Putin və Paşinyan arasında razılaşma - rus sərhədçiləri bu ərazidən çıxarılır...
2025-ci il yanvarın 1-dən Rusiya sərhədçiləri Ermənistan və İran sərhədindəki keçid məntəqəsində xidmətini dayandıracaq. Bununla bağlı Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş zamanı razılıq əldə olunub. Bu barədə Ermənistanın baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan sosial şəbəkələrdə məlumat yayıb.
Həmçinin razılıq əldə olunub ki, yanvarın 1-dən Ermənistan sərhədçiləri də Ermənistanın İran və Türkiyə ilə sərhədlərinin mühafizəsində iştirak edəcək.
Qeyd edək ki, Rusiya sərhədçiləri iyulda 32 ildən sonra İrəvanın Zvartnots hava limanını da tərk ediblər.
TAHİR