KÖHNƏ VERSİYA            

ABŞ Ukraynaya hərbi yardımın 90 faizini vermək istəmir...

Image

Abutalıb Səmədov: "Bu günlərdə Zelenskinin qələbə planinin məxfi bəndlərindən biri ifşa olundu"

Ukraynanın NATO və Avropa Birliyinə üzv olmaq cəhdlərini təhlükə olaraq görən Rusiyanın bu ölkəyə qarşı 24 fevral 2022-ci ildə başlatdığı hərbi əməliyyatlar davam edir. Rusiyaya qarşı müqavimət göstərən Ukrayna isə Qəbdəki müttəfiqlərindən yetərincə dəstək ala bilmir.

Ukrayna prezidenti Zelenski ölkəsinin bu il ABŞ Konqresinin təsdiq etdiyi hərbi yardımın yalnız 10 faizini ala bildiyini deyib.

Qərb və ABŞ-ın bu davranışı nəyin göstəricisidir, neylemək istəyirlər?

Sualımıza cavabında politoloq Abutalıb Səmədov bildirdi ki, ABŞ və müttəfiqlərinin Ukraynaya münasibətdə göstərdikləri davranış qeyri-adi sayıla bilməz: "Əvvəlcədən də aydın idi ki, Qərb Ukraynanın qalib gəlməyini istəmir. Qərbin məqsədi Rusiyaya daha çox ziyan vurmaq, onun hərbi və iqtisadi gücünü azaltmaq idi, buna da müəyyən qədər nail ola bildi. Lakin bir daha qeyd edim ki, ABŞ və müttəfiqləri Ukraynanın Rusiya üzərində qələbəsini istəmirlər və bunu onların davranışları da açıq şəkildə göstərir.

2022-ci ildə Ukraynaya göstərilən yardım imkan verdi ki, Ukrayna böyük bir ərazisini azad etsin. Yalnız 2022-ci ildə Ukraynanın həyata keçirdiyi əks-hücum kampaniyası 78 min kv/km ərazinin azad edilməsinə imkan verdi. Bu hücum kampaniysı barədə Ağ Evə kifayət qədər yaxın olan Bob Vudvrot özünün bu yaxınlarda nəşr edilən "Müharibə" adlı kitabında sçıq şəkildə yazıb. Həmin ilin oktyabr ayında Rusiya taktiki nüvə silahından istifadə etmək qərarına gəlib, Amerika kəşfiyyatı bu barədə məlumatı Ağ Evə çatdırıb. Bundan sonra danışıqlar nəticəsində atılan addımlar Ukraynanın irəliləməsinin qarşısını aldı. Hazırda ABŞ Rusiyaya verdiyi sözə əməl edir. 2022-ci ildən sonra Ukrayna bir addım da irəliləyə bilmədi. Rusiyanin taktiki nüvə sılahları ABŞ-ni daima narahat edirdi. Görünür, bu narahatlığa görə Rusiya ilə müəyyən razılığa gəliblər.

2023-cü ildəki əks-hücum kampaniyasi tam uğursuzluğa düçar oldu, 2024-cü il göz qabağındadır - demək olar ki, əks-hücum baş vermədi. Bunun əvəzində Ukrayna Kurska girdi, bu bir avantüra idi. Onun da nəticəsi göz qabağındadır.

