KÖHNƏ VERSİYA            

İrandan absurd ittiham - Azərbaycan Ukraynadan 1 konteyner radioaktiv tullantını 260 min dollara Xəzərə daşıyır...

Image

Sadıq Qarayev: “Bu iddianın heç bir əsası yoxdur, COP29-a qarşı yönəlmiş təxribatçı fikirlərdir”

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsi ölkəmizin və xalqımızın bədxahlarını ciddi narahat edir və bu səbəbdən də absurd iddialar irəli sürürlər.  

Bunlardan biri də Qafqaz məsələləri üzrə iranlı ekspert Əhməd Kazemidir. Bir sıra əsassız fikirlər irəli sürən Kazemi iddia edir ki, Azərbaycan  COP29-u keçirməyə guya layiq deyil.   

Guya Azərbaycan Xəzər dənizini daha çox “çirkləndirir”, guya Xəzər dənizinin flora və faunası təhlükə altındadır(?). 

Kazemi iddia edib ki, Azərbaycan onilliklər əvvəl guya Ukraynadan gətirdiyi radioaktiv tullantıları Xəzər dənizinə atıb, hər konteynerə görə 260 min dollar alıb. Onun absurd iddialarından biri də odur ki, guya Bakı və Sumqayıt şəhərlərindən “milyonlarla ton təmizlənməmiş şəhər, məişət və sənaye tullantıları” Xəzər dənizinə, Naxçıvandan isə Araz çayına axıdılır. 

Bu adam heç bir əsası olmayan fikrini "əsaslandırmaq" üçün bir neçə siyasi, iqtisadi "arqument" gətirir və sair. Bunun məqaləsində bir neçə absurd məqam var. Bu adam iddia edir ki, guya bir neçə il əvvələ qədər Azərbaycana konteynerlə Ukraynadan radioaktiv tullantılar gətirdilər və hər konteynerə görə 260 min dollar alınırdı (?), Ukraynadan radioaktiv tullantıları gətirib Xəzərə boşaldırdılar (?). Guya Sumqayıt bir yandan, Bakı da bir yandan Xəzəri “çirkləndirir”. Naxçıvandan isə, guya Araza tullantı axıdılır. Bu adam iddia edir ki, COP-u o dövlət keçirməlidir ki, iqlim dəyişikliklərinə qarşı əməli töhfələri olsun, amma Azərbaycan əsasən ziyan vurub (?). Bu iddiaların hamısı, təbii ki, yalandır. Xəzəri, Arazı çirkləndirən Azərbaycan deyil, İranın özü və müdafiə etdiyi Ermənistandır. Naxçıvandan Arazın suyu gəlib çıxana qədər yolda çox şey baş verir. Naxçıvanın nə zavodu, nə sənaye mərkəzi var ki, çirkəndirsin də? Amma Oxçuçayda ermənilərin nə etdiyi məlumdur. İranın Ermənistan dostu Arazı ağır tullantılarla, zəhərli metallarla zəhərləyib, ekologiyanı korlayıblar, ekosid yaradıblar. Əgər İran obyektiv olsaydı bunlara diqqət yetirərdi, Ermənistanın gözündəki tiri görərdi, Azərbaycanın gözündə tük axtarmazdı.

“Qafqazın təbiətinin, iqliminin təəssübünü çəkirlərsə, artıq istismar müddəti başa çatan və bölgə üçün fəlakət yaradan “Metsamor” Atom Elekrtik Stansiyasının adını niyə çəkmirlər?”

Elm və Təhsil Nazirliyi Botanika İnstitutunun aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru, dosent, ekspert Sadıq Qarayev “Bakı-Xəbər”ə bildirdi ki, iranlı ekspertin dedikləri tamamilə yalandır və bunun hardan qaynaqlandığı, hansı məqsəd daşıdığı məlumdur. “Bu adam belə iddia irəli sürüb. Xəzəryanı ölkələr var, bunların peykdən görüntüləri var, digər dövlətlərin nəzarəti mövcuddur, bunlar hamısı izlənilir. Necə olur ki, biz Ukrayadan pul alıb radioaktiv tullantıları gətirib Xəzərə tökdük, amma dünya görmədi, bircə bunlar gördülər? Yaxşı, belə bir məsələ vardısa o zaman niyə bu ekspertin səsi çıxmadı, niyə demədi ki, belə bir məsələ var? Onun iddiaları absurddur və bir bəhanədir, bu olmasaydı başqa bir bəhanə tapıb deyəcəkdilər. Bu iddianın əsası yoxdur, çünki belə bir şey olmuş olsaydı bunu başqa ölkələr mütləq deyərdi. Biz o radioaktiv tullantıları gətirsəydik, məntiqlə onu Şimal tərəfdə tökərdik və bunu birinci Rusiya, Orta Asiya Respublikaları görərdi. Necə ola bilər ki, onlardan qabaq bunlar gördü? Bu iddianın heç bir əsası yoxdur, COP29-a qarşı yönəlmiş təxribatçı fikirlərdir”.

