KÖHNƏ VERSİYA            

Azərbaycanın iqlim dəyişmələri ilə mübarizəsində sosial fəallıq faktoru...

Image

Azərbaycanın ev sahibliyi ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) keçiriləcək.

Bu ilin noyabrında keçiriləcək COP29 dünya ölkələrini iqlim dəyişikliyi ilə mübarizə müstəvisində bir araya gətirəcək. Ölkəmizin belə bir nüfuzlu tədbirə ev sahibliyi etməsi ölkə vətəndaşlarının təqdirlə qarşıladığı məsələdir. COP29 tədbirlərində yanız dövlət qurumları, nazirliklər, komitələr, ayrı-ayrı təşkilatlar faəllıq göstərmir, eyni zamanda vətəndaş cəmiyyəti institutu da, vətəndaşlar da bu istiqamətdə aktivlik sərgiləyirlər. Azərbaycanın İqlim dəyişmələri ilə mübarizəsində sosial fəallıq faktorunun özünü hansı səviyyədə göstərməsi məsələsi daim diqqəti çəkir. 

COP29-la bağlı Azərbaycanda vətəndaşların sosial-siyasi fəallığı müşahidə edilməkdədir. 

Qlobal iqlim dəyişikliklərini dünya insanları kimi, Azərbaycan insanı da öz həyatında yaxından hiss edir və bu prosesə qarşı bacardığı qədər mübarizə aparmaq yolunu seçir. Söz yox ki, dövlət qurumları ilə yanaşı Azərbaycanın vətəndaş cəmiyyəti də, QHT-lər də ekoloji sahədə irəli sürdükləri təşəbbüslərə, maarifləndirici tədbirlərlə, həmin tədbirlərdə vətəndaşların iştirakını təmin etməklə töhfə verə bilərlər. 

İqlim dəyişmələri ilə bağlı vətəndaş fəallığı...

Azərbaycan insanı COP29 tədbirlərinin əhəmiyyətini də yaxşı dərk edir və qlobal iqlim dəyişmələrinin fəsadlarını da bilir, onunla mübarizədə əlindən gələni edir. 

Ekspertlər bildirirlər ki, insanlarımızın sosial siyasi aktivliyi olsa da, bunun daha da güclənməsinə ciddi ehtiyac var. Bununla bağlı QHT-lərin daha geniş maarifçilik işləri aparmasının zəruri olduğunu qeyd edən ekspertlərə görə, bütövlükdə bu istiqamətdə əhali ilə daha çox işlənilməlidir. 

Ekspertlər qeyd edir ki, vətəndaşlar ekoloji aksiyalara cəlb edilməli, onların bu işdə iştirakı təmin edilməlidir, eyni zamanda xüsusən də bölgələrdə əhaliyə qlobal iqlim dəyişmələrinin fəsadları və onunla mübarizə üsulları ilə bağlı məlumat verilməlidir. Ekoloji təmizliyin qorunması, yaşıllaşdırmanın artırılması, vətəndaşa aid nə varsa hamısının yerli-yataqlı həyata keçirilməsi kimi amillərin təlqin edilməsi vacibdir. Bir sözlə, insanların COP29-la bağlı sosial-siyasi fəallığının artırılmasında mütəxəssislər, ekoloqlar, sosioloqlar yaxından iştirak etməlidir. Sosioloqların iştirakı insanların davranış mədəniyyətinin yüksəlməsinə xidmət edə bilər.  

“COP29-la bağlı əhali arasında sosial maarifləndirmə işlərinin səviyyəsi qaldırılmalıdır”

