KÖHNƏ VERSİYA            

ABŞ-ın Azərbaycanla bağlı siyasəti dəyişəcək

Image

Son dövrlərdə ABŞ-ın Azərbaycana münasibətdə yenidən ikili standartlar siyasətini işə salması rəsmi Vaşinqtonun beynəlxalq miqyasda tənqid hədəfinə çevrilməsinə yol açıb. 

Məsələnin bu tərəfinə nəzər salan Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova qeyd edir ki, əslində, Qərb qüvvələrinin iqlim dəyişikliyi də daxil olmaqla müxtəlif məsələlərdə Azərbaycana təzyiq göstərmək cəhdləri faydasız və misli görünməmişdir: “Azərbaycana təzyiq göstərmək faydasızdır. Azərbaycana dəfələrlə müxtəlif məsələlərdə təzyiq göstərilib. 

Məsələ təkcə suveren dövlətlərə təzyiq göstərilməsinin yolverilməzliyi ilə bağlı prinsipial mövqedən getmir, həm də bu mövzu mütəxəssislərin real cəlb olunmasını tələb edir. Bu, ABŞ-nin özünə sərfəli qərarı qəbul etdirmək üçün hamının başına vuracağı növbəti siyasi “dəyənək” olmamalıdır. Bunlar populyar iqlim mövzusu ətrafında süni ajiotaj yaratmaq üçün istifadə olunur. Əslində isə ABŞ və digər Qərb ölkələri iqlim maliyyələşdirilməsi sahəsində yeni kollektiv kəmiyyət məqsədinin razılaşdırılmasını, eləcə də beynəlxalq karbon vahidləri bazarının yaradılması məsələsində konsensusa nail olunmasını faktiki olaraq sabotaj edirlər”. Zaxarovanın sözlərinə görə, ABŞ-nin bu cür taktikası COP iqlim konfransından əvvəl ildən-ilə təkrarlanan klassik üsuldur: “Hər il İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı ərəfəsində Vaşinqton sədrlik edən dövlətə təzyiqi artırır. Biz, məsələn, 2022-ci ildə Şarm-əl-Şeyxdə Tərəflər Konfransından əvvəl bunun şahidi olmuşuq. Eyni hal keçən il Dubayda da baş verib. İndi isə biz uydurma bəhanə ilə Azərbaycana qarşı təzyiqlərin necə artdığını müşahidə edirik”. Rusiya rəsmisi bir neçə gün öncə ABŞ-ın 60-dək konqresmeninin dövlət katibi Entoni Blinkeni gələn ay Bakıda keçiriləcək COP29 iqlim konfransı ərəfəsində Azərbyacana təzyiq etməyə çağırması ilə bağlı məsələyə də toxunub: “Məndə elə təəssürat var ki, amerikalı konqressmenlər beynəlxalq lobbiçilik etdiklərinə görə pul alırlar, onlar bunu gizlətmirlər də, lakin məncə, onların öz ölkələrində məşğul olacaqları şeylər var. Söhbət qlobal panamerikan skandalı ilə bağlı üzə çıxan dəhşətli faktlar, bütün bu Hollivud “tusovka”larından, onların on illiklər ərzində uşaqları necə korlamalarından gedir. Bütün bunlar ondan xəbər verir ki, amerikalı konqresmenlərin öz evlərində məşğul olacağı iş var. Əgər onlar öz seçici mövqelərinə beynəlxalq lobbiçilikdən pul qazanmaq biznesi kimi baxırlarsa, o zaman bütün bunların adını dəyişib, strukturun adını konqres yox, nə bilim, “Amerika lobbisi, “Lobbiçiliklə bağlı agentlik” qoymaqları lazımdır. Bura sadəcə pul vəsaiti göndərmək lazımdır və bu insanlar işləyəcəklər. Amerika əhalisinin vətəndaş maraqlarını reallaşdırmaq üçün səlahiyyət verdiyi bu konqresmenlər öz problemləri ilə məşğul olmalıdırlar. ABŞ-da baş verənlərə baxmağa iradə yoxdur. Baxın, narkotiklərin total şəkildə leqallaşdırılması, uşaqlar üzərində vəhşicəsinə təcrübələr, sonsuz gender manipulyasiyaları, cinayətkarlıq həddini aşıb. Lakin onlar hər zaman başqalarının problemlərinə burun soxurlar”.