Çox qəribədir ki, ABŞ və müttəfiqlərinin Ukraynaya münasibətini dünyanın böyük əksəriyyəti gördü, yalnız Zelenski gormədi. Vaxtında anlamadılar ki, Qərb Ukraynanın qələbəsini, cəbhədə irəliləməsini istəmir. Silah tədarükü o qədər yarıtmaz səviyyədə oldu ki, Ukrayna həm mərmilərin, həm də digər silah və sursatların çatışmazlığını hiss etdi.  Mərmilərdən istifadədə Ukrayna Rusiyadan on dəfə geri qalır və daima qənaət etmək məcburiyyətində idi. Yardımların digər mühüm məqamı ondan ibarət idi ki, əvvəl silahların verilməsi barədə qərarlar ləngidildi. Yalnız 2024-cü ilin aprel ayında ABŞ konqresi 61 milyard dollar yardım ayırmaq barədə qərar qəbul etmişdi. Lakin bunun da yalnız 10,8 milyardı birbaşa hərbi yardım idi. Onun da indiyə qədər hələ 6 milyardi verilməyib. Düzdür, Bayden söz verdi ki, bu 6 milyardın əvəzinə ilin sonuna qədər 8 milyard dollar veriləcək, amma onların vədlərinin doğrulma ehtimalı da göz önündədir. Eyni münasibət Ukraynanin NATO-ya qəbulunda da özünü göstərdi. Vilnus sammiti ərəfəsində Ukrayna prezidenti Zelenski üsyan elədi. Ancaq sonradan başa düşdü ki, bu cür davranış ona yalnız ziyan gətirə bilər və tez də sözlərini geri götürdü. İndi Zelenski 8 bəndden ibarət ağılsız bir qələbə planı tərtib edib. Onun 5-i açıq, 3-ü isə məxfi bəndlərdir. Bu günlərdə Zelenskinin qələbə planinin məxfi bəndlərdən biri ifşa olundu. Ukraynanın ABŞ-dan  “Tomaqavk” raketləri istəməsi barədə mətbuata məlumat sızdırıldı. Zelenski də çox təəccübləndi ki, bunu yalnız Ağ Evdə bilirdilər. O, bu cür davranışı anlamadığını vurğuladı, hələ də anlamayıb. Qələbə planına gəldikdə, planın birinci bəndi Ukraynanın NATO-ya üzv qəbul edilməsi ilə bağlıdir. Zelenski anlamır ki, hələ uzun müddət Ukrayna NATO-ya qəbul edilməyəcək, o da əgər qəbul etsələr... Digər bəndlər, Rusiyanın daxilini uzaqvuran raketlərlə vurmaq barədə razılıq da uzun muddətdir verilmir. Zelenski də bundan şikayət edirdi ki, gah silahlar verilmir, gah da silahlar veriləndə elə şərtlər irəli sürülür ki, o silahların əhəmiyyətini heçə endirirlər. Reallıq bundan ibarətdir...

Mən Rusiya-Ukrayna müharibəsi başlayandan bu mövqedə olmuşam ki, Zelenski Ukraynanı fəlakətə aparır. Təəssüflər olsun ki, Azərbaycanda da siyasətçilərin mütləq əksəriyyəti Ukraynanın qalib gələcəyini iddia edir. Bu da çox ciddi narahatedici faktdır. Yəni necə siyasətçilərə malikik ki, göz qabağında olan reallıqları dərk etmək imkanına malik deyillər. Görün Zelenski təfəkkürlü siyasətçilər Azərbaycanı hansi fəlakətlərə apara bilərlər. Dünənə qədər Əli Kərimli iddia edirdi ki, Ukraynanı böyük qələbə gözləyir. Düzdür, artiq iki gün bundan əvvəl Ukrayna mətbuatına verdiyi müsahibədə o, əvvəlki fikirlərindən imtina edib. Ancaq dünənə qədər bunu deyirdi. İsa Qəmbər Azərbaycan hökumətini hədələyirdi ki, Rusiya artıq məhv edildi və Moskvanın yanında olanlar cəzalanadırılacaq və bizi də Rusiyanın yanında olan elan etmişdi. Bu adamlar hakimiyyətə iddialı siyasətçilərdir. Yerdə qalanlar da buna bənzər fikirlər söylədilər. Təbiidir ki, biz də içərisində olmaqla, Qərbə güvənən ölkələrin və siyasətçilərin hamısi Ukraynanın düşdüyü vəziyyətdən zəruri dərslər çıxarmalıdır".

Dəniz NƏSİRLİ







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

SON XƏBƏRLƏR

24.12.2024 | 00:05
Mehriban Əliyeva Prezident İlham Əliyevin doğum günü münasibətilə paylaşım edib - FOTO

23.12.2024 | 22:17
QAİ ABŞ administrasiyasına çağırış etdi - heç olmasa, son günlərinizdə bundan çəkinin...

