İtaliya İsrailə silah ixracı üçün lisenziyaların verilməsini dayandırdı...
İsrail Qəzza sektorunda hərbi əməliyyata başlayandan bəri İtaliya bu ölkəyə silah ixracı üçün yeni lisenziya verməyib.
Bu barədə İtaliyanın Baş naziri Ciorcia Meloninin hökumət saytında dərc olunan bəyanatında deyilir.
“İsrail Qəzza sektorunda əməliyyata başladıqdan sonra hökumət İsrailə silah ixracı üçün hər hansı yeni lisenziyaların verilməsini dərhal dayandırıb. Bu səbəbdən oktyabrın 7-dən sonra imzalanan müqavilələrin heç biri yerinə yetirilməyib”, - deyə Ciorcia Meloni bildirib.
Baş nazir, həmçinin əlavə edib ki, Qəzza sektorunda böhranın davam etdiyi müddətdə İsrailə silah ixracı üçün yeni lisenziyalar verilməyəcək.
ZÜMRÜD