Azərbaycanın BRİKS tərəfdaşları sırasında olmamasının səbəbləri var...
“Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində BRİKS ölkələrinin Kazan görüşü, təşkilatın Azərbaycana münasibəti barədə fikirlərini paylaşıb. A. Quliyev yazır:
"BRİKS ölkələrinin Kazan görüşündə Azərbaycanın bu formata müvafiq statusla daxil edilməsi ən çox gözlənilən xəbərlərdən biri idi. Lakin bu baş vermədi və Azərbaycan BRİKS formatına tərəfdaş kimi qəbul edilmiş ölkələrin sırasında görünmədi. Məncə bu 2 səbəblə bağlı ola bilər :
1. BRİKS- in özünün əsasnamə normativləri var və Azərbaycan status üçün cəmi bir neçə ay əvvəl müraciət edib.
2. Bu,Azərbaycanın özünün seçiminə uyğun ayarlanmış nəticəyə daha çox oxşayır. Yəni hansısa səbəbdən Azərbaycan BRİKS- də statusun belə tezliklə reallaşmasını istəməyib. Məncə, bu daha real qərardır. Tələsməyə ehtiyac yoxdur. Onsuz da Azərbaycan BRİKS- in bütün üzvləri ilə ( Hindistanın azacıq istisnalığı şərtilə ) fəal əməkdaşlıq və dialoq içindədir, buna görə də formatın imkanlarından istifadənin yolları üzümüzə bağlı deyil. Həm də BRİKS- in üzv və tərəfdaş ölkələrinin kollektiv Qərblə münasibətlər strategiyasının hələ konkretləşmədiyi indiki şəraitdə hamı ilə eyni məsafədə dayanmaq ən düzgün mövqe ola bilər....Çünki bu formatın içində Rusiya və İran kimi Qərbin qatı düşmənləri ilə bərabər Ərəb Əmirlikləri kimi Qərbə yaxın, Çin və Hindistan kimi Qərblə məsafəli dialoq mühitinə üstünlük verən ölkələr var ....Azərbaycan öz taktikasına görə 3- cü qrup BRİKS ölkələrinə daha çox bənzəyir ..."
Mətləb
"