23.12.2024 | 21:30
Ceyhun Bayramov Serbiyada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etdi - FOTO

23.12.2024 | 21:27
ATF-in vitse-prezidenti çempionat qabağı müəllim və məşqçilərlə görüşüb

23.12.2024 | 21:24
Veysəloğlu 30 illik yubileyini və Yeni il tədbirini keçirdi

23.12.2024 | 21:14
Azərbaycanın Orta Şərqdə mühüm gücə çevrilmək şansı açılır...

23.12.2024 | 20:59
Ermənistan “qədim sivilizasiyaların” adı ilə “Arsax oyunu” oynayır... UNESCO-ya müraciət...

23.12.2024 | 20:44
Çoxvektorluluq, məntiqilik, sistemlilik, balans - xarici siyasətin hamıya görünən tərəfləri...

23.12.2024 | 20:29
"Şamdan sonra Türkiyə İrəvana girəcək" - erməni-rus mediası yeni hədəf tapıb...

23.12.2024 | 20:15
XİN-dən ABŞ səfirliyinə cavab - "...media azadlığına dözümsüzlüyü heyrət doğurur"

23.12.2024 | 20:11
İordaniya Kralı Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 20:04
Azərbaycanın Şimal-Cənub nəqliyyat dəhlizi üzrə yeni tarixi saziş imzalandı...

23.12.2024 | 20:03
Prezident İlham Əliyevə doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir

23.12.2024 | 19:51
İsxak Hersoq Prezident İlham Əliyevə təbrik məktubu göndərib

23.12.2024 | 19:48
Qlobal iqtisadi böhranın ardınca Azərbaycanda möhkəm maliyyə sabitliyi - möcüzənin sirri...

23.12.2024 | 19:35
Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

23.12.2024 | 19:21
İlham Əliyevin bəyanatından sonra Simonyan Dehliyə getdi - təsadüf?

23.12.2024 | 19:17
Uşaq bağçalarına saxta vakansiya elanları verib pul yığırdı- tutuldu...

23.12.2024 | 19:14
Orban Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 19:10
Azərbaycanda yeni beşillik plan qəbul olunacaq - regionlar inkişaf etdikcə rifah yüksəlir...

23.12.2024 | 18:57
Bölgələrimizdə həkim çatışmazlığı problemi dərinləşir....

23.12.2024 | 18:55
TDT Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:43
Azərbaycanın ixracı azalıb, idxal artıb - nə qədər itirmişik?..

23.12.2024 | 18:33
Emoməli Rəhmon Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 18:30
Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

23.12.2024 | 18:20
Nursultan Nazarbayev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:17
Ermənistanda “neqodnıları” da orduya çağırmağa qərar verdilər...

23.12.2024 | 18:04
Zelenski Avropa liderləri qarşısında Azərbaycana pislik etdi - “qaz yanlışı” ilə...

23.12.2024 | 17:51
Qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmə təkmilləşdirilir

23.12.2024 | 17:48
2 gün sonra Ukrayna bu dövlətlərin qazını kəsəcək - gözlər Bakıda...

23.12.2024 | 17:45
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:35
Bakı-İrəvan anlaşmasında Bayden hökumətinin səyləri iflasa uğradı - Patel çətinliyə düşdü...

23.12.2024 | 17:31
Sadır Japarov Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 17:27
“Yada düşdü” jurnalının növbəti sayı işıq üzü görüb

23.12.2024 | 17:23
TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransı keçirilib

23.12.2024 | 17:22
Qafqazın inkişafı yunan güzgüsündə - Rusiyanın adı yox, Zəngəzur dəhlizi yox...

23.12.2024 | 17:19
Xorvatiya Prezidenti Prezident İlham Əliyevə təbrik məktubu ünvanladı

23.12.2024 | 17:15
“Prezident İlham Əliyevin Liderliyi ilə ölkəmiz dünyada söz sahibi olan dövlətə çevrilib” - Vüqar Rəhimzadə

23.12.2024 | 17:15
Putin Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:15
“Mirzə İbrahimovun irsinin qorunması və təbliği”

23.12.2024 | 17:05
Kiyev Rusiya qazının Ukrayna üzərindən Avropaya nəqlini dayandırır - tarix də açıqlandı...

