KÖHNƏ VERSİYA            

5 min nəfərdən çox bağça işçisinin başı gözlənilməz dərdə girə bilər...

Image

Rizvan Fikrətoğlu: “Sertifikasiya mərhələsini keçənlər müsahibədə də uğur qazanarsa, fəaliyyətini davam etdirəcək”

"Bağçalarda işləyən pedaqoji və tərbiyəçi-müəllim heyətindən təxminən 5 min nəfərin ixtisaslarında bu sahə ilə uyğunsuzluqlar var". Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov deyib. Onun sözlərinə görə, onlar arasında keçirilən diaqnostik qiymətləndirmənin nəticəsi təhlil edilir.

O bildirib ki, yekunla bağlı ictimaiyyətə yaxın vaxtlarda əlavə məlumat veriləcək: “Bu gün ölkədə 100 mindən çox uşaq ənənəvi bağçalarda təhsil alır. Məktəbəqədər təhsil müəssisələrində kadr potensialının yaxşılaşdırılması əsas hədəflərdəndir. Bu istiqamətdə tədbirlər həyata keçirilir. Son iki ildə mərkəzləşmiş qaydada bağçalara təyin olunan tərbiyəçi müəllimlərin sayı 677 nəfərdir”.

Qeyd edək ki, bağçada çalışan pedaqoji və tərbiyəçi-müəllim heyətinin ixtisasının çalışdığı sahəyə uyğun olması vacib amildir. Bu problemin həlli istiqamətində mühüm addımlar atılmalıdır. Maraqlıdır, hazırda bu sahədə çalışan və ixtisasında uyğunsuzluq olan 5 min nəfərin taleyi necə olacaq? 

“Uğur qazanmayan müəllimlərə isə yenidən şans yaradılacaq və onlar təkrar sertifikasiya imtahanı verəcəklər, əgər nəticə müsbət olmazsa onların fəaliyyətinə xitam veriləcək”

Təhsil eksperti Rizvan Fikrətoğlu “Bakı-Xəbər”ə şərhində bildirdi ki, oktyabrın 19-u və 20-də ölkə üzrə ilk dəfə məktəbəqədər təhsil müəssisələrində fəaliyyət göstərən pedaqoji heyətin diaqnostik qiymətləndirilməsi keçirilib. Əvvəllər məktəbəqədər təhsil müəssisələri yerli icra hakimiyyəti orqanlarının tabeliyində olduğu üçün tərbiyəçi-müəllimlərin çoxu kollec məzunları və sadəcə orta məktəbi bitirənlər idi. Onların az qismi bu sahənin mütəxəssisləri idi: “Nəticədə, körpə fidanların təcrübəsiz işçilərə etibar olunması, uşaqların incidilməsi, günlük normaların yerinə yetirilməməsi kimi neqativ hallar çoxalmış, ictimai narazılığa çevrilmişdi. Nəhayət, 3 il əvvəl məktəbəqədər təhsil müəssisələri Elm və Təhsil Nazirliyinin tabeliyinə verildi və keçən il yeni yaradılmış Məktəbəqədər və Ümumitəhsil üzrə Dövlət Agentliyinin birbaşa nəzarətinə keçdi. Bundan sonra bilik və səriştəsi kifayət etməyən tərbiyəçilərin ixtisaslı kadrlarla əvəzlənilməsinə başlanıldı. Bu diaqnostik qiymətləndirilmənin məqsədi pedaqoji heyətin təlim ehtiyaclarını müəyyən edərək sertifikatlaşdırma prosesinə hazırlığı təmin etməkdir. Başqa sözlə desək, növbəti illərdə reallaşacaq sertifikasiya imtahanına tərbiyəçi-müəllimlərin hazırlığına zəmin yaradılır. Diaqnostik qiymətləndirmədə onların ixtisas və metodiki bilikləri nəzərə alınır, peşəkarlıqla bağlı tələblər nəzərə alınmır. Tərbiyəçi-müəllimləri qarşıda daha bir ciddi imtahan – sertifikasiya gözləyir. Sertifikasiya mərhələsini keçənlər müsahibədə də uğur qazanarsa, fəaliyyətini davam etdirəcək. Bununla yanaşı, uğur qazanmış tərbiyəçi-müəllimlərə differensial əmək haqqı təyin ediləcək. Uğur qazanmayan müəllimlərə isə yenidən şans yaradılacaq və onlar təkrar sertifikasiya imtahanı verəcəklər. 2-ci dəfə uğur qazanmayanların əmək müqaviləsinə xitam veriləcək. 2022-ci ildən məktəbəqədər təhsil müəssisələrində çalışan pedaqoji heyət üçün təlimlər keçirilir. Bugünə qədər, təxminən, 10 min tərbiyəçi-müəllim və metodist təlimlərdə iştirak edib. Təlimlərin məqsədi pedaqoji heyəti məktəbəqədər təhsil və idarəetmədə olan yeni yanaşma və strategiyalarla tanış etməkdir. Bu yolla tərbiyəçi-müəllimlər uşaqların sosial-psixoloji adaptasiyası ilə bağlı bilik və bacarıqlarını inkişaf etdirirlər.  Diaqnostik qiymətləndirmə məktəbəqədər təhsil müəssisələrində çalışan müəllimlərin hansı səviyyədə olmasını göstərəcək. Müəllim qəbulunda o dövrün tələbləri də başqa idi. Sertifikasiyanın məqsədi müəllimləri tədrisdən kənarlaşdırmaq deyil, daha savadlı kadrları işə cəlb etməkdir. Azərbaycanda təhsilin bütün pillələrində yeni formalar tətbiq edilir. Məktəbəqədər təhsil müəssisələri yeni məzmunda fəaliyyətə hazırlanır”.

