"Yeni Masazır" şirkəti ilə Arxitektura Komitəsi arasında torpaq qalmaqalı - iş məhkəməyə çıxdı
Masazır qəsəbəsində yaşayış binaları inşa edən "Yeni Masazır" şirkəti ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi arasında torpaq münasibətlərinə dair mübahisə yaranıb.
Qaynarinfo-nun məlumatına görə, bu mübahisədən dolayı şirkət məhkəməyə müraciət edib.
İddiaya Sumqayıt İnzibati Məhkəməsində baxılacaq. İş hakim Aynur Axundovanın icraatındadır.
"Yeni Masazır" MMC 2014-cü ildən fəaliyyət göstərir. Şirkət 2024-cü ilədək Mənzil Tikinti Kooperativi (MTK) fəaliyyət göstərib. Cari ildə təşkilati-hüquqi forması dəyişdirilib.
Şirkətin qanuni təmsilçisi Dadaşov Şövqi Cabir oğludur. "Yeni Masazır" MMC-nin hüquqi ünvanı Bakı şəhəri Səbail rayonu, Mərdanov qardaşları, ev 6, mənzil 8-də yerləşir. Bu ünvanda "Yeni Masazır-A" MTK da qeydiyyatdadır.