İsrailin Nəsrullahın öldürülməsi üçün keçirdiyi əməliyyatın xərci açıqlandı - tək hava hücumları 6,6 milyon dollar...
Qəzza və Livana hücumlarını davam etdirən İsrailinin müharibəyə gündəlik 133 milyon dollar xərclədiyi açıqlanıb.
İsrailin "Ynet" xəbər saytı yazır ki, Qəzza zolağında davam edən və Livanda genişlənən müharibənin gündəlik xərci İsrail üçün daha da artır.
İsrail ordusunun son 50 gündə Qəzza və Livana hücumlarının dəyərinin 25 milyard şekelə (6,6 milyard dollar) yüksəldiyi bildirilən xəbərdə qeyd edilir ki, müharibə xərclərinin həddindən artıq artmasının səbəbi son həftələrdə Livana göndərilmək üçün on minlərlə ehtiyatda olan hərbçinin xidmətə çağırılmasıdır. Qəzza və Livandakı müharibənin gündəlik xərcinin 500 milyon şekel (133 milyon dollar) olduğu bildirilən xəbərdə qeyd edilir ki, ordu gündəlik olaraq çoxlu sursat və yüzlərlə bahalı hava hücumundan müdafiə raketindən istifadə edir.
Sayt yazır ki, "Hizbullah"ın rəhbəri Həsən Nəsrullahın öldürülməsilə bağlı təşkil edilən təkcə hava hücumlarının dəyəri 25 milyon şekel (6,6 milyon dollar) olub.
TAHİR