Həmsöhbətimiz onu da əlavə etdi ki, illər öncə işə qəbul olunan tərbiyəçilərin təcrübəsi, stajı, əmək fəaliyyəti, iş yerindəki uğurları nəzərə alınacaq. Həmçinin, diaqnostika balı yüksək olan müəllimlər seçilir: “Dediyim kimi, gələcəkdə bağça müəllimlərin sertfikasiyaya cəlb olunması gözlənilir. Sertifikasiya nəticələri yaxşı olan müəllimlərin əmək fəaliyyətinə xitam verilməyəcək”.

Günel CƏLİLOVA







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

SON XƏBƏRLƏR

24.12.2024 | 00:05
Mehriban Əliyeva Prezident İlham Əliyevin doğum günü münasibətilə paylaşım edib - FOTO

23.12.2024 | 22:17
QAİ ABŞ administrasiyasına çağırış etdi - heç olmasa, son günlərinizdə bundan çəkinin...

23.12.2024 | 21:30
Ceyhun Bayramov Serbiyada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etdi - FOTO

23.12.2024 | 21:27
ATF-in vitse-prezidenti çempionat qabağı müəllim və məşqçilərlə görüşüb

23.12.2024 | 21:24
Veysəloğlu 30 illik yubileyini və Yeni il tədbirini keçirdi

23.12.2024 | 21:14
Azərbaycanın Orta Şərqdə mühüm gücə çevrilmək şansı açılır...

23.12.2024 | 20:59
Ermənistan “qədim sivilizasiyaların” adı ilə “Arsax oyunu” oynayır... UNESCO-ya müraciət...

23.12.2024 | 20:44
Çoxvektorluluq, məntiqilik, sistemlilik, balans - xarici siyasətin hamıya görünən tərəfləri...

23.12.2024 | 20:29
"Şamdan sonra Türkiyə İrəvana girəcək" - erməni-rus mediası yeni hədəf tapıb...

23.12.2024 | 20:15
XİN-dən ABŞ səfirliyinə cavab - "...media azadlığına dözümsüzlüyü heyrət doğurur"

23.12.2024 | 20:11
İordaniya Kralı Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 20:04
Azərbaycanın Şimal-Cənub nəqliyyat dəhlizi üzrə yeni tarixi saziş imzalandı...

23.12.2024 | 20:03
Prezident İlham Əliyevə doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir

23.12.2024 | 19:51
İsxak Hersoq Prezident İlham Əliyevə təbrik məktubu göndərib

23.12.2024 | 19:48
Qlobal iqtisadi böhranın ardınca Azərbaycanda möhkəm maliyyə sabitliyi - möcüzənin sirri...

23.12.2024 | 19:35
Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

23.12.2024 | 19:21
İlham Əliyevin bəyanatından sonra Simonyan Dehliyə getdi - təsadüf?

23.12.2024 | 19:17
Uşaq bağçalarına saxta vakansiya elanları verib pul yığırdı- tutuldu...

23.12.2024 | 19:14
Orban Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 19:10
Azərbaycanda yeni beşillik plan qəbul olunacaq - regionlar inkişaf etdikcə rifah yüksəlir...

23.12.2024 | 18:57
Bölgələrimizdə həkim çatışmazlığı problemi dərinləşir....

23.12.2024 | 18:55
TDT Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:43
Azərbaycanın ixracı azalıb, idxal artıb - nə qədər itirmişik?..

23.12.2024 | 18:33
Emoməli Rəhmon Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 18:30
Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

23.12.2024 | 18:20
Nursultan Nazarbayev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:17
Ermənistanda “neqodnıları” da orduya çağırmağa qərar verdilər...

23.12.2024 | 18:04
Zelenski Avropa liderləri qarşısında Azərbaycana pislik etdi - “qaz yanlışı” ilə...

23.12.2024 | 17:51
Qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmə təkmilləşdirilir

23.12.2024 | 17:48
2 gün sonra Ukrayna bu dövlətlərin qazını kəsəcək - gözlər Bakıda...

