Məşhur aktyor studiya rəhbərlərini məhkəmə ilə hədələdi
“Dəmir adam” filminin ulduzu Robert Dauni onun süni intellektlə surətini çıxarmaq qərarına gələn bütün studiya rəhbərlərini məhkəməyə verməklə hədələyib. Bu barədə aktyor podkastların birində danışıb. Robert vəkillərinin onun imicini ölümündən sonra da qoruyacaqlarını bildirib. "Oskar" qalibi əmindir ki, "Marvel Studios" nə vaxtsa "Dəmir adam"ı ekrana qaytarmaq istəsələr, heç vaxt onun rəqəmsal dublunu etməyəcəklər.
Mətləb