KÖHNƏ VERSİYA            

Neçə nəfər azərbaycanlının Gürcüstan parlamentinə seçilmək şansı var?.. - MÜSAHİBƏ

Image

Kamran Ramazanlı: “Gürcüstan əhalisinin 10-12 faizini təşkil edən azərbaycanlı əhalidən cəmi 13 nəfərin seçkiyə qatılması çox aşağı göstəricidir”

Gürcüstanda oktyabrın 26-da keçiriləcək parlament seçkilərində deputat mandatı uğrunda 13 azərbaycanlı mübarizə aparacaq. 

Gürcüstan Mərkəzi Seçki Komissiyasının saytında məlumat verilib ki, onlardan ikisi hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” (41) partiyasında, biri “Dəyişikliklər naminə koalisiya” (4) partiyasında, digər ikisi “Birlik-Milli Hərəkat” (5) partiyasında, biri “Güclü Gürcüstan” (9) partiyasında, dördü “Gürcüstan Birlik və İnkişaf” (3) partiyasında və üçü “Birləşmiş Gürcüstanımız” (12) partiyasında təmsil olunur.

“Builki seçkilərdə yenə də bizim soydaşlarımız üç, ən yaxşı halda isə dörd deputat mandatı qazana bilərlər” 

Gürcüstanda seçki prosesində azərbaycanlıların iştirak prosesini dəyərləndirməsi üçün “Soydaş” İctimai Birliyinin rəhbəri Kamran Ramazanlı ilə əlaqə saxladıq. 

- Hazırda Gürcüstanda nə qədər azərbaycanlı yaşayır? 

- Gürcüstanda təxminən yarım milyona yaxın azərbaycanlı var. 

- Gürcüstanda oktyabrın 26-da keçiriləcək parlament seçkilərində deputat mandatı uğrunda 13 azərbaycanlı mübarizə aparacaq. Yarım milyona yaxın azərbaycanlının qabağında 13 nəfərin seçkiyə qatılması necə bir göstəricidi?

- Təbii ki, bu pis göstəricidir. Parlament seçkilərində namizədliyini verənlərin də üç-dörd nəfərindən başqa qalanları keçərli yerlərdə deyil. Rəsmi rəqəmləri əhatə etsək, Gürcüstan əhalisinin 10-12 faizini təşkil edən azərbaycanlı əhalidən cəmi 13 nəfərin seçkiyə qatılması çox aşağı göstəricidir. 

- Səbəb kimi nəyi görürsünüz?

- Burda müəyyən obyektiv səbəblər də var. Çünki Gürcüstanda proporsional seçki sistemidir. Bu seçki sistemi üzrə də gərək partiyaların qərarı ola və onlar iştirak edələr. Təəssüflər olsun ki, soydaşlarımızın yalnız dörd nəfəri bir qədər guya öndə olan yerdədir. Qalanları yox. Öndə olan namizədlərin keçmək şansı ola bilər. Hakim “Gürcü arzusu” partiyasından namizəd hazırkı deputat Zaur Darğalı 25-ci yerdədir. 66-cı yerə Savalan Mirzəyev daxil olub, o da hazırda deputatdır. Müxalifətin iki blokundan -“Qvaramia melia” blokundan 10-cu yerdə soydaşımız Oqtay Kazımov, “Lelo” partiyasından Aqil Mustafayev isə 22-ci yerdədir.  Təəssüflər olsun ki, o biri partiyalarda soydaşlarımız çox arxa yerlərdədir. Yəni Saakaşvilinin rəhbərlik etdiyi “Vahid Milli Hərəkat” Partiyasında ən öndə olan soydaşımız 34-cü yerdədir. Bu,  jurnalist Ceyhun Məhəmmədəlidir. Qalan namizdələr isə 50-ci və daha sonrakı yerlərdədir. Ona görə də builki seçkilərdə yenə də bizim soydaşlarımız üç, ən yaxşı halda isə dörd deputat mandatı qazana bilərlər. Hazırda da üç deputat var və bu dəfə də real görsənən odur ki, yenə də üç deputat olacaq.  

- Namizəd kimi seçkiyə qatılan hər bir azərbaycanlıya neçə nəfər seçici düşür? 

