KÖHNƏ VERSİYA            

Məktəblərə “nə biçimdə direktorlar” axtarılır? Direktorlar etimadı niyə doğrultmur?..

Image

Son zamanlar məktəb direktorlarının seçimi, təyinatı ilə bağlı məsələlərdə müəyyən problemlərin olduğu barədə danışılır. Bir neçə ildir ki, ölkəmizin ümumtəhsil məktəblərində direktor vəzifəsini tutmaq istəyən şəxslərlə bağlı imtahan keçirilir. Bunun müsbət, yaxud mənfi nəticələr doğurduğu barədə birmənalı fikir bildirmək çətindir.

Elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərin bu yöndə suallarını cavablandırarkən “Bəzi hallarda məktəbdə işləyəcək direktorluğa namizəd olacaq şəxs tapmaqda çətinlik çəkirik”-deyib. 

O bildirib ki, buna baxmayaraq, hazırda direktor qəbulu üçün minimal sayda vakansiya elan edilib:

"Məktəblərin sayı 4400 olanda bu 44 nəfər, təxminən 1% edir. Bu rəqəm sizə böyük gələ bilər. Lakin faiz nöqteyi-nəzərindən vakansiya 5-6 faiz olacaq, bu isə haradasa bir neçə yüz nəfər deməkdir. Bunun qarşısı alınmazdır. Əsas olan odur ki, bizim qaydamız, prosedurumuz var və ona uyğun olaraq prosesi davam etdiririk".

Niyə tapmaq olmur? Direktor kadrlar yoxdu bəyəm? Nazirin bu ifadəsinin sətiraltı mənası nədir?

Məktəblərə "nə  biçimdə direktorlar" axtarılır? Direktorlar etimadı niyə doğrultmur? 

Kamran Əsədov: “Bu gün orta məktəblərdə yaxşı direktor tapmaq çətinliyi təhsildəki struktur və idarəçilik boşluqlarının təzahürüdür”

Tanınmış təhsil eksperti Kamran Əsədov “Bakı-Xəbər”ə şərhində “Bu gün orta məktəblərdə yaxşı direktor tapmaq çətinliyi təhsildəki struktur və idarəçilik boşluqlarının təzahürüdür. Azərbaycanda təhsil sahəsində rəhbər kadrların çatışmazlığı, ölkə üzrə məktəblərin idarəetməsində ciddi problemlər yaradır. Geniş mənada, məktəb direktorlarının sayının azlığı və keyfiyyətinin yetərsizliyi müxtəlif faktorlarla izah edilə bilər.

Əvvəla, yaxşı direktor nə deməkdir? Yaxşı direktor, təkcə inzibati bacarıqlara deyil, həm də təhsilin keyfiyyətini yüksəltmək, müəllimləri və şagirdləri motivasiya etmək, məktəbdə sağlam mühit yaratmaq bacarığına malik şəxsdir. Bu gün təhsil sahəsində müasir yanaşmaları, psixologiyanı, pedaqogikanı bilən, texnologiyalardan istifadə edən və innovativ düşüncə tərzi olan rəhbərlər yetişdirmək əsas prioritetdir. Yaxşı direktor məktəbdəki təhsil prosesini effektiv idarə edir, valideynləri təhsilə cəlb edir, məktəbdə sağlam əxlaqi dəyərlər yaradır və uşaqların gələcəyinə müsbət təsir göstərir. Belə direktor həm pedaqoji sahədə bilikli olmalı, həm də idarəetmə bacarıqlarına malik olmalıdır”-deyə bildirdi.

K.Əsədovun sözlərinə görə, hazırkı şəraitdə məktəb direktorlarının azlığı və keyfiyyətin aşağı olmasının əsas səbəblərindən biri təhsil sahəsində rəhbər vəzifələrə hazırlıqlı kadrların məhdud olmasıdır. “Müəllimlər arasında rəhbər vəzifəyə keçmək arzusunda olanlar azdır, çünki bu vəzifə çox böyük məsuliyyət və fədakarlıq tələb edir. Eyni zamanda, direktor vəzifəsinin həm maddi baxımdan, həm də sosial status baxımından yetərincə stimullaşdırılmaması bu sahədə kadr çatışmazlığına səbəb olur. Bir çox müəllimlər yüksək məsuliyyət daşıyan bu vəzifəyə görə ödəmələrin az olmasından narazıdır və bu səbəbdən direktor vəzifəsinə maraq göstərmirlər.