Professor Əhməd Qəşəmoğlu “Bakı-Xəbər”ə bildirdi ki, COP29 mühüm qlobal tədbir olmaqla yanaşı, həm də xalqımızın özünü dünyaya təqdim etməsidir. Ə.Qəşəmoğlu hesab edir ki, vətəndaşlarımızın bu istiqamətdə sosial-siyasi aktivliyinin daha da gücləndirilməsinə ehtiyac var. COP29 tədbirlərinin Azərbaycanda keçirilməsi barədə qərar qəbul ediləndən sonra bir sosioloq kimi özünün bir sıra çağrışlar etdiyini deyən Ə.Qəşəmoğlunun sözlərinə görə, başdan bu prosesdə sosioloqların, mütəxəssislərin  iştirakı vacib idi. “Bu dünyanın indiki vəziyyətində çox aktual bir çağrışdır, çox mühüm bir tədbirdir. Qlobal iqlim dəyişiklikləri ilə mübarizədə cəmiyyətlər, insanlar, vətəndaşlar xüsusi aktivlik göstərməlidirlər. Çünki bu birbaşa onların həyatı, yaşamı, bu günü və gələcəyi ilə bağlıdır. Azərbaycan cəmiyyəti olaraq əslində bu çağrışdan daha səmərli istifadə etməliyik. Ölkəmizdə bütün qurumlar COP29-a hazırlaşır, bu çox yaxşıdır. Belə bir tədbirin Azərbaycanda keçirilməsi bizim üçün çox müsəbət göstəricidir. Amma mənə elə gəlir ki, biz bu istiqamətdə vətəndaşlarla daha əhatəli şəkildə işləməli idik. Biz COP29-a yollarımızı, küçələrimizi təmir etməklə, ağaclar əkib, parklar salmaqla, yaşıllıqları artırmaqla və sairlə hazırlaşmalı deyilik. Düzdür, bunlar da çox vacib amillərdir, bu görülən işlər müsbətdir. Biz həm də əhalimizin davranışı ilə bağlı işlər görməliyik, əhali arasında maarifləndirmə işləri aparmalıyıq. Biz bu prosesə tələbələrimizi də qoşa bilərdik ki, onlar əhali arasında sosial maarifləndirmə işləri aparsınlar.  COP29-la bağlı əhali arasında sosial maarifləndirmə işlərinin səviyyəsi qaldırılmalıdır. Çünki ölkəmizə dünyanın hər yerindən qonaqlar gələcək, onlar Azərbaycanı tanımaq üçün həm də vətəndaşlarımızın davranışlarına diqqət yetirəcəklər. Vətəndaşların davranışı qonaqlara o ölkə barədə böyük informasiyalar verir. Bu sözü elə-belə demirəm, təcrübəmdən çıxış edib söyləyirəm.  

Çünki mən özüm hansı ölkəyə getsəm bir gündən sonra əhalinin davranışına görə o ölkə haqqında fikrim formalaşır. COP29 həm də bizim özümüzü dünya xalqlarına tanıtmağımızdır. Bura dünya liderləri, dünyanın mühüm adamları gələcək, bu tədbir özümüzü onlara təqdim edtmək üçün bir imkandır”-deyə Ə.Qəşəmoğlu bildirdi. 

Ə.Qəşəmoğlunun qeyd etdiyinə görə, biz buna daha yaxşı hazırlaşmalıyıq, amma təəssüf ki, biz buna hazırlaşmırıq. 

Ə.Qəşəmoğlu bildirdi ki, Bakıya saysız qonaqlar gələcək, onlar bölgələrə də səfərlər edəcəklər. Bununla bağlı maarifləndirmə işi aparılmalı olmalı olduğu qənaətində olan professorun sözlərinə görə, vətəndaşlarımız xaricilərlə ünsiyyət məsələsində maarifləndirməlidirlər. “Mən bu təklifləri bir ay qabaqdan mətbuatda demişdim, amma reaksiya verən olmadı. COP29-un Azərbaycanda keçirilməsi bizim fəxrimizdir. Qürur keçiririk ki, dünyanın taleyi ilə bağlı mühüm olan qərarlar bizim ölkəmizdə qəbul olunacaq. Amma bununla yanaşı biz özümüz bundan necə bəhrələnə bilərik, insanlarımız bundan nə cür bəhrələnə biləcək? Bütün bu istiqamətdə də işlər getməlidir”-deyə Ə.Qəşəmoğlu bildirdi. O, hesab edir ki, bu tədbirlərdə vətəndaş fəallığı ən mühüm faktordur. 

Bütövlükdə, Ə.Qəşəmoğlu qeyd etdi ki, COP29 tədbirlərinə hazırlıqla bağlı ciddi işlər görülür, bu işləri yüksək qiymətləndirir.  

İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

22.12.2024 | 19:10
Gürcüstanın Baş naziri xəbərdarlıq etdi - Zurabişvili həbs oluna bilər...

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

22.12.2024 | 08:30
Media savadlı olmaq üçün nə etməliyik?

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

21.12.2024 | 00:13
Media savadlılığı nədir?

20.12.2024 | 21:18
Makron Mayottada əsl genosid mühiti yaradıb, su, ərzaq, işıq yoxdur - Avroparlament susur...

