Paracüdoçularımız Gimnaziadada 8 medal qazanıb
Bəhreynin paytaxtı Manamada keçirilən Gimnaziada İdman Oyunlarında paracüdoçularımızdan Tahir Əlizadə (60 kq), Hüseyn İsmayılzadə (73 kq) və İlahə Əzizzadə (+57 kq) qızıl, Ömər Qurbanov (60 kq), Elxan Nəbizadə (73 kq), İlham Əzizzadə (+73 kq) ilə Elnarə Nizamlı (57 kq) gümüş medal qazanıblar. Nurlana Məmmədova (+57 kq) isə komandamıza yeganə bürünc medalı qazandırıb. Bu barədə baki-xeber.com-a Milli Paralimpiya Komitəsinin mətbuat xidmətindən məlumat verilib.
Qeyd edilir ki, Gimnaziadada daha əvvəl paraüzgüçümüz Əli Vəliyev 200 metr məsafəyə sərbəst üsulda gümüş medala layiq görülüb.
İradə SARIYEVA