Bayden İlham Əliyevə və Paşinyana tam eyni məzmunda məktub göndərdi...Belə şey olmamışdı...
"İndiyədək ABŞ prezidentinin iki dövlətin bacısına nöqtə-vergülünə qədər 100 faiz eyni məzmunlu məktub yazması nə eşidilmişdi, nə də görünmüşdü.
Bu gün ABŞ prezidenti Baydenin Azərbaycan prezidentinə və Ermənistanın baş nazirinə öz köməkçisi vasitəsilə şəxsən göndərdiyi məktublar bu qəbildəndir...Eyni məzmunlu hər iki məktub Azərbaycan və Ermənistan mediasında dərc olunub. Bəlkə Bayden Əliyevin və Paşinyanın məktubların məzmununu ictimaiyyətə açmayacaqlarını düşünüb? İnandırıcı gəlmir."
Bunu “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb. A.Quliyev daha sonra yazır: "Bəlkə Bayden tərəflərə tam balanslı yanaşdığını göstərmək istəyib? Elə isə ABŞ 30 illik münaqişə dövründə formal tərəfsiz siyasət apardığına kimisə inandıra bildimi? Xeyr. Baydenin Ermənistan yarımçıq sülh layihəsi təqdim edəndən sonra tərəflərə məktub yazması onun əslində Ermənistanın tərəfini daha çox tutduğuna sübut deyilmi?
Bəlkə bu taktika ilə sülh prosesinə həqiqətən əməli töhfə vermək istəyib?....
Görəcəyik..."
Mətləb