli olacaqlar.
Trend xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev COP29 günlərində tətbiq olunacaq nəqliyyat planının təqdimatına dair brifinqdə deyib.
O bildirib ki, COP29 ilk günlərində hava limanına gələn qonaqlar və vətəndaşlar nəqliyyat vasitələrindən istifadə edərək şəhərə gəlməsi mümkün olmayacaq.
"İlk 3 gündə nəqliyyat vasitələri aeroporta daxil ola biləcək və "Terminal 2"də vətəndaşları düşürə biləcəklər, lakin oradan kimisə aparmaq mümkün olmayacaq", - deyə o bildirib.