Direktorların yetişdirilməsi prosesi də sistemin özündə ciddi boşluqlarla müşahidə olunur. Bu gün Azərbaycanda direktor təlimləri mövcuddur, lakin onlar tez-tez nəzəriyyəyə yönəlmiş və tətbiqi bacarıqlardan kənar olur. Direktor namizədlərin yalnız bir neçə günlük kurslarla və ya qısa müddətli təlimlərlə hazırlandıqları halda, onların çətin məktəb problemlərinə uzunmüddətli həll yolları tapa biləcəklərinə inanmaq çətindir. Müasir məktəb idarəetməsi, yalnız biliklərlə deyil, həm də sosial emosional bacarıqlarla təmin olunmuş, uşaqların psixoloji ehtiyaclarını nəzərə alan peşəkar kadrları tələb edir”.

K.Əsədov qeyd etdi ki, dünyanın inkişaf etmiş ölkələrində məktəb direktorlarının seçimi və hazırlanması üçün xüsusi proqramlar və təcrübə modelləri tətbiq edilir. “Məsələn, Finlandiyada və ya Sinqapurda direktor namizədləri uzunmüddətli kurslardan keçir və bu təlimlər çərçivəsində liderlik, psixologiya, idarəetmə və təhsil texnologiyaları sahəsində praktiki bacarıqlar qazanır. Həmçinin, bu ölkələrdə direktorların təyin olunma prosesi ciddi şəkildə tənzimlənir və direktor olmaq istəyənlər dərin hazırlıq mərhələsindən keçir. Bu təlim prosesləri, onların məktəbdə səmərəli idarəetmə aparmalarına imkan verir və məktəbdə təhsilin keyfiyyətini yüksəldir.

Azərbaycanda da yaxşı direktor yetişdirmək üçün sistemli yanaşma tələb olunur. Bu məqsədlə, direktor təyin olunma prosesi şəffaf və açıq olmalı, namizədlərin yalnız peşəkar bilikləri deyil, həm də şəxsiyyətləri və dəyərləri nəzərə alınmalıdır. Bundan başqa, direktorların təlimi genişləndirilməli, təlimlər tətbiqi və praktiki yönümlü olmalıdır. Elm və Təhsil Nazirliyi məktəblərin idarəedilməsi sahəsində direktorların inkişafına yönəlik uzunmüddətli proqramlar təşkil edə bilər. Bu proqramlara liderlik, psixoloji dəstək, sosial məsələlərə həssas yanaşma, rəqəmsal bacarıqlar və təhsil texnologiyaları daxildir.

Direktorların motivasiyasının artırılması üçün onların maddi stimullaşdırılması və sosial statuslarının yüksəldilməsi də vacibdir. Azərbaycanda direktorların maaşı çox vaxt onların yükünü və məsuliyyətini əks etdirmir. Əgər dövlət tərəfindən direktor maaşları artırılsa və onların səmərəli işlərinə görə əlavə ödənişlər təmin edilsə, bu, təhsil sahəsində daha çox müəllimin rəhbər vəzifələrə yönəlməsinə təkan verərdi.

Azərbaycanda məktəb direktorlarının inkişafı, həm də onların bilik və bacarıqlarını yeniləmək üçün mütəmadi qiymətləndirmələrə ehtiyac duyur. Təhsilin keyfiyyətinin daim artmasını təmin etmək üçün direktorların müntəzəm qiymətləndirməsi vacibdir. Bu, onların zəif cəhətlərini müəyyən etməyə və peşəkar inkişaf üçün addımlar atmağa imkan verir. Sertifikatlaşdırma və qiymətləndirmə sistemləri vasitəsilə direktorların fəaliyyəti dəyərləndirilə bilər və nəticədə, onların təhsil sahəsində səmərəliliyi artırıla bilər.

