Tramp düşünüldüyü qədər zəngindirmi? - Həqiqət ortaya çıxdı…
ABŞ-ın keçmiş prezidenti və prezidentliyə namizəd Donald Tramp özünü “ultra varlı” şəxs kimi təqdim edir. Ancaq əmlak investisiyaları və televiziya proqramları vasitəsilə sərvətini artırdığını iddia edən Tramp düşünüldüyü qədər də zəngin olmaya bilər.
“Bloomberg”in Milyarderlər İndeksi belə düçünməyə əsas verir. 78 yaşlı Trampın uzun illər vergi bəyannamələrini sirr saxlaması və açıqlamaqdan imtina etməsi də bu şübhələri artırır.
“Bloomberg”in açıqladığı Milyarderlər İndeksində Trampın yeri, görən hər kəsi təəccübləndirib. Belə ki, dünyanın 500 ən zəngin adamı siyahısında ABŞ-ın keçmiş prezidenti və prezidentliyə namizəd Tramp 473-cü yerdə qərarlaşıb.
Onun sərvətinin təxminən 6,61 milyard dollar olduğu və sərvətinin böyük hissəsinin daşınmaz əmlakdan ibarət olduğu təxmin edilir.
Nyu-Yorkun baş prokuroru Letitia Ceymsın fikrincə, Tramp sərvətini açıqlayarkən təxminən 3,6 milyard dollar çox göstərib.
Müxtəlif mənbələr isə Trampın sərvəti ilə bağlı müxtəlif rəqəmlər açıqlayırlar. “Wall Street Journal”a görə, bu rəqəmlər 7,5-10 milyard dollar arasında dəyişir, “Forbes” isə Trampın sərvətinin 6,5 milyard dollar olduğunu bildirir.
TAHİR