ABŞ İranın mümkün hücumlarına qarşı İsrailə yeni müdafiə sistemi yerləşdirdi...
ABŞ İranın mümkün hücumlarına qarşı Livan və Qəzzada aramsız hücumlarını davam etdirən İsrailə yeni sistem yerləşdirib.
İsrailin Ordusu Radio X hesabında bildirib ki, ABŞ İran təhdidlərinə qarşı hazırlıq məqsədilə İsrailə THAAD (Yüksək Hündürlükdə Hava Hücumundan Müdafiə) hava hücumundan müdafiə sistemi yerləşdirib.
ABŞ daha əvvəl THAAD sistemini 2019-cu ilin martında İsraildə birgə müdafiə təlimlərinin bir hissəsi kimi müvəqqəti olaraq yerləşdirmişdi.
Yeni yerləşdirmənin daimi olub-olmayacağı və sistemin İsrailin müdafiə şəbəkəsinə inteqrasiya olunub-olunmayacağı hələlik məlum deyil.
Hazırkı addımlar İsrailin İrana qarşı “böyük hücuma” hazırlığının bir hissəsi hesab olunur.
Xatırladaq ki, İran oktyabrın 1-də İsrailə raket zərbəsi endirib. Təl-Əviv rəhbərliyi İranın bu hücuma cavab verəcəyini açıqlayıb.
Hazırda İsrailin üç hava hücumundan müdafiə sistemi var - uzun mənzilli Arrow, orta mənzilli "David's Sling" və qısa mənzilli "Dəmir Günbəz". Lakin bu sistemlər İranın son cavab hücumunda çox sayda raketi dayandırmaq üçün kifayət etmədi.
TAHİR