Boksçumuz dünya birinciliyində finala adlayıb
Azərbaycan boksçusu Əli Abdullayev (63,5 kq) Monteneqronun Budva şəhərində gənclər arasında keçirilən dünya birinciliyində finala adlayıb. O, yarımfinalda Camel Cemmalla (Fransa) qarşılaşıb və 4:1 hesablı qələbə qazanıb. Yarımfinalda digər boksçularımızdan Zidan Hümbətov (51 kq) Castin Morenaya (Kolumbiya) 1:4 hesabı ilə, Məhəmmədəli Qasımzadə (60 kq) isə Platon Kozlova (Rusiya) 0:5 hesabı ilə uduzub. Onlar bürünc medal qazanıblar.
Qeyd edək ki, bunadək Azərbaycanın daha bir boksçusu finala yüksəlib. Bilalhəbaşi Nəzərov (48 kq) həlledici döyüşə çıxmaq hüququ qazanıb.
Mətləb