Fransa müstəmləkəsi olan Qvadelupada da etirazları boğmaq üçün komendant saatını uzatdı…
Fransa hökuməti Karib dənizindəki koloniyası Martinikdə təxminən 2 aydır davam edən etirazların qonşu Qvadelupa koloniyasına sıçramasından sonra oktyabrın 25-də tətbiq etməyə başladığı komendant saatını davam etdirmək qərarına gəlib.
“France 24” telekanalının məlumatına görə, Karib dənizindəki fransız koloniyalarında bahalaşmaya qarşı nümayişlər davam edir.
Bu arada, Fransa hökuməti materikdən təxminən 6800 kilometr uzaqlıqda yerləşən Martinikdə ərzaq qiymətlərinin bahalaşmasına qarşı etirazları zor tətbiq edərək boğmağa çalışır. Ərzaq qiymətlərinin Fransadakından 40 faiz yüksək olduğu Martinikada nümayişlərin başlamasından sonra Paris hökuməti sentyabrın 23-də adaya cəza dəstələri göndərib.
Fransa hökumətinin adadakı nümayəndəsi tərəfindən bütün adada saat 00.00-05.00 arasında tətbiq edilən komendant saatı 2 həftədən çoxdur ki, davam edir.
Nümayişlər başlayandan bəri adada 4 nəfər ölüb, saxlananların sayı isə 140-a çatıb.
TAHİR