KÖHNƏ VERSİYA            

Türkiyədə cinayətkar həkimlər dəstəsinin dəhşətli əməlləri üzə çıxır...

Image

Türkiyədə yeni doğulmuş körpələri özəl xəstəxanalara göndərərək külli miqdarda qazanc əldə edən və səhlənkarlıq edərək onların ölümünə səbəb olan dəstə ilə bağlı yeni təfərrüatlar üzə çıxdıqca ölkədə bu olay üzərindən yaranan qəzəb dalğası daha da artır. 

Xatırladaq ki, araşdırmalarla bir qrup şəxsin əməlləri nəticəsində 12 körpənin öldüyü məlum olub. “Yenidoğan” dəstəsi adı verilən qruplaşma bir neçə özəl xəstəxana, eləcə də 112 “qaynar xətti”ndə işləyən şəxslərlə əlbir olaraq körpələri həmin tibb müəssisələrinin yenidoğulmuşlar üçün nəzərdə tutulan bölmələrinə yerləşdirib.

Araşdırmalardan bəlli olur ki, barəsində bəhs olunan özəl xəstəxanalar pasiyentlərin effektiv müalicəsi üçün zəruri resurslara malik olmayıb. Buna rəğmən, dəstə üzvləri uşaqların mövcud vəziyyətini olduğundan daha ağır göstərərək uzun müddət orada qalmalarını təmin edib. Nəticədə isə Sosial Təminat Qurumundan yüksək məbləğdə vəsait əldə ediblər. Onlar, eyni zamanda xəstə yaxınlarından əlavə pul da alıblar. Bununla yanaşı, körpələrin tənəffüs yollarının müalicəsində istifadə edilən dərmanlar işlədilmiş kimi göstərilərək üçüncü tərəfə satılıb. Onlar uşaqların xəstə olduğunu iddia etmək üçün qan testlərini də saxtalaşdırıb. Bu yolla gündəlik hər xəstə üçün 8000 türk lirəsi əldə ediblər. Fırat Sarı adlı şəxsin rəhbərlik etdiyi bu dəstənin əməlləri nəticəsində 12 körpə vəfat edib. Yeni doğulmuş körpələrin bəzilərinin infeksiya səbəbindən öldüyü qeyd olunub. Sağ qalan körpələrin əksəriyyətinin səhhətində isə ciddi problemlər yaranıb. 47 nəfər bu məsələdə şübhəli bilinir. Onlardan 27-si artıq həbs edilib. Bakırköy Respublika Prokurorluğunun hazırladığı 1399 səhifəlik iddianamədə sadalanan 197 cinayət hadisəsinin qeydlərində şəbəkə üzvləri bir-birinə körpə ölümlərini danışarkən gülüb zarafatlaşırlar. Dəstənin başçısı olduğu bildirilən həkim Fırat Sarı bu məsələdə xüsusi fəallıq nümayiş etdirib. Ümumiyyətlə, bir çox tibb işçilərinin qeydlərində körpə ölümlərinə biganə qaldıqları, körpələr ölərkən bir-birilə zarafatlaşdıqları, bu hərəkətləri sırf pul qazanmaq üçün etdikləri, körpə ölümlərindən narahat olmadıqları, əsl ölüm səbəblərini gizlətməyə çalışdıqlarını bildirirlər. Sağlam yeni doğulmuş körpələrin "ölümünə səbəb olan" və ya ölmək üzrə olan körpələri ailələrindən daha çox pul almaq üçün "yaşamağa" məcbur edən dəstəyə qarşı ittiham aktında olduqca maraqlı nüanslar yer alır. Səhiyyə Nazirliyinin hazırladığı müfəttiş hesabatı da ittiham aktında yer alıb. İstintaqın aparıldığı xəstəxanalarda dünyasını dəyişən körpələrlə bağlı vəziyyətin  tək-tək araşdırıldığı hesabatda diqqəti çəkən detallara yer verilib. Məsələn,  Ayaz K. adlı körpənin 26 noyabr 2023-cü ildə dövlət xəstəxanasında doğulduğu və ilkin olaraq sağlam olan körpədə ürək çatışmazlığı inkişaf etdiyi üçün özəl xəstəxanaya köçürüldüyü bildirilib. Körpənin göndərildiyi özəl xəstəxananın reanimasiya bölməsinin şəraitinin qeyri-kafi olduğu bildirilən hesabatda şübhəli tibb bacısı Çağla Durmuşun səlahiyyətində olmadan körpəyə müdaxilə etdiyi vurğulanır. O da qeyd olunub ki, körpənin ölümündə özəl xəstəxananın rəhbərlərinin də rolu var.