Proseslər göstərir ki,  ABŞ başda olmaqla, hazırda bir sıra qüvvələr ölkəmizə qarşı yeni təzyiq kampaniyasına başlayıblar. Bütün bunlar Azərbaycanın COP29-a ev sahibliyi etməsini hədəf alıb. Qeyd edək ki, oxşar təzyiq kampaniyaları vaxtilə "Avroviziya", Avropa Oyunları və digər bu kimi beynəlxalq tədbirlərə ölkəmiz ev sahibliyi edərkən də həyata keçirilirdi. Lakin hazırkı qarayaxma kampaniyası əvvəlki illərdə olanlarla müqayisədə daha intensivdir. Bu da onunla bağlıdır ki, bu kampaniyanı aparan qüvvələr ölkəmizin Ermənistanın qətliam və kütləvi şəkildə dağıntı törətmiş işğalçı ordusunu məğlub etməsini, öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsini həzm edə bilmirlər. Beynəlxalq səviyyədə qəbulolunmaz davranış sərgiləyənlər o cümlədən  ABŞ başa düşməlidir ki, bu siyasət onların regionda mövcudluğunun üstündən xətt çəkir. Məsələnin bu tərəfinə nəzər salan türkiyəli siyasi ekspert Bilgehan Öztürk qeyd edir ki, son vaxtlar beynəlxalq siyasi iradə mərkəzlərinin əsas diqqətini özünə daha çox cəlb edən Cənubi Qafqazla bağlı dünya nəhənglərinin strateji hədəfləri getdikcə daha aydın hal almağa başlayır. Buradakı əsas reallıq ABŞ və Qərbin Rusiyanı regiondan uzaqlaşdırmaq hədəfidir və onlar bunu Ermənistan üzərindən həyata keçirməyə çalışırlar: “Lakin unutmamalıyıq ki, Ermənistan bu regionun “qapı”sı deyil və onlar məhz ermənilər üzərindən digər bölgə ölkələrinə təzyiq göstərmək istəyirlər. İndi Ağ Ev, Cənubi Qafqazda Ermənistanın maraqlarının təminatçısı rolunda çıxış edir. Bununla yanaşı, Azərbaycana qarşı təzyiq cəhdlərinin artması da regionda vəziyyətin gərginləşməsinə yol açır. Vəziyyətin normallaşması istiqamətində addımlar atıla bilər və bu, təqdirəlayiq hal kimi hesab edilər. Lakin burada belə bir sual meydana çıxır: Xüsusilə son vaxtlar daha da artan ermənipərəst çıxışlardan sonra rəsmi ABŞ-dan Azərbaycana qarşı səmimi münasibət gözləmək nə qədər doğrudur? Fikrimcə, Bayden administrasiyası dövründə bunun ola biləcəyinə inanmaq çox çətindir. Bu şübhələrə əsas verən kifayət qədər ciddi faktlar var. Misal üçün, 44 günlük Vətən müharibəsində ABŞ-ın Ankaradan Qarabağ məsələsində Azərbaycana dəstəyin dayandırılması kimi absurd tələbi bunun nümunələrindəndir. Təbii ki, rəsmi Ankara Amerikanın bu tələbinə məhəl qoymadı. Lakin bu cəhdlə yanaşı, ABŞ-ın Ermənistana dəstəyi belə Azərbaycanın ərazilərini işğaldan azad etməsinə əngəl törədə bilmədi”. Ekspert deyir ki, rəsmi İrəvan ABŞ və Qərbin ona verdiyi müəmmalı vədlərə ümid bəsləmək əvəzinə Azərbaycan ilə bir an əvvəl sülh müqaviləsinin imzalanmasına çalışmalıdır: “Bu danılmaz faktdır ki, regionda baş verən gərginliklərin mərkəzində məhz Ermənistanın özü və onun himayədarları dayanır. Bütün bunların fonunda görünür ki, Ermənistan başda Fransa olmaqla Qərb ölkələri, eləcə də ABŞ-ın dəstəyi ilə Cənubi Qafqazda yenidən xaos yaratmaq niyyətindədir. Onların əsas niyyəti Türkiyə-Rusiya münasibətlərinə xələl yetirmək və Azərbaycanın Qarabağda əldə etdiyi tarixi hərbi və siyasi Zəfərə kölgə salmaqdır. Buradan göründüyü kimi, bəzi Qərb dairələrinin bu təhriki ilə Ermənistanın atdığı hazırkı addımlar həm Azərbaycana, həm Rusiyaya, həm də Türkiyəyə qarşıdır. Onların digər hədəfi isə İrandır. Yəni, Qərb Ermənistana müşahidəçi adı altında sürətli şəkildə hərbçilər yerləşdirməklə İranı da Şimaldan mühasirəyə almaq istəyir”. Qeyd edək ki, bu günlərdə prezident İlham Əliyev ABŞ prezidentinin Beynəlxalq İqlim Siyasəti üzrə baş müşaviri Con  Podestanı qəbul edib. Bu görüşdən sonra ABŞ-ın Azərbaycanla bağlı yanlış siyasətinə müəyyən korrektələr etməsi gözlənilir. 

