Gürcüstanda səsvermə başa çatdı, “exit-poll”un nəticələri açıqlandı - “Gürcü arzusu" liderdir...
Gürcüstanda keçirilən parlament seçkilərində səsvermə başa çatıb. Məntəqələr yerli vaxtla saat 20:00-da bağlanıb. Artıq “exit-poll”un da nəticələri açıqlanıb. “İmedi” teleşirkətinin sifarişi ilə keçirilən “QORBİ” "exit-poll"unun nəticələrə görə, hakim “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyası 56,1 faiz səs toplayaraq parlament seçkilərində qalib gəlir.
“Gürcü arzusu” ("Xalqın gücü") – 56,1%
“Dəyişiklik Koalisiyası” (“Axali”, “Girçi – daha çox azadlıq”, “Droa”) – 12,6%
"Birlik - milli hərəkat" ("Vahid Milli Hərəkat", "Aqmaşenebeli Strategiya", "Avropa Gürcüstanı") – 11,6%
“Güclü Gürcüstan” (“Gürcüstan üçün Lelo”, “Xalq üçün”, “Azadlıq Meydanı”, “Vətəndaşlar”) – 7%
Gürcüstanın üç telekanalı – “İmedi”, “Formula” və “Mtavari”nin sifarişi ilə keçirilən “exit-poll”ların nəticələri “Gürcü arzusu"nun böyük fərqlə irəlidə olduğunu göstərir.
MSK-nın məlumatına görə, 2137 seçki məntəqəsinin nəticələrinə görə, beş partiya beş faizlik baryeri keçib. Səslərin 69 faizi hesablanıb.
Seçkilərdə ümumilikdə 18 partiya iştirak edir, onlardan beşi koalisiya yaradıb.
Qeyd edək ki, Gürcüstanda ümumilikdə 3 508 294 vətəndaş, o cümlədən 95 910 nəfər xaricdə səsvermə hüququna malik olub. Səsvermə prosesini 64 beynəlxalq və 102 yerli təşkilatın nümayəndələri müşahidə edib.
TAHİR