KÖHNƏ VERSİYA            

MDB-nin mədəniyyət paytaxtı kimi niyə məhz Mehri seçildi?...

Image

2026-cı ildə Mehri Müstəqil Dövlətlər Birliyinin (MDB) mədəniyyət paytaxtı statusu alacaq. Bu barədə MDB Dövlət Başçıları Şurasının iclası ərəfəsində oktyabrın 7-də Moskvada keçirilən MDB Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) iclasında bildirilib. 

Ermənistan Xarici İşlər Nazirliyinin Media və ictimai diplomatiya departamentindən Armenpress-ə verilən məlumata görə, Ararat Mirzoyan Mehri şəhərinə 2026-cı ildə MDB-nin Mədəniyyət Paytaxtı fəxri statusunun verilməsi qərarına toxunub, şəhərin “qədim mədəni irsini” vurğulayıb. Guya orda “erməni mədəni irsi” var. 

“Azərbaycanın Laçın şəhəri gələn il, Ermənistanın Mehri şəhəri 2026-cı ildə, Belarusun Molodeçno şəhəri isə 2027-ci ildə MDB-nin mədəniyyət şəhəri kimi tanınmalıdır”. Bunu  da Rusiyanın xarici işlər naziri Sergey Lavrov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında deyib.

O bildirib ki, MDB ölkələrinin rəhbərlərinə MDB ölkələrinin mədəniyyət şəhərlərinin siyahısını ayrıca qərarla təsdiq etmək təklif olunub.

2026-cı ildə Mehrinin MDB-nin mədəniyyət paytaxtı kimi seçilməsi məsələsi diqqət çəkir. Burada diqqət çəkən zəruri məqam odur ki, Ermənistanın başqa şəhərləri də var. Elə İrəvanın özü də elan edilə bilərdi. O da məlumdur ki, Ermənistan İrəvanın tarixini saxtalaşdırıb, saxta tarix yazıb, onun 2806 illiyini keçirməyə hazırlaşır.  Bunlara əyalət şəhəri lazımdırsa başqa şəhərlər də var, niyə məhz Mehrini seçiblər? Çermux var, başqa şəhərlərin də adları qeyd oluna bilər. Nəyə görə onlar ən böyük turizm mərkəzi olan Çermuxu paytaxt elan etməyiblər, Mehrini ediblər?

Bu məsələ ətrafında düşünəndə, təbii ki, burda MDB-nin də ikibaşlı oyunu diqqətdən qaçmır. Mehri Qərbi Zəngəzurda olduğu üçün oranın Rusiyanın həssas nöqtəsi olduğu məlumdur. 

2025-ci ildə Laçın MDB-nin mədəniyyət paytaxtı olacaq. Laçın, bəllidir ki, neçə illər işğal altında qalıb, həssas nöqtədi, əhalisi qaçqın düşüb, onun təbliğatı zəruridir. 

Mehridə nə baş verib ki, onu MDB-nin mədəniyyət paytaxtı elan etməyə hazırlaşırlar? Bu nədən qaynaqlanır? Mehri necə 2026-cı ildə MDB-nin mədəniyyət paytaxtı ola bilər? Bunun kökündə nə dayana bilər?

Ekspertlər bildirir ki, Mehri ilə bağlı belə bir məsələnin gündəmə gəlməsi Rusiyanın burada maraqlı olmasından irəli gəlir. Ekspertlərə görə, Rusiya Qərbi Zəngəzurun Mehri şəhərinə bu statusun verilməsini ona görə daha çox istəyir ki, orada öz maraqlarını təmin etsin. Qərbin Qərbi Zəngəzurdan əllərini çəkməsi üçün Rusiyanın bu məsələdə israrlı olduğunu deyən ekspertlərə görə, bunun kökündə “Zəngəzur dəhlizinin” maeəsiz açılması məsələsi də dura bilər. 