23.12.2024 | 17:45
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:35
Bakı-İrəvan anlaşmasında Bayden hökumətinin səyləri iflasa uğradı - Patel çətinliyə düşdü...

23.12.2024 | 17:31
Sadır Japarov Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 17:27
“Yada düşdü” jurnalının növbəti sayı işıq üzü görüb

23.12.2024 | 17:23
TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransı keçirilib

23.12.2024 | 17:22
Qafqazın inkişafı yunan güzgüsündə - Rusiyanın adı yox, Zəngəzur dəhlizi yox...

23.12.2024 | 17:19
Xorvatiya Prezidenti Prezident İlham Əliyevə təbrik məktubu ünvanladı

23.12.2024 | 17:15
“Prezident İlham Əliyevin Liderliyi ilə ölkəmiz dünyada söz sahibi olan dövlətə çevrilib” - Vüqar Rəhimzadə

23.12.2024 | 17:15
Putin Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:15
“Mirzə İbrahimovun irsinin qorunması və təbliği”

23.12.2024 | 17:05
Kiyev Rusiya qazının Ukrayna üzərindən Avropaya nəqlini dayandırır - tarix də açıqlandı...

23.12.2024 | 17:02
Şavkat Mirziyoyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 16:52
Azərbaycanda minimum aylıq əməkhaqqı artdı - 400 manat...

23.12.2024 | 16:48
Biznesin İnkişafı Fondunun Nizamnaməsi və vəsaitindən istifadə Qaydası təsdiqləndi

23.12.2024 | 16:47
Moldova separatçı Dnestryanıda hərbi əməliyyata hazırlaşır - Rusiya kəşfiyyatından iddia...

23.12.2024 | 16:45
Prezident İlham Əliyev Biznesin İnkişafı Fondunun Nizamnaməsini təsdiq edib

23.12.2024 | 16:44
İrakli Kobaxidze Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 16:43
TÜRKSOY-un Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

23.12.2024 | 16:35
Rusiya ordusu Ukraynada daha bir bölgəni ələ keçirdi

23.12.2024 | 16:30
“Misli”nin dəstəyi ilə keçirilən Peşəkar İntellekt Liqasının 2024-cü il mövsümü yekunlaşıb - FOTO

23.12.2024 | 16:23
Hikmət Hacıyev Pakistan səfirini qəbul etdi

23.12.2024 | 16:22
Lənkəranın illərlə bərbad qalan yolları...

23.12.2024 | 16:17
Miqrasiya Xidməti Rusiyaya gedən azərbaycanlılara müraciət etdi

23.12.2024 | 16:17
Ceyhun Bayramov Serbiya Prezidenti Vuçiçlə görüşdü

23.12.2024 | 15:53
Zakir Həsənov Türkiyənin Quru Qoşunları komandanı ilə görüşdü - FOTO/VİDEO

23.12.2024 | 15:48
Rövşən Rzayev Saatlıda vətəndaşları qəbul edib

23.12.2024 | 15:38
“Nar”ın rouminq paketləri ilə Yeni il səyahətində sərfəli ünsiyyət!

23.12.2024 | 15:30
Aliment borcu hansı hallarda silinə bilər...

23.12.2024 | 15:08
TƏBİB tabeli tibb müəssisələrində 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub

23.12.2024 | 15:07
Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib

23.12.2024 | 15:04
Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

23.12.2024 | 15:00
TƏBİB sədri saxta plastic cərrah məsələsinə toxundu

23.12.2024 | 14:28
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - DİN vətəndaşlara çağırış etdi...

23.12.2024 | 14:16
Yakup Erikel Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 14:10
Valentina Matviyenko Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 13:45
Prezident İlham Əliyev Naxçıvanda yeni İES-in tikintisi ilə bağlı sərəncam imzaladı

23.12.2024 | 13:40
“Keşlə bazarı”nın sökülməsi təxirə salındı - gələn il fevralın 1-dək...

23.12.2024 | 13:28
Məktəblərdə bayram tətilinin vaxtı açıqlandı

23.12.2024 | 13:16
Yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxıldı

23.12.2024 | 12:55
Kolumbiya Panama kanalı ilə bağlı Trampa xəbərdarlıq etdi - miqrasiyanı artırıcaq...

23.12.2024 | 12:42
Ambulanslar da avtobus zolaqlarına daxil olacaq...

23.12.2024 | 12:26
Prezident idmançıları və idman mütəxəssislərini təltif etdi

23.12.2024 | 12:23
"Azərbaycan cəmiyyəti bütün dünyaya dini tolerantlığı və multukulturalizmi ilə örnək göstərilir" - Əli Əhmədov

23.12.2024 | 12:08
Şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin vahid geyimindən danışdı

23.12.2024 | 11:12
Prezident: "Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır"

23.12.2024 | 11:06
"Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir" - Prezident

23.12.2024 | 11:04
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:50
"Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib" - Prezident İlham Əliyev

23.12.2024 | 10:35
Prezident İlham Əliyev Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031