2 min Ukrayna əsgəri Kurskda mühasirəyə düşdü - Putin düyməyə basdı, ukraynalı əsgərlərin "ovu" başladı...
Prezident Putin Rusiya rus ordusunun Kursk bölgəsində təxminən 2 min Ukrayna əsgərini mühasirəyə aldığını və mühasirə dairəsini daraltdığını açıqlayıb. Putin deyib ki, 155-ci diviziya düşmən xəttini yarıb, dövlət sərhədinə qədər irəliləyərək bölgədə təhlükəsiz mühasirə yaradıb.
Ukrayna ordusunun mühasirəni yarmaq cəhdlərinin uğursuzluğa düçar olduğunu bildirən Putin, Rusiyanın əsgərlərin zərərsizləşdirilməsi prosesinə başladığını deyib.
Putin Ukrayna qüvvələrinin Kursk vilayətində nəzarəti itirdiyini, buna görə də bir çox əsgərin hələ də mühasirədə olduqlarını belə anlamadığını iddia edib.
Qeyd edək ki, Ukrayna prezidenti Zelenski bir müddət əvvəl bildirib ki, bu əməliyyat Rusiya sərhədində bufer zona yaratmaq məqsədi daşıyır. Ukraynanın Baş Qərargah rəisi Aleksandr Sirski də əməliyyatın Rusiya qüvvələrinin digər bölgələrdən çıxarılmasına yönəldiyini deyib, lakin hərbi analitiklərin fikrincə, bu məqsədə nail olunmayıb.
Putin Ukraynanın Kurşka bölgəsindəki əməliyyatın uğursuzluğa düçar olacağına inandığını və bu uğursuzluqdan sonra Kiyevin sülh danışıqlarına meyllənə biləcəyini deyib. Rusiyanın danışıqlara açıq olduğunu vurğulayan Putin ilk öncə Kurskdakı Ukrayna qüvvələri ilə “hesablaşmalı” olduqlarını bildirib.
TAHİR