Rizvan Hüseynov: “Bu əslində düşünülmüş siyasətdir”

Qafqaz Tarixi Mərkəzinin rəhbəri, politoloq Rizvan Hüseynov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Mehrinin MDB-nin mədəniyyət paytaxtı seçilməsi əslində bizim xeyrimizədir, çünki o tədbirlər sırasında biz Mehrinin qədim bir Azərbaycan şəhəri olduğunu təbliğ edə biləcəyik: “Bu əslində düşünülmüş siyasətdir. Sözsüz ki, MDB-nin rəhbərliyi bunu həm Azərbaycanla, həm də Ermənistanla müzakirə edib və belə nəticəyə gəlib. Yəni burda məqsəd nədir? Bilirik ki, ümumi Zəngəzurdan yol, dəhliz keçəcək. 2020-ci ildən sonra iki dəhliz məsələsi gündəmə gəlmişdi. Biri Laçın dəhlizi, o biri isə “Zəngəzur dəhlizi”, bu dəhliz də Mehridən də keçirdi. Sonradan Azərbaycan öz torpaqlarını işğaldan azad etdi, Laçın dəhlizi məsələsi ortadan çıxdı. 

O ki qaldı Mehrinin MDB-nin mədəniyyət paytaxtı elan edilməsi barədə səsləndirilən fikirlərə, Mehri qədim Azərbaycan şəhəridir. Bu əslində bizim xeyrimizdədir. Biz burada Azərbaycan şəhərini, Azərbaycan mədəniyyətini yada salacağıq. Biz də öz tərəfimizdən buna diqqət ayıracağıq. Bu MDB səviyyəsində olan bir işdirsə, yəqin ki, burda Azərbaycan nümayəndələri də iştirak edəcək, Mehridəki tədbirlərə qatılacaqlar. Burada faydalı məsələlər çoxdur. Sadəcə olaraq, Azərbaycan bu imkandan istifadə etməlidir”.

Akif Nağı: “Mehrinin 2026-cı ildə MDB-nin mədəniyyət paytaxtı elan edilməsi niyyətinin altında Rusiyanın maraqları dayanır”

Azad Vətən Partiyasının sədri Akif Nağı isə hesab edir ki, burada Rusiyanın və Ermənistanın oyunlarından danışa bilərik: “Burda Rusiyanın öz maraqları var. O, MDB-ni dirçəltməyə çalışır. Çünki MDB deyilən bir qurumun heç bir fəaliyyəti yoxdur, getdikcə də zəifləyir. Amma bu cür vasitələrlə fəaliyyət göstərdiyini, yaşadığını göstərməyə çalışırlar. Bilirsiz ki, Laçın da 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı olacaq. Ermənilər onun üçün də Mehrini ortaya atıblar. Burda Rusiya həm MDB-ni dirçəltmək məqsədi güdür, eyni zamanda regionda mövcudluğunu, itirdiyi mövqeyini hansısa formada bərpa etməyə, qoruyub saxlamağa çalışır. Azərbaycan ərazisində konsulluğun açılması məsələsi ilə yanaşı Rusiyanın belə bir istəyi vardı ki, Qərbi Zəngəzurda Ermənistanın razılığı ilə konsulluq açsın. Belə bir söhbət gedirdi. Görünür, Ermənistan Rusiyanın Qərbi Zəngəzurda konsulluq açmasına hələ razılıq verməyib. Ermənistan Qərblə, ABŞ-la bu məsələni müzakirə edir və daha çox ABŞ-ın, Qərbin hərbi bazasının Qərbi Zəngəzurda olmasına çalışır, Rusiya bu prosesdən kənarda qalır. Son zamanlar hiss olunur ki, Ermənistan Rusiya ilə hansısa məsələlərdə sövdələşməyə getməyə cəhd göstərir. Mehrinin 2026-cı ildə MDB-nin mədəniyyət paytaxtı elan edilməsi niyyətinin altında Rusiyanın maraqları dayanır, bu onun bu ad altında müəyyən formada regiona qayıtmaq istəyindən xəbər verir.  Ermənistan isə Qərbi Zəngəzurun Ermənistan “ərazisi olduğu” fikrini diqqətə çatdırmağa çalışır. Nə üçün Mehri? Hər kəs, o cümlədən də vicdanlı Rusiya, Qərb siyasətçiləri də bilirlər ki, bu ərazi Azərbaycan ərazisidir. Yəni bütövlükdə Qərbi Zəngəzur Zəngəzurun bir hissəsidir, xüsusən də Mehri bu hadisələr sistemində mühüm yer tutur. Yanlış olaraq, Azərbaycan xalqının iradəsi nəzərə alınmadan, Moskva və Qars müqavilələrinin şərtləri pozularaq Ermənistana verilib. Azərbaycan tam şəkildə Mehrinin Azərbaycana qaytarılması məsələsini də qoya bilər. Ola bilər ki, müəyyən danışıqlarda, müəyyən proseslərdə Azərbaycan bu məsələni hansısa formada səsləndirir. Ona görə də, həm Mehrini özlərinin adına bir daha möhkəmləndirmək, təsbit etmək, dünyaya təqdim etmək üçün ki, guya bura erməni ərazisi olub, orda “erməni mədəniyyət nümunələrini” təbliğ edəcəklər. Onlar nə qədər axtarsalar da, Zəngəzurun heç bir yerində ermənilərə xas olan heç bir mədəniyyət nümunəsi yoxdur. Onlar azərbaycanlılara məxsus mədəniyyət nümunələrini süni şəkildə saxtalaşdıraraq təqdim edə bilərlər. Mehri də bu sahədə əhəmiyyətli ərazidir, şəhərdir, yaşayış məntəqəsidir. Ermənilərin bir niyyəti də ondan ibarətdir ki, oranın onların “olduğunu” göstərsinlər. İstənilən halda bu proseslərə mane olan bir məsələdir. Ermənistan Azərbaycanla proseslərin normallaşmasında, belə görünür ki, qətiyyən maraqlı deyil. O istiqamətdə səy göstərmir. Bu da onun bir işarəsidir. Moskvada bu görüşlər keçirilir, ola bilsin, danışılır, deyilir. Bu gün də ola bilsin, o görüş alınsın. Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyi arasında üçtərəfli görüş nəzərdə tutulur. Eyni zamanda Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirləri arasında da hansısa görüş nəzərdə tutulurdu. Bu proseslər, bu görüşlər regionda sabitlik yaratmaq yönündə də gedə bilər. Amma Ermənistan özünün belə hərəkətləri, bu cür mənasız çıxışları ilə tam şəkildə prosesi pozur. Ermənistsan da bilir ki, Mehrini MDB-nin mədəniyyət paytaxtı elan etməklə Azərbaycana bir çağırış edirlər, nəyisə diqtə etmək mövqeyi tuturlar. Bu hadisənin Azərbaycanı qıcıqlandıracağını bilirlər”.