- Bu bölgü ilə deyil ki. Proporsional qaydadadı. 5 faizlik baraj var. Gürcüstan parlamentinin də 150 deputatı var. Aldıqları səslərə  uyğun olaraq partiyalarda səslər bölünür. Yəni bu da azərbaycanlı və qeyri-azərbaycanlı namizədə görə bölünmür. Gürcüstanda artıq mojaritar sistem yoxdur. 

- Ümumiyyətlə, bu rəqəm Gürcüstanda   yaşayan azərbaycanlıların seçki siyasi fəallığını adekvat olaraq göstərirmi, ifadə edirmi? Məsələn, demək olarmı ki, orda azərbaycanlıların sayı kifayət qədər çoxdur, amma seçki aktivliyi səviyyəsi aşağıdır, 13 rəqəmini göstərir? Bəlkə də elə 13 rəqəmi ordakı azərbaycanlıların seçki siyasi fəallığına adekvat olan bir göstəricidir? 

- Deməzdim ki, göstərir. Sadəcə olaraq, orda bəzi partiyaların bizim soydaşlarımıza qarşı normal mövqe tutmadığını sərgiləyir. Bizim kifayət qədər gənclərimiz var ki, siyasi baxımdan aktiv adamlardır, ayrı-ayrı partiyaların üzvləridirlər, siyasi fəaldırlar, ancaq nədənsə həmin partiyaların rəhbərliyi onları ön sıralara daxil etməyib. Ona görə də vəziyyət belə alınıb. Amma deməzdim ki, adekvatdır, yox, adekvat deyil. Hazırda siyasi cəhətdən aktiv, yetkin gənclərimiz çoxdur. Düzdür, əvvəlki dövrdə adekvat ola bilərdi, çünki fəal adamlar az idi. Amma indi kifayət qədər fəal gənclər var. Yəni onlar partiyaların siyahılarına daxil ola bilərdilər. Amma salınmadılar. Seçici aktivliyi aşağı olmayacaq, kifayət qədər olacaq. Çünki bu seçkilər həlledici seçkilər olduğu üçün hər iki tərəf - istər müxalifət, istər iqtidar maksimum dərəcədə çalışır ki, seçkilərdə seçici fəallığı yüksək olsun. Bu, Gürcüstan üçün tam həlledici seçkidir. Eyni zamanda bölgəmiz üçün də həlledici seçki hesab edilə bilər. 

- Gürcüstanda seçki prosesində azərbaycanlıların iştirak prosesini necə dəyərləndirmək olar?

- Bizim soydaşlarımız Gürcüstan vətəndaşlarıdır. Ümumi olaraq qeyd edim ki, bu seçki Gürcüstan, Gürcüstanın bütün vətəndaşları üçün həlledici seçkidir. Həmçinin də bölgə üçün.

İradə SARIYEVA







VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Suriya azı 4 yerə bölünür... Əsəd "keçi qiymətinə" satılır - David koridoru gerçəkləşə bilər... - VİDEO

Media savadlılığı nədir?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

21.12.2024 | 00:13
Media savadlılığı nədir?

20.12.2024 | 21:18
Makron Mayottada əsl genosid mühiti yaradıb, su, ərzaq, işıq yoxdur - Avroparlament susur...

20.12.2024 | 21:04
Azərbaycan İslam dünyasında mövqeyini daha da bərkitdi...

20.12.2024 | 20:49
Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

20.12.2024 | 20:45
“Bakı Metropoliteni”nin yeni sədri kimdir? - DOSYE

20.12.2024 | 20:35
Azərbaycan D-8-in 9-cu üzvü oldu - İƏT və D-8 bir-birini tamamlayır...

20.12.2024 | 20:30
Prezident İlham Əliyev Məhəmməd Şahbaz Şərifə məktub göndərdi

20.12.2024 | 20:25
Prezident İlham Əliyev Məsud Pezeşkiana məktub ünvanlayıb

20.12.2024 | 20:22
İlham Əliyevin Kiselyova müsahibəsinə dünya mediasının marağı getdikcə artır....

