Rusiyadan QƏRAR - gələn il cəmi 10,5 min miqrant qəbul ediləcək
Rusiya 2025-ci ildə cəmi 10,5 min miqrant qəbul edəcək. “TASS” agentliyi bu barədə məlumat yayıb. Xəbərdə deyilir ki, 2025-ci ildə 10 min 595 əcnəbi və vətəndaşlığı olmayan şəxsə Rusiya ərazisində müvəqqəti yaşamaq üçün icazə verilməsi planlaşıdırılır. Moskva şəhəri və Moskva ətrafı üçün müəyyənləşdirlən maksimum kvotaya görə 1 350 miqrantın burada yaşamasına icazə veriləcək.
Sankt-Peterburq üçün 200 icazə kvotası müəyyənləşdirilib. İki il əvvəl hər birinin 500 icazəsi olan Tatarıstan və Başqırdıstan bu il cəmi 100 (2024-cü ildə hər biri 250) icazə kağızı verə biləcək.
Mətləb Salahov