23.12.2024 | 17:02
Şavkat Mirziyoyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 16:52
Azərbaycanda minimum aylıq əməkhaqqı artdı - 400 manat...

23.12.2024 | 16:48
Biznesin İnkişafı Fondunun Nizamnaməsi və vəsaitindən istifadə Qaydası təsdiqləndi

23.12.2024 | 16:47
Moldova separatçı Dnestryanıda hərbi əməliyyata hazırlaşır - Rusiya kəşfiyyatından iddia...

23.12.2024 | 16:45
Prezident İlham Əliyev Biznesin İnkişafı Fondunun Nizamnaməsini təsdiq edib

23.12.2024 | 16:44
İrakli Kobaxidze Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 16:43
TÜRKSOY-un Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

23.12.2024 | 16:35
Rusiya ordusu Ukraynada daha bir bölgəni ələ keçirdi

23.12.2024 | 16:30
“Misli”nin dəstəyi ilə keçirilən Peşəkar İntellekt Liqasının 2024-cü il mövsümü yekunlaşıb - FOTO

23.12.2024 | 16:23
Hikmət Hacıyev Pakistan səfirini qəbul etdi

23.12.2024 | 16:22
Lənkəranın illərlə bərbad qalan yolları...

23.12.2024 | 16:17
Miqrasiya Xidməti Rusiyaya gedən azərbaycanlılara müraciət etdi

23.12.2024 | 16:17
Ceyhun Bayramov Serbiya Prezidenti Vuçiçlə görüşdü

23.12.2024 | 15:53
Zakir Həsənov Türkiyənin Quru Qoşunları komandanı ilə görüşdü - FOTO/VİDEO

23.12.2024 | 15:48
Rövşən Rzayev Saatlıda vətəndaşları qəbul edib

23.12.2024 | 15:38
“Nar”ın rouminq paketləri ilə Yeni il səyahətində sərfəli ünsiyyət!

23.12.2024 | 15:30
Aliment borcu hansı hallarda silinə bilər...

23.12.2024 | 15:08
TƏBİB tabeli tibb müəssisələrində 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub

23.12.2024 | 15:07
Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib

23.12.2024 | 15:04
Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

23.12.2024 | 15:00
TƏBİB sədri saxta plastic cərrah məsələsinə toxundu

23.12.2024 | 14:28
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - DİN vətəndaşlara çağırış etdi...

23.12.2024 | 14:16
Yakup Erikel Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 14:10
Valentina Matviyenko Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 13:45
Prezident İlham Əliyev Naxçıvanda yeni İES-in tikintisi ilə bağlı sərəncam imzaladı

23.12.2024 | 13:40
“Keşlə bazarı”nın sökülməsi təxirə salındı - gələn il fevralın 1-dək...

23.12.2024 | 13:28
Məktəblərdə bayram tətilinin vaxtı açıqlandı

23.12.2024 | 13:16
Yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxıldı

23.12.2024 | 12:55
Kolumbiya Panama kanalı ilə bağlı Trampa xəbərdarlıq etdi - miqrasiyanı artırıcaq...

23.12.2024 | 12:42
Ambulanslar da avtobus zolaqlarına daxil olacaq...

23.12.2024 | 12:26
Prezident idmançıları və idman mütəxəssislərini təltif etdi

23.12.2024 | 12:23
"Azərbaycan cəmiyyəti bütün dünyaya dini tolerantlığı və multukulturalizmi ilə örnək göstərilir" - Əli Əhmədov

23.12.2024 | 12:08
Şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin vahid geyimindən danışdı

23.12.2024 | 11:12
Prezident: "Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır"

23.12.2024 | 11:06
"Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir" - Prezident

23.12.2024 | 11:04
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:50
"Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib" - Prezident İlham Əliyev

23.12.2024 | 10:35
Prezident İlham Əliyev Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031