20.12.2024 | 21:04
Azərbaycan İslam dünyasında mövqeyini daha da bərkitdi...

20.12.2024 | 20:49
Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

20.12.2024 | 20:45
“Bakı Metropoliteni”nin yeni sədri kimdir? - DOSYE

20.12.2024 | 20:35
Azərbaycan D-8-in 9-cu üzvü oldu - İƏT və D-8 bir-birini tamamlayır...

20.12.2024 | 20:30
Prezident İlham Əliyev Məhəmməd Şahbaz Şərifə məktub göndərdi

20.12.2024 | 20:25
Prezident İlham Əliyev Məsud Pezeşkiana məktub ünvanlayıb

20.12.2024 | 20:22
İlham Əliyevin Kiselyova müsahibəsinə dünya mediasının marağı getdikcə artır....

20.12.2024 | 20:19
Prezident İlham Əliyev Misir Prezidentinə məktub göndərdi

20.12.2024 | 20:15
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub ünvanladı

20.12.2024 | 20:15
Bakıdakı bu qəbiristanlıqlar dəfn üçün bağlana bilər - vəziyyət ağırdır...

20.12.2024 | 20:11
"Bakı Metropoliteni"nin sədri dəyişdi...

20.12.2024 | 20:00
Karampetyan Avropa Parlamentində növbəti anti-Azərbaycan qətnaməsi çıxartdırdı...

20.12.2024 | 19:49
Xarici turistlərlə Azərbaycan tibb müəssisələri arasında gizli sövdələşmə risqi var...

20.12.2024 | 19:34
Çad dövləti Makrona 31 yanvaradək vaxt verdi - "Qoşunları çəkib ölkəmizdən gedin"...

20.12.2024 | 19:20
“Paşinyan hakimiyyətdə qalacaq, Azərbaycan və Türkiyə cəzalanacaq, Yunanıstanda çevriliş olacaq” - Erməni baxıcı sifarişlə işləyir...

20.12.2024 | 19:06
Makron 66 illik 5-ci Respublikanı çökdürdü, 6-cıya keçid başladı, prezidentlik hörmətdən düşdü...

20.12.2024 | 18:54
“TRACECA”nın Baş katibi Prezident İlham Əliyevə məktub göndərdi

20.12.2024 | 18:53
Qəri Counz Prezident İlham Əliyevi təbrik etdi

20.12.2024 | 18:51
Gənc nəslin milli şüurunun inkişafında Media savadlılığı və savadlı medianın rolu...

20.12.2024 | 18:43
Rəqabət komissiyasının yaradılması və qərarların qəbul edilməsi qaydaları təsdiqləndi

20.12.2024 | 18:36
Xalq rəssamı Tofiq Ağababayev vəfat edib

20.12.2024 | 18:33
Universitetlərdə Media savadlılığı dərsi...

20.12.2024 | 18:25
QDİƏT-ə sədrlik Azərbaycana təhvil verildi

20.12.2024 | 18:20
Avroparlament qətnamə, səfirliklər bəyanat yaydı - Azərbaycana hücumlar bir mərkəzdən gəlir...

20.12.2024 | 18:10
Təhsil Tələbə Kredit Fondunun fəaliyyətində nöqsanlar aşkarlandı

20.12.2024 | 18:07
Putin Qərbi duelə çağırdı - "Kiyevdə istənilən nöqtəni verin və bacarsanız "Oreşnik" raketimizi vurun"...

20.12.2024 | 17:54
27 ildə sıraları ilk dəfə artan beynəlxalq təşkilat - İlham Əliyev qürur mənbəyi dedi...

20.12.2024 | 17:42
Hərbçimiz Ermənistanla şərti sərhəd istiqamətində minaya düşdü

20.12.2024 | 17:40
Paşinyan Kazanda İlham Əliyevə verdiyi sözdən niyə qaçdı...

20.12.2024 | 17:35
“Prezidentin siyasətində Qərbi Azərbaycan faktoru prioritet təşkil edir” - Əhliman ƏMİRASLANOV yazır

20.12.2024 | 17:27
Azərbaycanın müttəfiqləri bir superdövlətə qalib gəldi - superdövlət başqa yol tutdu...

20.12.2024 | 17:23
Mətbuat Şurası Qulu Məhərrəmlini təbrik etdi

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031