"Vətəndaşlara diqqətli olmağı tövsiyə edirik"
"79 yaşlı qadına zəng ediblər ki, bacın ağır qəza keçirib, təcili pul lazımdır. “Təki bacım sağalsın, gəlin pulu götürün”, - deyə cavab verən qadın onları ünvana dəvət etməklə qapıda 20000 manatı naməlum şəxsə verib. Və məlum olub ki, aldadılıb. Vaxt itirmədən 102-yə məlumat verilib. Binəqədi RPİ 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə — Bakı şəhər sakinləri M.Əsgərli və G.İsrafilov müəyyən olunaraq saxlanılıblar. Araşdırmalar davam etdirilir." Bu barədə bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev öz facebook səhifəsində məlumat verib. Məlumatda daha sonra deyilir:
"Bir daha vətəndaşlara diqqətli olmağı, daxil olan zənglər üzrə onlara verilən məlumatları dəqiqləşdirməyi və tanımadıqları şəxslərə qəti şəkildə pul vəsaitləri verməməyi, bu cür hallarla rastlaşdıqda isə dərhal Daxili İşlər Nazirliyinin “102” Xidməti Zəng Mərkəzinə məlumat vermələrini tövsiyə edirik."
Mətləb