Ayxan Hacızadə Fransanın XİN rəhbərinə qısa və konkret cavab verdi...
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin rəhbəri Ayxan Hacızadə ölkəmizə qarşı əsassız ittihamla çıxış edən Fransanın XİN rəhbəri Jan-Noel Barroya cavab verib.
Bununla bağlı A.Hacızadə özünün “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.
“Cənab Nazir, beynəlxalq hüquqa və ədalətə sadiqliyinizi bəyan etmək üçün beynəlxalq hüquqa və ədalətə hörmət etmək və buna uyğun hərəkət etmək lazımdır!”, - deyə A.Hacızadə qeyd edib.
ZÜMRÜD