Milli Məclisdə Fransa ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupu ləğv olundu
Milli Məclisdə Fransa ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupu ləğv olunub.
Trend xəbər verir ki, parlamentin bu gün keçirilən iclasında Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında qanun layihəsində Fransa ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupu yer almayıb.
Xatırladaq ki, bundan əvvəl Fransanın Azərbaycana qarşı qərəzli mövqeyi Milli Məclis tərəfindən etirazla qarşılanmış, Fransa ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyətini dayandırmışdı.