8 min Şimali Koreya əsgəri Ukrayna sərhədinə dayandı - ABŞ xəbərdarlıq etdi...
ABŞ Rusiyada 10 minə yaxın Şimali Koreya əsgərinin olduğunu və onlardan 8 mininin Ukrayna sərhədi yaxınlığındakı Kursk bölgəsində yerləşdirildiyini açıqlayıb. Bunu ABŞ dövlət katibi Antoni Blinken və müdafiə naziri Lloyd Austin Vaşinqtonda rəsmi səfərdə olan Cənubi Koreyalı həmkarları ilə birgə mətbuat konfransında deyib.
Blinken, ABŞ-ın hazırda Rusiyada təxminən 10 min Şimali Koreya əsgərinin olduğunu təxmin etdiyini və onların 8 mininin Kursk bölgəsində yerləşdirildiyini deyib.
Blinken bildirib ki, onlar bu qoşunların Ukrayna qüvvələrilə toqquşmasına hələ də rast gəlməyiblər, lakin bunun yaxın günlərdə baş verəcəyini proqnozlaşdırırlar.
Müdafiə naziri Austin də Rusiyanın Şimali Koreya əsgərlərinə artilleriya və xəndəklərin təmizlənməsi də daxil olmaqla əsas piyada əməliyyatları üzrə təlim keçdiyini bildirib: “Bütün bunlar Rusiyanın Ukraynaya qarşı müharibədə bu xarici qüvvələrdən cəbhə xəttindəki əməliyyatlarda istifadə etməyi hədəflədiyini açıq şəkildə göstərir".
Rusiyanın Şimali Koreya əsgərlərinə də rus forma və ləvazimatları verdiyini deyən nazir, Şimali Koreya əsgərləri Ukraynaya qarşı döyüşlərə girərsə, qanuni hərbi hədəfə çevriləcəklərini bildirib.
TAHİR