Ramil QULİYEV







VİDEO

Paşinyanın debat çağırışına Ter-Levondan cavab - “2019-cu ilin iyun olaylarını aç”... - VİDEO

Aydın Quliyev: "Qroznıda təyyarə cinayətinin arxasında konkret şəxslər var..." - VİDEO

Rusiya İranın çox istədiyi layihəni maliyyələşdirməyə tərəddüd edir... - VİDEO

Azərbaycanla bağlı yanvarın sonunadək vaxt qoyuldu, Trampın Karterdən, Reyqandan nəyi kəm-kəsirdi ki...

Prezident İlham Əliyev xalqa müraciət etdi... - VİDEO/YENİLƏNDİ

Bir ildə cəmi 13 km delimitasiya, 1053 km hələ qalır - Ermənistan 2025-də nə edəcək...

SON XƏBƏRLƏR

02.01.2025 | 22:18
Ukraynanın üzərinə öhdəlik qoyulur - itirdiyi torpaqları hərbi yolla geri ala bilməyəcək...

02.01.2025 | 22:00
"Buna görə məyusam" - "Barselona"nın futbolçusundan ETİRAF

02.01.2025 | 21:30
İsrail ordusu Suriyanın cənubdakı ən böyük su anbarını ələ keçirdi...

02.01.2025 | 21:30
İran səfirini çağırdılar, tələb qoydular - "jurnalisti dərhal azad edin!"

02.01.2025 | 19:10
Azərbaycan XİN ABŞ-dakı hücumu pislədi

02.01.2025 | 17:47
Prezident İlham Əliyev Monteneqro Prezidentinə başsağlığı verdi

02.01.2025 | 17:16
Fransada iğtişaş - bir gecədə minə qədər avtomobil yandırıldı, 420 nəfər saxlandı...

02.01.2025 | 16:36
Bəzi plastik cərrahların tibbi təhsil sənədləri saxta imiş - rəsmən təsdiqləndi...

02.01.2025 | 16:07
Moskvada Bəşər Əsədə sui-qəsd cəhdi - zəhərlədilər...

02.01.2025 | 15:20
Bu ölkə ötən il 9,5 milyard dollarlıq silah ixrac edib

02.01.2025 | 15:07
6 iranlının edam edilməsi gərginliyə səbəb oldu - İran Səudiyyəyə nota verdi...

02.01.2025 | 14:59
Rusiyanın "qara polkovnik"i idi, 74 yaşında öldü

02.01.2025 | 14:48
Bu ölkədə narkotikaya görə cəzalar sərtləşdirildi

02.01.2025 | 14:08
Saxta pul dövriyyəsi ilə məşğul olan şəxs tutuldu

02.01.2025 | 13:20
Prezident İlham Əliyev və Mehriban Əliyeva Şahdağda “Lakeside” hotelində aparılmış işlərlə və “Xizək klubu” binasının tikintisi ilə tanış olublar - FOTO/YENİLƏNDİ

02.01.2025 | 12:41
Əhaliyə göstərilən istilik təchizatı xidmətinin tarifi dəyişdi