20.12.2024 | 20:19
Prezident İlham Əliyev Misir Prezidentinə məktub göndərdi

20.12.2024 | 20:15
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub ünvanladı

20.12.2024 | 20:15
Bakıdakı bu qəbiristanlıqlar dəfn üçün bağlana bilər - vəziyyət ağırdır...

20.12.2024 | 20:11
"Bakı Metropoliteni"nin sədri dəyişdi...

20.12.2024 | 20:00
Karampetyan Avropa Parlamentində növbəti anti-Azərbaycan qətnaməsi çıxartdırdı...

20.12.2024 | 19:49
Xarici turistlərlə Azərbaycan tibb müəssisələri arasında gizli sövdələşmə risqi var...

20.12.2024 | 19:34
Çad dövləti Makrona 31 yanvaradək vaxt verdi - "Qoşunları çəkib ölkəmizdən gedin"...

20.12.2024 | 19:20
“Paşinyan hakimiyyətdə qalacaq, Azərbaycan və Türkiyə cəzalanacaq, Yunanıstanda çevriliş olacaq” - Erməni baxıcı sifarişlə işləyir...

20.12.2024 | 19:06
Makron 66 illik 5-ci Respublikanı çökdürdü, 6-cıya keçid başladı, prezidentlik hörmətdən düşdü...

20.12.2024 | 18:54
“TRACECA”nın Baş katibi Prezident İlham Əliyevə məktub göndərdi

20.12.2024 | 18:53
Qəri Counz Prezident İlham Əliyevi təbrik etdi

20.12.2024 | 18:51
Gənc nəslin milli şüurunun inkişafında Media savadlılığı və savadlı medianın rolu...

20.12.2024 | 18:43
Rəqabət komissiyasının yaradılması və qərarların qəbul edilməsi qaydaları təsdiqləndi

20.12.2024 | 18:36
Xalq rəssamı Tofiq Ağababayev vəfat edib

20.12.2024 | 18:33
Universitetlərdə Media savadlılığı dərsi...

20.12.2024 | 18:25
QDİƏT-ə sədrlik Azərbaycana təhvil verildi

20.12.2024 | 18:20
Avroparlament qətnamə, səfirliklər bəyanat yaydı - Azərbaycana hücumlar bir mərkəzdən gəlir...

20.12.2024 | 18:10
Təhsil Tələbə Kredit Fondunun fəaliyyətində nöqsanlar aşkarlandı

20.12.2024 | 18:07
Putin Qərbi duelə çağırdı - "Kiyevdə istənilən nöqtəni verin və bacarsanız "Oreşnik" raketimizi vurun"...

20.12.2024 | 17:54
27 ildə sıraları ilk dəfə artan beynəlxalq təşkilat - İlham Əliyev qürur mənbəyi dedi...

20.12.2024 | 17:42
Hərbçimiz Ermənistanla şərti sərhəd istiqamətində minaya düşdü

20.12.2024 | 17:40
Paşinyan Kazanda İlham Əliyevə verdiyi sözdən niyə qaçdı...

20.12.2024 | 17:35
“Prezidentin siyasətində Qərbi Azərbaycan faktoru prioritet təşkil edir” - Əhliman ƏMİRASLANOV yazır

20.12.2024 | 17:27
Azərbaycanın müttəfiqləri bir superdövlətə qalib gəldi - superdövlət başqa yol tutdu...

20.12.2024 | 17:23
Mətbuat Şurası Qulu Məhərrəmlini təbrik etdi

20.12.2024 | 17:19
Azad edilmiş ərazilərdə neçə nəfərin nəşinin qalıqları tapılıb? - Rəsmi açıqlama...

20.12.2024 | 17:14
BMT-nin "faşizm qətnaməsinin" əleyhinə çıxan elə ölkələr var ki... İnanılmazdır...

20.12.2024 | 17:08
Ərdoğan Suriyaya gedir - Dəməşqdə hazırlıqlar başlayıb...

20.12.2024 | 16:53
Əsədə bir zərbə də 24 illik həyat yoldaşından gəldi - Esma boşanmaq üçün məhkəməyə müraciət etdi

20.12.2024 | 16:46
İqor Babuşkin Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031