"Təl-Əviv Qəzzada aclıq siyasəti həyata keçirir - İsrail hüquq müdafiə təşkilatları
İsrailin “Gisha”, “B'Tselem” və digər hüquq müdafiə təşkilatları Tel-Əvivi Qəzza sektorunun şimalındakı sakinləri aclıqla hədələməkdə ittiham edib. NPR radiosunun məlumatında deyilir ki, hüquq müdafiə təşkilatları İsrailin Qəzzada “ac qal və ya köç” siyasəti həyata keçirdiyini bildiriblər.
BMT-nin məlumatına görə, hazırda Qəzza sektorunda xəstəxanalar, çörək zavodları, təcili yardım maşınları və su stansiyaları üçün lazım olan yanacaq tükənmək üzrədir.
Mətləb Salahov