S.Qarayev qeyd etdi ki, Xəzərin ətrafında beş ölkə var və Azərbaycan belə bir şey etmişdisə onların bunu görməməsi mümkün deyildi. “Bu iddiadır. Amma fakt budur ki, Beynəlxalq Nüvə Araşdırmaları Mərkəzi və digər aidiyyəti qurumlar, “MAQATE”, bizim qonşu dövlət özü uranın zənginləşdirilməsini (özləri bunu dinc məqsədlər üçün etdiklərini deyirlər-S.Q) isbat edir. Lap dinc məqsədlər üçün olsa da belə, həmin prosesdə böyük tullantılar meydana gəlir,  o üzrə apardıqları tədqiqatlar nəticəsində yəqin ki, tullantıları, zəhərli, ağır metalların çöküntülərini harasa ata bilərlər. Ya istəyirsən dənizə at, ya təbiətə, ya da istərsən yerə basdır, fərqi yoxdur, insan fəaliyyəti nəticəsində ortaya çıxıb çirklənmə yaranması deməkdir. Azərbaycanda uranın zəngiləşdirilməsi, atom elektrik stansiyası ilə bağlı bir proses getmir. Bu gün istər Qafqaz, istərsə də Xəzəryanı bölgəni götürsək, bu bölgədə təbiətə ən az zərər verən, ən çox zərərin qarşısını almağa çalışan, həm iqlim dəyişiklikləri ilə mübarzə aparan, həm floranı, faunanı qorumağa yönələn dövlət siyasəti aparan ölkə bizik. Fakt kimi azad əraziləri göstərmək istəyirəm. Azad ərazilərə fikir versəniz görərsiz ki, Zəngilanda böyük meşə sahəsi salmağa başladıq. Azad rayonların bərpasında biz birinci yaşıllıqlar məsələsinə həssas yanaşırıq, yaşıllıqlar salırıq. Dövlətimizin siyasətində təbiətə qayğı, təbiəti qorumaq məsələsini bütün dünya görür, qiymətləndirir. COP29-un da bizim ölkəmizdə keçirilməsinə səs verən ölkələr bizim ala gözümüzə aşiq olub səs verməyiblər ki. Onlar bizim fəaliyyətimizi izləyiblər, monitorinqlər, təhlillər aparıb qərar veriblər ki, COP29 Azərbaycanda keçirlsin. Bizim ölkəyə 180-190 ölkə səs veribsə onların hamısının buna əsasları var. İndi bizi istəməyən qüvvələrin belə təxribatları həmişə olub. O adamın mövqeyi bilmirəm özünün, yoxsa ölkəsinin mövqeyidir, amma çox yanlış, absurd bir mövqedir” - deyə S.Qarayev bildirdi.    

S.Qarayev bildirdi ki, İran nümayəndəsinin COP29-un Azərbaycanda keçirilməsinə qarşı çıxması, irəli sürdükləri elmi əsaslara, faktlara söykənmir, həqiqəti əks etdirmir. S.Qarayev qeyd etdi ki, onlar onsuz da bizim keçirdiyimiz bütün beynəlxalq tədbirlərə qara yaxmaq üçün bir “fakt” tapırlar, bəhanə uydururlar. 

