Pxenyan Rusiyaya yardım üçün Ukraynaya qoşun yeridə bilər
KXDR öz hərbçilərini Rusiya tərəfində döyüşmək üçün Ukraynaya göndərə bilər. Cənubi Koreyanın müdafiə naziri Kim Yon Hyen bu barədə parlamentdə çıxışı zamanı deyib.
“Rusiya və Şimali Koreya hərbi ittifaq səviyyəsinə yaxınlaşan saziş imzalayıblar və biz bu səbəbdən KXDR-in Ukraynaya hərbçilər göndərməsi ehtimalını yüksək dəyərləndiririk”, - Yonhap agentliyi nazirin bu sözlərini sitat gətirib.
Qeyd olunur ki, iyunun 19-da Rusiya və KXDR-in hərtərəfli strateji tərəfdaşlıq haqqında imzaladıqları saziş müharibə zamanı tərəflərin bir-birinə hərbi yardım göstərməsini nəzərdə tutur.
ZÜMRÜD