Avropa Birliyi Ermənistana Mülki Missiyanın ardınca Texniki Missiya da göndərir... - Aydın Quliyev
Məlum olduğu kimi, Avropa Birliyinin Ermənistana "maraq dairəsi" getdikcə genişlənir. Avropanın bu ali qurumu "maraq dairəsi" ilə kifayətlənməyib daha kəksin addımlar atmağa başlayıb. İş o yerə çatıb ki, qərbdəkilər 44 günlük müharibədə əzik duruma düşmüş erməni ordusunu "dirçəltmək üçün" açıq-aydın addımlar atmağa başlayıblar. Maraqlıdır ki, AB bu addımlarını "texniki dəstək" adı altında reallaşdırır.
“Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində bu barədə fikirlərini qələmə alıb. A.Quliyev yazır: "Yaxın həftələrdə Ermənistana Avropa Birliyinin daha bir missiyası göndəriləcək. Avropa Birliyi bu barədə artıq qərarlaşıb. AB- nin Ermənistandakı səfiri Maraqos rəsmi bəyanat yayıb. Bunu AB- nin Texniki Missiyası adlandırırlar. Texniki Missiya Ermənistan silahlı qüvvələrinə humanitar formatda kömək etmək üçün təkliflər hazırlayacaq...
Məlumdur ki, Ermənistanda artıq AB- nin mülki missiyası fəaliyyət göstərir, adı "mülki missiya " qoyulsa da, sürətlə hərbiləşdirilməkdədir.
Beləliklə, əvvəlcə Ermənistanda AB- nin Mülki Missiyası,ardınca Texniki Missiyası qurulmaqdadır. Belə bir vaxtda o da məlum oldu ki , Ermənistan KTMT- nin Parlament Assambleyasının iclasına da getməyəcək...
Hər şey ortadadır. Məgər Paşinyan bir İtaliya qəzetinə deməmişdi ki, " bir səhər oyanıb Rusiyanı regionda görməyəcəyik"...
Mətləb