Ümumilikdə, orta məktəblər üçün yaxşı direktor yetişdirmək təhsil sisteminin səmərəliliyini və keyfiyyətini artırmaq üçün əsas addımlardan biridir. Bu sahədə uğur əldə etmək üçün təlim proqramlarının genişləndirilməsi, rəhbər kadrların seçilməsində şəffaflıq, motivasiyaedici stimulların təmin edilməsi və davamlı peşəkar inkişaf proqramlarının tətbiqi vacibdir. Azərbaycanda bu istiqamətdə atılan addımlar, məktəblərdə təhsilin keyfiyyətini artırmaq və uşaqların təhsildən daha çox faydalanmasını təmin etmək üçün mühüm rol oynayacaqdır”-deyə K.Əsədov bildirdi.

Məzahir Məmmədli: “Onların məktəb direktoru kimi bacarığını müəyyən edən bir meyar ortada hələ ki, yoxdur”

Digər tanınmış təhsil eksperti Məzahir Məmmədli də “Bakı-Xəbər”ə bildirdi ki, doğrudan da, indi bütün kriteriayalara cavab verən direktor tapmaq asan deyil: “Mən bu məsələdə naziri kifayət qədər haqlı sayıram. Bir müddət əvvəl nazirin səsləndirdiyi başqa bir fikri xatırlatmaq istəyirəm. Nazir deyirdi ki, bəzi məktəb direktorlarının qəbuluna düşmək mənim qəbuluna düşməkdən çətindir. Onu da düz deyir. Bizim də müşahidələrimiz onu göstərir ki, elə məktəb direktorları var, nəinki telefon zənginə cavab vermir, valideyni qəbul etmir, ümumiyyətlə kifayət qədər əlçatmaz bir mövqeyə çəkilib. Valideyndən, cəmiyyət adamından, QHT-dən, jurnalistdən məktəb direktorunun çəkinməyi üçün hansı vəziyyət yaranıb ki, bu qədər əlçatmaz olublar? Amma elm və təhsil naziri kifayət qədər əlçatandır və ayda bir dəfə mətbuat konfransı keçirir, yaxud hansısa tədbirdə mətbuatın sualını cavablandırır. Bizim işimiz məktəblərlə əlaqəlidir deyə məktəb direktorlarını daha yaxşı müşahidə etmək imkanımız var. Məktəb direktoru tanıyıram ki,  bir məsələ ilə bağlı suala cavab vermək üçün telefonu belə qaldırmır. Halbuki, çox asan izah olunan bir məsələdir.

Məktəb direktorlarının işə qəbulu üçün meyarlar müəyyənləşib və bu proses kifayət qədər şəffaf keçirilir. Məsələ burasındadır ki, bu imtahanlar, testlər yalnız onların biliyini müəyyən edir. Amma onların məktəb direktoru kimi bacarığını müəyyən edən bir meyar ortada hələ ki, yoxdur. Bu səbəbdən də biz məktəb direktorlarının təyinatında belə problemləri yaşayırıq. Mənə elə gəlir ki, məktəb direktoru vəzifəsinə ancaq məktəbin içindən müəyyən qədər nüfuza, biliyə, bacarığa, idarəetmə qabiliyyətinə sahib olan biri seçilməlidir”. 

M.Məmmədlinin fikrincə, bu daha məqsədəuyğundur. Onun fikrincə, məktəb direktoru məktəbin içində seçki yolu ilə müəyyənləşdirilməlidir. M.Məmmədli bildirdi ki, bu daha təsiredici və effektli olar: “Bu halda biz peşəkar bir məktəb direktoru görə bilərik”.

İradə SARIYEVA 







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

SON XƏBƏRLƏR

24.12.2024 | 00:05
Mehriban Əliyeva Prezident İlham Əliyevin doğum günü münasibətilə paylaşım edib - FOTO

23.12.2024 | 22:17
QAİ ABŞ administrasiyasına çağırış etdi - heç olmasa, son günlərinizdə bundan çəkinin...