A.Nağı hesab edir ki, bu baxımdan, bu məsələni hər kəs diqqətdə saxlasın, ermənilər nə üçün Azərbaycanı qıcıqlandırmaq istəyir. “Bu prosesdə Rusiya da iştirak edir. Çünki Ararat Mirzoyan özbaşına Rusiyanın ev sahibliyi etdiyi bir tədbirdə hansısa bir təklifi ortaya qoya bilməz ki, Mehri MDB-nin mədəniyyət paytaxtı elan olunsun. Bu hökmən əvvəlcədən Rusiya rəhbərliyi ilə razılaşdırılıb. Deməli, Rusiya rəhbərliyinin bundan xəbəri var. Biz bundan özümüz üçün nəticə çıxarmalıyıq ki, Rusiya bu məsələni Ermənistanın əli ilə ortaya atıb, yəqin bu məsələdə Ermənistana dəstək vəd edib. Bu, Rusiyanın da ikiüzlü, çoxsifətli siyasətini göstərir ki, bir tərəfdən Azərbaycanla münasibətlər qururlar, digər tərəfdən bu cür qərəzli mövqeyə dəstək verirlər, yaxud arxasında dayanırlar...”-deyə bildirən A.Nağı hesab edir ki, tarixi Azərbaycan şəhəri Mehrinin Ermənistan adına 2026-cı ildə MDB-nin mədəniyyət paytaxtı olması yolverilməzdir.

İradə SARIYEVA







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

22.12.2024 | 19:10
Gürcüstanın Baş naziri xəbərdarlıq etdi - Zurabişvili həbs oluna bilər...

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

22.12.2024 | 08:30
Media savadlı olmaq üçün nə etməliyik?

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

21.12.2024 | 00:13
Media savadlılığı nədir?

20.12.2024 | 21:18
Makron Mayottada əsl genosid mühiti yaradıb, su, ərzaq, işıq yoxdur - Avroparlament susur...

