Avropa İttifaqından Ukraynaya "jest" - 18 milyard avro kredit ayrılacaq
Avropa İttifaqı (Aİ) Rusiyanın dondurulmuş aktivlərindən əldə olunan gəlirdən istifadə edərək Ukraynaya beynəlxalq kredit üçün təxminən 18 milyard avro ayırmağı planlaşdırır. DPA agentliyinin xəbərində deyilir ki, bu barədə Almaniyanın maliyyə naziri Kristian Lindner Nyu-Yorka səfəri zamanı bəyan edib. “Bu həftə biz Ukraynaya dəstək istiqamətində irəliləyişin astanasındayıq”, - almaniyalı nazir bildirib.
Mətləb Salahov