02.01.2025 | 12:35
Su təchizatı və tullantı sularının axıdılması sistemlərinə qoşulma xidmətinə görə ilk dəfə olaraq tariflər təsdiq edilib

02.01.2025 | 12:31
Tarif Şurası elektrik enerjisi üzrə yeni tarifləri müəyyənləşdirdi

02.01.2025 | 12:27
Təbii qaz tarifləri tənzimləndi

02.01.2025 | 12:15
Bir sıra kommunal xidmətlər və dərman vasitələri üzrə qiymətlər müəyyənləşdirildi

02.01.2025 | 11:48
Milli Qəhrəman Polad Həşimovun doğum günündə xatirəsi yad edildi - FOTO

02.01.2025 | 10:55
Formula 1 Azərbaycan Qran-prisinin vaxtı açıqlandı

02.01.2025 | 09:28
ABŞ-da sürücünün yük maşınını izdihamın üzərinə sürməsi nəticəsində ölənlərin sayı 15-i keçdi

01.01.2025 | 20:38
Afrika ölkələrindən Makrona Yeni il sürpizi - daha 3 ölkə Fransa ordusuna qapını göstərdi...

01.01.2025 | 18:37
Almaniya 9 Gürcüstan rəsmisinin ölkəyə girişini qadağan etdi

01.01.2025 | 18:06
Rusiyanın iki ölkəyə qarşı müharibə planı 10 il sonra ortaya çıxdı - nüvə obyektləri də rusların hədəfində olub...

01.01.2025 | 15:36
Azərbaycanla bağlı yanvarın sonunadək vaxt qoyuldu, Trampın Karterdən, Reyqandan nəyi kəm-kəsirdi ki...

01.01.2025 | 15:15
Nazir Vilayət Eyvazov İsmayıllıda vətəndaşları qəbul edəcək

01.01.2025 | 14:51
İran səfirliyinin müvəqqəti işlər vəkili Azərbaycan XİN-ə çağırıldı

01.01.2025 | 11:17
Prezident İlham Əliyev Sudanın Suveren Keçid Şurasının Sədrinə məktub göndərdi

01.01.2025 | 11:12
Prezident İlham Əliyev kubalı həmkarını təbrik etdi

31.12.2024 | 23:59
"Ümid edirəm ki, gələn il yanvarın sonlarından Azərbaycana qarşı şər, böhtan siyasətinə son qoyulacaq" - Prezident İlham Əliyev

31.12.2024 | 23:53
"Gələn il Qarabağa və Şərqi Zəngəzura qayıdacaq vətəndaşların sayı böyük dərəcədə artacaq" - Prezident

31.12.2024 | 23:53
Prezident: "Gələn il üçün hərbi büdcəmiz rekord həddə çatıb"

31.12.2024 | 23:48
Prezident İlham Əliyev bu il Azərbaycan üçün ən narahatedici məqamı açıqlayıb

31.12.2024 | 23:47
Prezident: "Bütün dünya Cənubi Qafqazda yaratdığımız yeni reallıqları qəbul edib"

31.12.2024 | 23:46
"Azərbaycan sülh, əmin-amanlıq, təhlükəsizlik və sabitlik şəraitində yaşayır" - Prezident İlham Əliyev

31.12.2024 | 23:45
Prezident İlham Əliyev xalqa müraciət etdi... - VİDEO/YENİLƏNDİ

31.12.2024 | 18:26
Təqvimlər üzərində Allahın rəqəmsal imzası var - Elmi-lədun hesablama

31.12.2024 | 17:00
"Qalatasaray" 62 hektarlıq idman kompleksi tikir

31.12.2024 | 16:08
DİN-dən kiberdələduzluq halları ilə bağlı xəbərdarlıq...

31.12.2024 | 14:36
"Azərbaycandakı qardaşlarımızın yanında olmuşuq və olacağıq" - Yaşar Güler

31.12.2024 | 14:01
Prezident Agentliyin bir qrup əməkdaşını təltif etdi...