23.12.2024 | 21:30
Ceyhun Bayramov Serbiyada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etdi - FOTO

23.12.2024 | 21:27
ATF-in vitse-prezidenti çempionat qabağı müəllim və məşqçilərlə görüşüb

23.12.2024 | 21:24
Veysəloğlu 30 illik yubileyini və Yeni il tədbirini keçirdi

23.12.2024 | 21:14
Azərbaycanın Orta Şərqdə mühüm gücə çevrilmək şansı açılır...

23.12.2024 | 20:59
Ermənistan “qədim sivilizasiyaların” adı ilə “Arsax oyunu” oynayır... UNESCO-ya müraciət...

23.12.2024 | 20:44
Çoxvektorluluq, məntiqilik, sistemlilik, balans - xarici siyasətin hamıya görünən tərəfləri...

23.12.2024 | 20:29
"Şamdan sonra Türkiyə İrəvana girəcək" - erməni-rus mediası yeni hədəf tapıb...

23.12.2024 | 20:15
XİN-dən ABŞ səfirliyinə cavab - "...media azadlığına dözümsüzlüyü heyrət doğurur"

23.12.2024 | 20:11
İordaniya Kralı Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 20:04
Azərbaycanın Şimal-Cənub nəqliyyat dəhlizi üzrə yeni tarixi saziş imzalandı...

23.12.2024 | 20:03
Prezident İlham Əliyevə doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir

23.12.2024 | 19:51
İsxak Hersoq Prezident İlham Əliyevə təbrik məktubu göndərib

23.12.2024 | 19:48
Qlobal iqtisadi böhranın ardınca Azərbaycanda möhkəm maliyyə sabitliyi - möcüzənin sirri...

23.12.2024 | 19:35
Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

23.12.2024 | 19:21
İlham Əliyevin bəyanatından sonra Simonyan Dehliyə getdi - təsadüf?

23.12.2024 | 19:17
Uşaq bağçalarına saxta vakansiya elanları verib pul yığırdı- tutuldu...

23.12.2024 | 19:14
Orban Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 19:10
Azərbaycanda yeni beşillik plan qəbul olunacaq - regionlar inkişaf etdikcə rifah yüksəlir...

23.12.2024 | 18:57
Bölgələrimizdə həkim çatışmazlığı problemi dərinləşir....

23.12.2024 | 18:55
TDT Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:43
Azərbaycanın ixracı azalıb, idxal artıb - nə qədər itirmişik?..

23.12.2024 | 18:33
Emoməli Rəhmon Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 18:30
Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

23.12.2024 | 18:20
Nursultan Nazarbayev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:17
Ermənistanda “neqodnıları” da orduya çağırmağa qərar verdilər...

23.12.2024 | 18:04
Zelenski Avropa liderləri qarşısında Azərbaycana pislik etdi - “qaz yanlışı” ilə...

23.12.2024 | 17:51
Qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmə təkmilləşdirilir

23.12.2024 | 17:48
2 gün sonra Ukrayna bu dövlətlərin qazını kəsəcək - gözlər Bakıda...

23.12.2024 | 17:45
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:35
Bakı-İrəvan anlaşmasında Bayden hökumətinin səyləri iflasa uğradı - Patel çətinliyə düşdü...

23.12.2024 | 17:31
Sadır Japarov Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 17:27
“Yada düşdü” jurnalının növbəti sayı işıq üzü görüb

23.12.2024 | 17:23
TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransı keçirilib

23.12.2024 | 17:22
Qafqazın inkişafı yunan güzgüsündə - Rusiyanın adı yox, Zəngəzur dəhlizi yox...

23.12.2024 | 17:19
Xorvatiya Prezidenti Prezident İlham Əliyevə təbrik məktubu ünvanladı

23.12.2024 | 17:15
“Prezident İlham Əliyevin Liderliyi ilə ölkəmiz dünyada söz sahibi olan dövlətə çevrilib” - Vüqar Rəhimzadə

23.12.2024 | 17:15
Putin Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:15
“Mirzə İbrahimovun irsinin qorunması və təbliği”

23.12.2024 | 17:05
Kiyev Rusiya qazının Ukrayna üzərindən Avropaya nəqlini dayandırır - tarix də açıqlandı...

