İran İsrailin hücumuna cavab verəcəkmi? - Tehrandan yeni açıqlama gəldi…
İsrailin İrana qarşı hava hücumundan sonra Tehran administrasiyasından cavab açıqlaması gəlib. İran Baş Qərargahı “İran cavab vermək hüququnu özündə saxlayır” deyərək, hücumlarda 4 İran əsgərinin həyatını itirdiyini də açıqlayıb.
Açıqlamada deyilirki, İsrail döyüş təyyarələri beynəlxalq hüquqa zidd olaraq ABŞ-ın İraqdakı hava məkanından İran sərhədinə 100 kilometr məsafədən bir neçə raket atıblar. Qeyd edilir ki, yüngül başlığa sahib raketlər İranın İlam və Xuzistan əyalətlərini və Tehran ətrafındakı bəzi radar sistemlərini hədəfə alıb. Ancaq hava hücumundan müdafiə sisteminin müdaxiləsi sayəsində qısmən zərər qeydə alınıb.
İranın BMT-dəki (BMT) Daimi Nümayəndəliyindən verilən açıqlamada İsrailin İranın hərbi obyektlərinə qarşı son hava hücumlarında iştirak etməkdə ABŞ-ı günahlandıraraq, İsrail döyüş təyyarələrinin hücumları üçün İraq hava məkanından istifadə etdiyini iddia edib.
Bundan əvvəl İran hərbi rəsmiləri xəbərdarlıq etmişdilər ki, İsrailin hər hansı hücumu "daha sərt cavab"la qarşılanacaq.
Bu arada ABŞ prezident Bayden də İsrailin İrana hücumu ilə bağlı açıqlamalar verib. Mövzu ilə bağlı kəşfiyyat rəsmiləri ilə görüş keçirdiyini vurğulayan Bayden deyib ki, hərbi hədəflərdən başqa heç nə vurmayıblar: “Ümid edirəm ki, bu sondur".
İsrailin hücumlarından əvvəl məlumatlandırıldıqlarını deyən ABŞ rəsmiləri ABŞ-ın hücumda birbaşa iştirak etmədiyini, lakin İsraillə sıx təmasda olduqlarını bildiriblər.
Ancaq İran hakimiyyəti İsrail təyyarələrinin sərhəddən təxminən 70 mil məsafədə, ABŞ ordusunun nəzarətində olan İraq hava məkanından İranın müxtəlif hərbi və radar obyektlərinə hücum etdiyini və bunun da ABŞ-ın hücumda iştirak etdiyini təsdiqlədiyini bildirirlər.
TAHİR