Saxlanılan şübhəlilərin vəkilinin istintaqı aparan prokuroru təhdid etməsinin gizli kamera qeydi jurnalist Emrullah Erdinç tərəfindən 11 oktyabr 2024-cü ildə ictimaiyyətlə paylaşılıb. İddianamədə Fırat Sarı, 112 Təcili Zəng Mərkəzinin təcili yardım sürücüsü Qıyasəddin Mert Özdemir və həkim İlker Gönen “təşkilat qurmaqda” ittiham olunur. İstintaq prokurorunu ailəsi ilə hədələyən vəkil Aylin Arslantatar və özünü müşavir kimi təqdim edən Mustafa Kamal Zengin adlı şəxs də həbs edilənlər arasındadır. İttiham aktının təfərrüatları mətbuatda dərc edildikdən sonra hadisədə iştirak etdiyi iddia edilən 10 xəstəxananın lisenziyası ləğv edilib. Lisenziyaları ləğv edilən xəstəxanalar bunlardır: Özəl Avcılar Xəstəxanası, Özəl TRG Hospitalist Xəstəxanası, Özəl Birinci Xəstəxana, Özəl Güney Xəstəxanası, Özəl Bağcılar Medilife Xəstəxanası, Özəl Beylikdüzü Medilife Xəstəxanası, Özəl Reyap İstanbul Xəstəxanası, Özəl Silvate İstanbul Xəstəxanası, Özəl Bağcılar Xəstəxanası Xəstəxanası və Çorlu Reyap Xəstəxanası. Səhiyyə naziri Kamal Memişoğlu bildirib: "Artıq on xəstəxananın xəstəxana vəsiqələri əllərindən alındı, onlar artıq xəstəxana deyil. Bu qurumlara xəstələrin qəbul edilməsi dayandırılıb və onlarda olan xəstələr köçürülüb”. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Memişoğlu və ədliyyə naziri Yılmaz Tunçla görüşüb və məsələ ilə bağlı məlumat alıb. Daxili işlər naziri Əli Yerlikaya bildirib: “Haqsız qazanc əldə etmək üçün cənnət körpələrimizin həyatını heçə sayan bu vicdansız insanların öz cəzalarını alması üçün məsələni diqqətdə saxlayacam”. CHP sədri Özgür Özəl dəstəni araşdırmaq üçün partiya nümayəndələrindən ibarət heyət yaradıldığını açıqlayıb. CHP-nin sözçüsü Deniz Yücel Memişoğlunu istefaya çağıraraq qeyd edib: "Başqa ölkədə olsaydı, hökumət istefa verərdi. Bizdə məsul siyasətçilər həyasızlıqla kresloya yapışırlar".

Nahid SALAYEV







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlılığı nədir?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

21.12.2024 | 00:13
Media savadlılığı nədir?

20.12.2024 | 21:18
Makron Mayottada əsl genosid mühiti yaradıb, su, ərzaq, işıq yoxdur - Avroparlament susur...

20.12.2024 | 21:04
Azərbaycan İslam dünyasında mövqeyini daha da bərkitdi...

20.12.2024 | 20:49
Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

20.12.2024 | 20:45
“Bakı Metropoliteni”nin yeni sədri kimdir? - DOSYE

20.12.2024 | 20:35
Azərbaycan D-8-in 9-cu üzvü oldu - İƏT və D-8 bir-birini tamamlayır...

20.12.2024 | 20:30
Prezident İlham Əliyev Məhəmməd Şahbaz Şərifə məktub göndərdi

20.12.2024 | 20:25
Prezident İlham Əliyev Məsud Pezeşkiana məktub ünvanlayıb

20.12.2024 | 20:22
İlham Əliyevin Kiselyova müsahibəsinə dünya mediasının marağı getdikcə artır....

