Zelenski Kazana getdiyinə görə BMT baş katibi Quterreşin Ukraynaya girişinə qadağa qoydu...
Ukrayna prezidenti Zelenski BMT-nin baş katibi Antonio Quterreşin BRİCS Sammiti üçün Kazana səfərinə görə onun Kiyevə planlaşdırılan səfərini ləğv edib.
AFP-yə danışan Ukrayna administrasiyasına yaxın mənbənin sözlərinə görə, Quterreş Kazandan sonra Ukraynaya getmək istəyib, lakin Zelenski onunla görüşdən imtina edib. Mənbə bildirib ki, Quterreşin Kazana səfəri sağlam düşüncəyə və beynəlxalq hüquqa ziddir, ona görə də o, buraya gəlməyəcək.
BMT baş katibinin rəsmi təqviminə əsasən, Quterreş BRİCS sammitindən sonra oktyabrın 27-də Nyu-Yorka qayıdacaq.
Ukrayna Xarici İşlər Nazirliyi Quterreşin Kazan sammitində iştirakını tənqid edib və onun iyunda İsveçrədə keçirilən “sülh sammiti”nə qatılmadığını da vurğulayıb.
Bundan əlavə, Quterreşin adı 2014-cü ildə yaradılmış Mirotvorets məlumat bazasına daxil edilib. Bu saytda Donbasdakı münaqişədə iştirak etdiyi güman edilən insanların şəxsi məlumatları yer alır.
Son həftələrdə İsrail də Quterreşin ölkəyə girişinə qadağa qoyub. Xarici işlər naziri qərara səbəb kimi BMT rəhbərinin İranın hücumunu pisləməməsini göstərib.
TAHİR