S.Qarayev vurğuladı ki, İlk Avropa Oyunları, “Avrovizya” və başqa tədbirlər zamanı da bu cür təxribatçı fikirlər bildirirdilər, amma bunların heç biri Azərbaycanı öz yolundan sapdıra bilməz. “Konkret Xəzər məsələsinə gəldikdə, Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin keçirdiyi monitorinqlərə, tədqiqatlara görə, Xəzərdə 128-ə yaxın axar var. Bu axarların da çoxu çaylardır və çirklənmiş sular ordan gəlib Xəzəri çirkləndirə bilir. Bunun da 60 faizi Volqa çayının, yəni Rusiya Federasiyasının payına düşür. Xəzər necə çirklənə bilər? Quru ərazilərdən gələn axıntılar vasitəsilə. Bizim payımıza düşən, deyək ki, Kür və Araz çaylarıdır. Kür və Araz çaylarının da hər ikisi mənbəyini Türkiyədən götürür, Kür Gürcüstandan, Ermənistandan keçir və Kürün üzərində olan böyük şəhər Azərbaycanda deyil. Əgər fikir versək görərik ki, Kürün üzərindəki böyük şəhər Gürcüstandadır. Yaxud da Kür və Araz Ermənistandan çirklənib gəlir. Məsələn, iqlim dəyişikliklərinə insanların, dövlətlərin təsirinə baxsaq, Arpa çayı özü Ermənistandan gəlir, onlar həm o suyu azaldırlar, həm biomüxtəlifliyə ziyan vururlar, bu da ekologiyaya təsir edir. Eyni zamanda Ermənistan bu çayı ağır metallarla çirkləndirir. Transmilli çaylardan biri Araz çayıdır. Araz çayı Türkiyədən başlayaraq Ermənistana, sonra Naxçıvana, təzədən Ermənistana və sonra Azərbaycana gəlir. Azərbaycandan keçən hissələrin də hamısının bir sahili İran tərəfə düşür. Bunlar Arazı çirləndirməklə bərabər onun suyunu daşıyıb kənd təsərrüfatına sərf edirlər. Arazın suyundan ən az istifadə edən Azərbaycandır. Məsələn, Naxçıvanın özündə elə sənaye obyektləri, zavod, fabrik yoxdur ki, ora hansısa ağır metallar axıdılsın. Bir çayın suyunu çox istifadə edirsənsə onun içində, ətrafında yaşayan bitki və heyvanat aləminə təsir edirsən. Bu, təbiətə müdaxilədir. Araza ən çox müdaxilə edən, yararlanan İrandır, ən az istifadə edən bizik. İran tərəf Araza nasoslar qoyub suyu çəkib aparıb suvarmada istifadə edir. Eyni zamanda onlar Arazı tullantı maddələrlə çirkəndirirlər. Xəzərin sahilində onların böyük Rəşt, Ənzəli şəhərləri var, orada böyük limanlar və sair mövcuddur. Bunların hamısının tullantıları Xəzərə tökülür. Türkmənbaşı şəhəri, Rusiya Federasiyasının Həştərxan və Mahacqala şəhəri, bizdə də Bakı və Sumqayıt şəhərləri var. Xəzər çirklənirsə, real desək, bu çirklənmənin ən az faizi bizim payımıza düşür. İkincisi də, əgər bunlar Qafqazın təbiətinin, iqliminin təəssübünü çəkirlərsə artıq istismar müddəti başa çatan və bölgə üçün fəlakət yaradan “Metsamor” Atom Elekrtik Stansiyasının adını niyə çəkmirlər? Orada bir dəfə reyd keçiriblərmi? Orda hansısa elmi-tədqiqatlar aparıblarmı ki, bu əraziyə nə qədər ziyan vurulub? Bu İran ərazisinə yaxındır. “Metsamor” İran ərazisinə, bütövlükdə bölgəyə nə qədər ziyanlı təsir etdiyini, çirkləndirdiyini araşdırıblarmı? Uzun illər Ermənistanın işğalı altında olmuş ərazilərimizdə bu ölkə bizim heyvan, bitki aləminə qarşı çox böyük ekoterror həyata keçirib. Bizim qonşu dövlətin indiyə qədər Ermənistanın bizim ekositemimizə qarşı törətdiyi terrorla bağlı hər hansı bir qeydi, narazılığı olmayıb. 

Bir fakt deyim, 2022-ci ildə Oxçuçayda apardığımız elmi-təqdiqatlara, monitorinqlərə görə, bu çayda suyun tərkibində dəmir, manqan, ammonium sulfatların qatılığı daha da artıb. Bu elmi araşdırmadır və bunu Ermənistan tərəfindən gələn Oxçuçayda, transsərhədə aparıblar. Sözü deyəndə biri var havadan deyəsən, biri də var əsaslandırıb deyəsən. Oxçuçayın ağır metallarla çirkləndirilməsi ilə bağlı aparılan elmi tədiqiqatlar zamanı məlum oldu ki, bu çayda ammoniumun miqdarı 4, 5 dəfə çox olmuşdur. Təbii sudursa niyə çox olsun ki? Ermənistan Oxçuçayı çirkəndirir. Bu çayın ən çox çirklənən mənbələrindən biri Qacaran Mis-Molibden Kombinatıdır. Onlar Almaniyanın “Kronimet Holding” şirkəti ilə birgə işləyirlər. O, zəhərli maddələri o çaya axıdır, bu da təbii ki, ətraf mühitə, təbiətə təsir edir”. 

İradə SARIYEVA







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlılığı nədir?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

21.12.2024 | 00:13
Media savadlılığı nədir?

20.12.2024 | 21:18
Makron Mayottada əsl genosid mühiti yaradıb, su, ərzaq, işıq yoxdur - Avroparlament susur...

20.12.2024 | 21:04
Azərbaycan İslam dünyasında mövqeyini daha da bərkitdi...

