Rayon qeydiyyatı olan avtomobillərin COP29 zamanı Bakıya girişinə qadağa qoyulacaq? - Rəsmi açıqlama...
Rayon qeydiyyatı olan avtonəqliyyat vasitələrinin COP29 tədbiri zamanı Bakıya girişinə heç bir məhdudiyyət qoyulmayacaq.
Trend xəbər verir ki, bunu COP29 konfransı günlərində tətbiq olunacaq nəqliyyat planının təqdimatına dair brifinqdə Nəqliyyatın İntelektual İdarəetmə Mərkəzinin rəisi müavini Namidan Piriyev deyib.
O bildirib ki, həmin nəqliyyat vasitələri postlarda saxlanılıb bir-bir yoxlanılmayacaqlar.