23.12.2024 | 17:02
Şavkat Mirziyoyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 16:52
Azərbaycanda minimum aylıq əməkhaqqı artdı - 400 manat...

23.12.2024 | 16:48
Biznesin İnkişafı Fondunun Nizamnaməsi və vəsaitindən istifadə Qaydası təsdiqləndi

23.12.2024 | 16:47
Moldova separatçı Dnestryanıda hərbi əməliyyata hazırlaşır - Rusiya kəşfiyyatından iddia...

23.12.2024 | 16:45
Prezident İlham Əliyev Biznesin İnkişafı Fondunun Nizamnaməsini təsdiq edib

23.12.2024 | 16:44
İrakli Kobaxidze Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 16:43
TÜRKSOY-un Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

23.12.2024 | 16:35
Rusiya ordusu Ukraynada daha bir bölgəni ələ keçirdi

23.12.2024 | 16:30
“Misli”nin dəstəyi ilə keçirilən Peşəkar İntellekt Liqasının 2024-cü il mövsümü yekunlaşıb - FOTO

23.12.2024 | 16:23
Hikmət Hacıyev Pakistan səfirini qəbul etdi

23.12.2024 | 16:22
Lənkəranın illərlə bərbad qalan yolları...

23.12.2024 | 16:17
Miqrasiya Xidməti Rusiyaya gedən azərbaycanlılara müraciət etdi

23.12.2024 | 16:17
Ceyhun Bayramov Serbiya Prezidenti Vuçiçlə görüşdü

23.12.2024 | 15:53
Zakir Həsənov Türkiyənin Quru Qoşunları komandanı ilə görüşdü - FOTO/VİDEO

23.12.2024 | 15:48
Rövşən Rzayev Saatlıda vətəndaşları qəbul edib

23.12.2024 | 15:38
“Nar”ın rouminq paketləri ilə Yeni il səyahətində sərfəli ünsiyyət!

23.12.2024 | 15:30
Aliment borcu hansı hallarda silinə bilər...

23.12.2024 | 15:08
TƏBİB tabeli tibb müəssisələrində 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub

23.12.2024 | 15:07
Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib

23.12.2024 | 15:04
Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

23.12.2024 | 15:00
TƏBİB sədri saxta plastic cərrah məsələsinə toxundu

23.12.2024 | 14:28
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - DİN vətəndaşlara çağırış etdi...

23.12.2024 | 14:16
Yakup Erikel Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 14:10
Valentina Matviyenko Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 13:45
Prezident İlham Əliyev Naxçıvanda yeni İES-in tikintisi ilə bağlı sərəncam imzaladı

23.12.2024 | 13:40
“Keşlə bazarı”nın sökülməsi təxirə salındı - gələn il fevralın 1-dək...

23.12.2024 | 13:28
Məktəblərdə bayram tətilinin vaxtı açıqlandı

23.12.2024 | 13:16
Yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxıldı

23.12.2024 | 12:55
Kolumbiya Panama kanalı ilə bağlı Trampa xəbərdarlıq etdi - miqrasiyanı artırıcaq...

23.12.2024 | 12:42
Ambulanslar da avtobus zolaqlarına daxil olacaq...

23.12.2024 | 12:26
Prezident idmançıları və idman mütəxəssislərini təltif etdi

23.12.2024 | 12:23
"Azərbaycan cəmiyyəti bütün dünyaya dini tolerantlığı və multukulturalizmi ilə örnək göstərilir" - Əli Əhmədov

23.12.2024 | 12:08
Şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin vahid geyimindən danışdı

23.12.2024 | 11:12
Prezident: "Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır"

23.12.2024 | 11:06
"Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir" - Prezident

23.12.2024 | 11:04
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:50
"Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib" - Prezident İlham Əliyev

23.12.2024 | 10:35
Prezident İlham Əliyev Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031