20.12.2024 | 20:49
Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

20.12.2024 | 20:45
“Bakı Metropoliteni”nin yeni sədri kimdir? - DOSYE

20.12.2024 | 20:35
Azərbaycan D-8-in 9-cu üzvü oldu - İƏT və D-8 bir-birini tamamlayır...

20.12.2024 | 20:30
Prezident İlham Əliyev Məhəmməd Şahbaz Şərifə məktub göndərdi

20.12.2024 | 20:25
Prezident İlham Əliyev Məsud Pezeşkiana məktub ünvanlayıb

20.12.2024 | 20:22
İlham Əliyevin Kiselyova müsahibəsinə dünya mediasının marağı getdikcə artır....

20.12.2024 | 20:19
Prezident İlham Əliyev Misir Prezidentinə məktub göndərdi

20.12.2024 | 20:15
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub ünvanladı

20.12.2024 | 20:15
Bakıdakı bu qəbiristanlıqlar dəfn üçün bağlana bilər - vəziyyət ağırdır...

20.12.2024 | 20:11
"Bakı Metropoliteni"nin sədri dəyişdi...

20.12.2024 | 20:00
Karampetyan Avropa Parlamentində növbəti anti-Azərbaycan qətnaməsi çıxartdırdı...

20.12.2024 | 19:49
Xarici turistlərlə Azərbaycan tibb müəssisələri arasında gizli sövdələşmə risqi var...

20.12.2024 | 19:34
Çad dövləti Makrona 31 yanvaradək vaxt verdi - "Qoşunları çəkib ölkəmizdən gedin"...

20.12.2024 | 19:20
“Paşinyan hakimiyyətdə qalacaq, Azərbaycan və Türkiyə cəzalanacaq, Yunanıstanda çevriliş olacaq” - Erməni baxıcı sifarişlə işləyir...

20.12.2024 | 19:06
Makron 66 illik 5-ci Respublikanı çökdürdü, 6-cıya keçid başladı, prezidentlik hörmətdən düşdü...

20.12.2024 | 18:54
“TRACECA”nın Baş katibi Prezident İlham Əliyevə məktub göndərdi

20.12.2024 | 18:53
Qəri Counz Prezident İlham Əliyevi təbrik etdi

20.12.2024 | 18:51
Gənc nəslin milli şüurunun inkişafında Media savadlılığı və savadlı medianın rolu...

20.12.2024 | 18:43
Rəqabət komissiyasının yaradılması və qərarların qəbul edilməsi qaydaları təsdiqləndi

20.12.2024 | 18:36
Xalq rəssamı Tofiq Ağababayev vəfat edib

20.12.2024 | 18:33
Universitetlərdə Media savadlılığı dərsi...

20.12.2024 | 18:25
QDİƏT-ə sədrlik Azərbaycana təhvil verildi

20.12.2024 | 18:20
Avroparlament qətnamə, səfirliklər bəyanat yaydı - Azərbaycana hücumlar bir mərkəzdən gəlir...

20.12.2024 | 18:10
Təhsil Tələbə Kredit Fondunun fəaliyyətində nöqsanlar aşkarlandı

20.12.2024 | 18:07
Putin Qərbi duelə çağırdı - "Kiyevdə istənilən nöqtəni verin və bacarsanız "Oreşnik" raketimizi vurun"...

20.12.2024 | 17:54
27 ildə sıraları ilk dəfə artan beynəlxalq təşkilat - İlham Əliyev qürur mənbəyi dedi...

20.12.2024 | 17:42
Hərbçimiz Ermənistanla şərti sərhəd istiqamətində minaya düşdü

20.12.2024 | 17:40
Paşinyan Kazanda İlham Əliyevə verdiyi sözdən niyə qaçdı...

20.12.2024 | 17:35
“Prezidentin siyasətində Qərbi Azərbaycan faktoru prioritet təşkil edir” - Əhliman ƏMİRASLANOV yazır

20.12.2024 | 17:27
Azərbaycanın müttəfiqləri bir superdövlətə qalib gəldi - superdövlət başqa yol tutdu...

20.12.2024 | 17:23
Mətbuat Şurası Qulu Məhərrəmlini təbrik etdi

20.12.2024 | 17:19
Azad edilmiş ərazilərdə neçə nəfərin nəşinin qalıqları tapılıb? - Rəsmi açıqlama...

20.12.2024 | 17:14
BMT-nin "faşizm qətnaməsinin" əleyhinə çıxan elə ölkələr var ki... İnanılmazdır...

20.12.2024 | 17:08
Ərdoğan Suriyaya gedir - Dəməşqdə hazırlıqlar başlayıb...

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031