Binədə evdən 7000 manat oğurlayan şəxs saxlandı
Suraxanı rayonu Binə qəsəbəsində evlərin birindən 7000 manat pul oğurlanması barədə polisə məlumat daxil olub.
Bu barədə Daxili İşlər Naziri ( DİN) məlumat yayıb.
Bildirilib ki, Suraxanı RPİ 30-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən yeniyetmə müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
ZÜMRÜD