20.12.2024 | 20:19
Prezident İlham Əliyev Misir Prezidentinə məktub göndərdi

20.12.2024 | 20:15
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub ünvanladı

20.12.2024 | 20:15
Bakıdakı bu qəbiristanlıqlar dəfn üçün bağlana bilər - vəziyyət ağırdır...

20.12.2024 | 20:11
"Bakı Metropoliteni"nin sədri dəyişdi...

20.12.2024 | 20:00
Karampetyan Avropa Parlamentində növbəti anti-Azərbaycan qətnaməsi çıxartdırdı...

20.12.2024 | 19:49
Xarici turistlərlə Azərbaycan tibb müəssisələri arasında gizli sövdələşmə risqi var...

20.12.2024 | 19:34
Çad dövləti Makrona 31 yanvaradək vaxt verdi - "Qoşunları çəkib ölkəmizdən gedin"...

20.12.2024 | 19:20
“Paşinyan hakimiyyətdə qalacaq, Azərbaycan və Türkiyə cəzalanacaq, Yunanıstanda çevriliş olacaq” - Erməni baxıcı sifarişlə işləyir...

20.12.2024 | 19:06
Makron 66 illik 5-ci Respublikanı çökdürdü, 6-cıya keçid başladı, prezidentlik hörmətdən düşdü...

20.12.2024 | 18:54
“TRACECA”nın Baş katibi Prezident İlham Əliyevə məktub göndərdi

20.12.2024 | 18:53
Qəri Counz Prezident İlham Əliyevi təbrik etdi

20.12.2024 | 18:51
Gənc nəslin milli şüurunun inkişafında Media savadlılığı və savadlı medianın rolu...

20.12.2024 | 18:43
Rəqabət komissiyasının yaradılması və qərarların qəbul edilməsi qaydaları təsdiqləndi

20.12.2024 | 18:36
Xalq rəssamı Tofiq Ağababayev vəfat edib

20.12.2024 | 18:33
Universitetlərdə Media savadlılığı dərsi...

20.12.2024 | 18:25
QDİƏT-ə sədrlik Azərbaycana təhvil verildi

20.12.2024 | 18:20
Avroparlament qətnamə, səfirliklər bəyanat yaydı - Azərbaycana hücumlar bir mərkəzdən gəlir...

20.12.2024 | 18:10
Təhsil Tələbə Kredit Fondunun fəaliyyətində nöqsanlar aşkarlandı

20.12.2024 | 18:07
Putin Qərbi duelə çağırdı - "Kiyevdə istənilən nöqtəni verin və bacarsanız "Oreşnik" raketimizi vurun"...

20.12.2024 | 17:54
27 ildə sıraları ilk dəfə artan beynəlxalq təşkilat - İlham Əliyev qürur mənbəyi dedi...

20.12.2024 | 17:42
Hərbçimiz Ermənistanla şərti sərhəd istiqamətində minaya düşdü

20.12.2024 | 17:40
Paşinyan Kazanda İlham Əliyevə verdiyi sözdən niyə qaçdı...

20.12.2024 | 17:35
“Prezidentin siyasətində Qərbi Azərbaycan faktoru prioritet təşkil edir” - Əhliman ƏMİRASLANOV yazır

20.12.2024 | 17:27
Azərbaycanın müttəfiqləri bir superdövlətə qalib gəldi - superdövlət başqa yol tutdu...

20.12.2024 | 17:23
Mətbuat Şurası Qulu Məhərrəmlini təbrik etdi

20.12.2024 | 17:19
Azad edilmiş ərazilərdə neçə nəfərin nəşinin qalıqları tapılıb? - Rəsmi açıqlama...

20.12.2024 | 17:14
BMT-nin "faşizm qətnaməsinin" əleyhinə çıxan elə ölkələr var ki... İnanılmazdır...

20.12.2024 | 17:08
Ərdoğan Suriyaya gedir - Dəməşqdə hazırlıqlar başlayıb...

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031