Viktor Orban və Ərdoğan Qırğızıstana gedəcəklər
Macarıstanın Baş naziri Viktor Orban noyabrın 5-də Qırğızıstana səfər edəcək. Bu barədə Bişkekdə jurnalistlərə Qırğızıstan dövlət başçısı administrasiyasının xarici siyasət şöbəsinin rəhbəri Muratbek Azımbakiyev bildirib.
Onun sözlərinə görə, Viktor Orban səfər çərçivəsində Qırğızıstan prezidenti Sadır Japarov ilə danışıqlar aparacaq və Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının 11-ci Zirvə görüşündə iştirak edəcək. Bundan başqa Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da noyabrın 5-də Qırğızıstana dövlət səfərinə gələcək:
Mətləb