"Miqrantları Uqandaya göndərək" - niderlandlı nazirdən ilginc açıqlama
Niderlandın miqrasiya naziri Reinet Klever sığınacaq müraciətinə rədd cavabı verilmiş miqrantların Uqandaya göndərilməsini təklif edib. “Figaro” nəşri yazır ki, ifrat sağçı Azadlıq Partiyasından olan nazir bu təklifi Uqandanın xarici ticarət naziri ilə görüşdən sonra səsləndirib.
“Biz miqrasiyanı tormozlamaq istəyirik. Buna görə də sığınacaq müraciətinə rədd cavabı verilmiş miqrantların ölkələrinə geri qaytarılması vacibdir. Amma bu məsələ ləngiyir. Bizim Uqanda ilə uzunmüddətli əlaqələrimiz və var və bura qonaqpərvər ölkədir” – deyə nazir jurnalistlərə bildirib.
Mətləb Salahov