31.12.2024 | 13:58
Prezident Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşlarını təltif etdi

31.12.2024 | 13:55
Röya Tağıyeva “Şərəf” ordeni ilə təltif edildi

31.12.2024 | 13:53
Tahir Budaqov “Şöhrət” ordeni ilə təltif edildi

31.12.2024 | 13:03
Surinam Prezidenti Prezident İlham Əliyevə başsağlığı verdi

31.12.2024 | 12:44
ABŞ-nin “Times” meydanında Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü aksiyası keçirilib - FOTO

31.12.2024 | 12:09
Türkiyə səfirliyi Azərbaycan xalqını Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edib

31.12.2024 | 10:55
Leyla Əliyeva və Arzu Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət ediblər - FOTO

31.12.2024 | 10:33
Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik etdi

31.12.2024 | 00:15
Azərbaycan Yeni ili möhtəşəm Zəfər atəşfəşanlığı ilə qarşıladı

31.12.2024 | 00:10
Mehriban Əliyeva Azərbaycan xalqını Həmrəylik Günü və Yeni il münasibətilə təbrik etdi - FOTO

31.12.2024 | 00:03
Bu gün Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd olunur

30.12.2024 | 23:45
Təyyarə qəzasında xəsarət alan daha üç vətəndaşımız ölkəyə gətirildi...

30.12.2024 | 23:08
Arzu Əliyeva 2 saylı Uşaq evi sosial xidmət müəssisəsində uşaqları ziyarət edib - FOTO

30.12.2024 | 22:52
"AZAL-ın təyyarəsindəki qara qutunun iki saatlıq yaddaşı olub" - Qazaxistan rəsmisi

30.12.2024 | 21:10
Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə əlaqədar paylaşım edib - FOTO

30.12.2024 | 20:36
DİN azad ərazilərə səfər edən şəxslərə müraciət etdi

30.12.2024 | 19:44
Finlandiya Prezidenti Prezident İlham Əliyevə başsağlığı verdi

30.12.2024 | 18:07
Ermənistanın keçmiş müdafiə naziri Moskvada saxlandı

30.12.2024 | 17:41
Leyla Əliyeva STEAM İnnovasiya Mərkəzində olub - FOTO

30.12.2024 | 17:33
Bakıda 5000-dən artıq pirotexniki vasitə satan şəxs saxlandı...

30.12.2024 | 16:56
Təyyarə qəzası ilə bağlı Baş Prokurorluqdan yeni açıqlama - istintaq davam etdirilir...

30.12.2024 | 16:25
IATA təyyarə qəzası ilə bağlı bəyanat yaydı - qərəzsiz və şəffaf araşdırılmalıdır...

30.12.2024 | 15:55
Litva Prezidenti Prezident İlham Əliyevə zəng edib

30.12.2024 | 15:28
Bakı və bölgələrdə pirotexniki vasitələr satan 11 nəfər saxlandı

30.12.2024 | 14:42
Suraxanıda ödəmə terminalını soyub 5 min manata yaxın pul apardılar...

30.12.2024 | 13:52
İrandan Azərbaycana 68 kq narkotik keçirilməsinin qarşısı alındı

30.12.2024 | 13:12
"BakuBus" Naxçıvana sərnişin daşımağa başlayır...

30.12.2024 | 11:16
Azərbaycandan Suriyaya ilk humanitar yardım karvanı yola düşdü -FOTO

30.12.2024 | 09:29
Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilib - XƏBƏRDARLIQ

30.12.2024 | 09:10
Nazirlər Kabinetindən benzin və dizellə bağlı YENİ QƏRAR

30.12.2024 | 09:00
Ukrayna mediası Prezident İlham Əliyevin təyyarə qəzası ilə bağlı fikirlərinə geniş yer ayırıb

30.12.2024 | 08:44
34 min sakin - Azərbaycan üçün pis rəqəm deyil…

30.12.2024 | 08:10
60 yaşında "Beşiktaş"ın prezidenti oldu

30.12.2024 | 08:00
Cimmi Karter vəfat edib - 100 yaşında...

29.12.2024 | 22:41
Azərbaycanın Dəməşqdəki səfirliyi 12 ildən sonra yenidən açılır...

29.12.2024 | 22:27
Azərbaycandan Suriyaya ilk rəsmi səfər - Diplomatımız Dəməşqə görüş keçirdi...

29.12.2024 | 21:34
Bir ildə cəmi 13 km delimitasiya, 1053 km hələ qalır - Ermənistan 2025-də nə edəcək...

XƏBƏR ARXİVİ

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031