20.12.2024 | 21:04
Azərbaycan İslam dünyasında mövqeyini daha da bərkitdi...

20.12.2024 | 20:49
Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

20.12.2024 | 20:45
“Bakı Metropoliteni”nin yeni sədri kimdir? - DOSYE

20.12.2024 | 20:35
Azərbaycan D-8-in 9-cu üzvü oldu - İƏT və D-8 bir-birini tamamlayır...

20.12.2024 | 20:30
Prezident İlham Əliyev Məhəmməd Şahbaz Şərifə məktub göndərdi

20.12.2024 | 20:25
Prezident İlham Əliyev Məsud Pezeşkiana məktub ünvanlayıb

20.12.2024 | 20:22
İlham Əliyevin Kiselyova müsahibəsinə dünya mediasının marağı getdikcə artır....

20.12.2024 | 20:19
Prezident İlham Əliyev Misir Prezidentinə məktub göndərdi

20.12.2024 | 20:15
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub ünvanladı

20.12.2024 | 20:15
Bakıdakı bu qəbiristanlıqlar dəfn üçün bağlana bilər - vəziyyət ağırdır...

20.12.2024 | 20:11
"Bakı Metropoliteni"nin sədri dəyişdi...

20.12.2024 | 20:00
Karampetyan Avropa Parlamentində növbəti anti-Azərbaycan qətnaməsi çıxartdırdı...

20.12.2024 | 19:49
Xarici turistlərlə Azərbaycan tibb müəssisələri arasında gizli sövdələşmə risqi var...

20.12.2024 | 19:34
Çad dövləti Makrona 31 yanvaradək vaxt verdi - "Qoşunları çəkib ölkəmizdən gedin"...

20.12.2024 | 19:20
“Paşinyan hakimiyyətdə qalacaq, Azərbaycan və Türkiyə cəzalanacaq, Yunanıstanda çevriliş olacaq” - Erməni baxıcı sifarişlə işləyir...

20.12.2024 | 19:06
Makron 66 illik 5-ci Respublikanı çökdürdü, 6-cıya keçid başladı, prezidentlik hörmətdən düşdü...

20.12.2024 | 18:54
“TRACECA”nın Baş katibi Prezident İlham Əliyevə məktub göndərdi

20.12.2024 | 18:53
Qəri Counz Prezident İlham Əliyevi təbrik etdi

20.12.2024 | 18:51
Gənc nəslin milli şüurunun inkişafında Media savadlılığı və savadlı medianın rolu...

20.12.2024 | 18:43
Rəqabət komissiyasının yaradılması və qərarların qəbul edilməsi qaydaları təsdiqləndi

20.12.2024 | 18:36
Xalq rəssamı Tofiq Ağababayev vəfat edib

20.12.2024 | 18:33
Universitetlərdə Media savadlılığı dərsi...

20.12.2024 | 18:25
QDİƏT-ə sədrlik Azərbaycana təhvil verildi

20.12.2024 | 18:20
Avroparlament qətnamə, səfirliklər bəyanat yaydı - Azərbaycana hücumlar bir mərkəzdən gəlir...

20.12.2024 | 18:10
Təhsil Tələbə Kredit Fondunun fəaliyyətində nöqsanlar aşkarlandı

20.12.2024 | 18:07
Putin Qərbi duelə çağırdı - "Kiyevdə istənilən nöqtəni verin və bacarsanız "Oreşnik" raketimizi vurun"...

20.12.2024 | 17:54
27 ildə sıraları ilk dəfə artan beynəlxalq təşkilat - İlham Əliyev qürur mənbəyi dedi...

20.12.2024 | 17:42
Hərbçimiz Ermənistanla şərti sərhəd istiqamətində minaya düşdü

20.12.2024 | 17:40
Paşinyan Kazanda İlham Əliyevə verdiyi sözdən niyə qaçdı...

20.12.2024 | 17:35
“Prezidentin siyasətində Qərbi Azərbaycan faktoru prioritet təşkil edir” - Əhliman ƏMİRASLANOV yazır

20.12.2024 | 17:27
Azərbaycanın müttəfiqləri bir superdövlətə qalib gəldi - superdövlət başqa yol tutdu...

20.12.2024 | 17:23
Mətbuat Şurası Qulu Məhərrəmlini təbrik etdi

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031