Ukraynada əyləncə məkanlarına basqınlar başladı - əsgərlik yaşına çatan kişilər saxlanılır...
Rusiya müharibə edən Ukrayna polisi hərbi xidmətə yararlı kişilərlə bağlı reydlər keçirməyə başlayıb. Polis bu məqsədlə əyləncə məkanlarına, konsertlərə və idman zallarına basqın etməyə başlayıb.
Keçirilən reydlər zamanı hərbi xidmətə çağırılan hərbi yaşda olan kişilər kimlikləri yoxlanılaraq saxlanılırlar. Basqınlar zamanı polisin insanlara zor tətbiq etməsi, onları döyərək avtomobillərə mindirməsi də diqqətlərdən yayınmır.
Ukraynalılar sosial media platformalarında polisin güc tətbiq etməsinə reaksiya versə də, xüsusilə paytaxt Kiyev və Lvovda yoxlamalar fasiləsiz davam edir.
TAHİR