ABŞ-da 5 noyabr seçkilərinə qədər İran İsrailə hücum edə bilər Amerika kanalından şok iddia...
İsrailin İrana hücumundan sonra Yaxın Şərqdə Tehranın cavab tədbirləri ilə bağlı narahatlıq davam edir. ABŞ-ın CNN xəbər kanalı İsrailə “sərt” cavab verəcəyini və qəfil hücuma keçəcəyini bildirən İranın noyabrın 5-dən əvvəl İrana hücum edə biləcəyini iddia edib. Yüksək rütbəli bir məmur kanala İranın İsrailə cavabının sərt olacağını deyib.
İranın yarı rəsmi xəbər agentliyi "Tasnim" də adı açıqlanmayan mənbəyə istinadən, Tehranın İsrailin hava hücumuna cavab verəcəyini bildirib. "Daha əvvəl də qeyd etdiyimiz kimi, İran İsrailin hücumlarına cavab verməyə hazırdır. İran istənilən hücuma cavab vermək hüququnu özündə saxlayır. İsrailin hər hansı bir hərəkətinə lazımi cavab alacağına şübhə yoxdur" - mənbə deyib.
Qeyd edək ki, ABŞ-da prezident seçkiləri üçün əsas səsvermə günü noyabrın 5-nə təyin edilib.
TAHİR